Bizim təqvim > İyul > 16
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 16 iyul hansı fakt və olaylarla yadda qalıb?
16 iyul
919 – Ərdəbil yaxınlığında Azərbaycan Sacilər dövlətinin başçısı Yusif Sacoğlunun qoşunları ilə Xilafət ordusu arasında döyüş olub.
Ərəb qoşunları Yusifin ordusunu məğlub edib özünü əsir götürsələr də, Sacilər dövlətini Xilafətə tabe etdirə bilməyiblər. Əksinə, xəlifə Müktədir Yusifi Azərbaycan hökmdarı kimi tanıyaraq azad etməli olub.
901-ci ildə qardaşı Məhəmmədin ölümündən sonra Sacilər dövlətinə başçılıq edən Y.Sacoğlu onu bölgədə (indiki Cənubi Azərbaycan) güclü qüvvəyə çeviriişdi.
Xilafətə vergi ödəməkdən imtina edəndən sonra ərəblər onunla bir neçə dəfə döyüşmüşdülər.
Yusif Sacoğlu 927-ildə Kufə döyüşündə öldürülüb.
Sacilər dövləti haqqında əlavə bax:
http://azerbaycanli.org/az/page46.html
http://www.borchali.net/index.php?cat=kerem_memmedov&s=13
http://az.wikipedia.org/wiki/Sacil%C9%99r
* * *
1804 – Birinci Rusiya-İran müharibəsi (1804-1813) başlanıb.
Müharibənin ilkin nəticəsi olaraq imzalanan Kürəkçay müqaviləsinə (1805-ci il) əsasən, Azərbaycanın Qarabağ və Şəki xanlıqları Rusiyaya ilhaq edilib.
Kürəkçay müqaviləsi haqqında bax:
http://azerbaycanli.org/az/page349.html#kur
http://az.wikisource.org/wiki/K%C3%BCr%C9%99k%C3%A7ay_m%C3%BCqavil%C9%99si
* * *
1934 - Azərbaycanın əməkdar memarı Rasim Həsən oğlu Əliyev Gəncədə anadan olub.
Bakı şəhərinin baş memarı (1974-1988) işləyib. “Xalqlar dostluğu” metro stansiyasının, bir sıra mədəniyyət saraylarının, Naxçıvanda H.Cavidin məqbərəsinin (Ömər Eldarovla birlikdə) layihələrinin müəllifidir.
* * *
1989 – Bakıda yarıgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirilib.
Bu, Azərbaycanda Qarabağ hadisələri ilə başlanan milli xalq hərəkatının qismən təşkilatlanması idi.
Əbülfəz Elçibəy Xalq Cəbhəsinin sədri seçilib.
AXC-nin 16 nəfərdən ibarət İdarə Heyətinə isə kifayət qədər fərqli baxışlı şəxslər seçilmişdi və tezliklə təşkilatda parçalanmalar başlandı.
Əlavə bax:
http://mediaforum.az/articles.php?article_id=20080716060603240&page=02&lang=az
http://www.xalqcebhesi.az/news.php?id=7208
* * *
1999 – İsveçrənin Cenevrə şəhərindəki Jato qəsrində Azrəbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib.
Bu görüşlə yüksək səviyyəli Qarabağ danışıqları intensiv mərhələyə qədəm qoydu.
Qarabağ danışıqları barədə əlavə bax:
http://azerbaycanli.org/az/page235.html
* * *
Bax:
►15 iyul