ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyul > 15

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 15 iyul hansı fakt və olaylarla yadda qalıb?

 

15 iyul

 

1915 – Tanınmış heykəltəraş, Azərbaycanın xalq rəssamı Cəlal Məhərrəm oğlu Qaryağdı (1915-2001) anadan olub.

Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.

2001-ci il yanvarın 1-də vəfat edib.

Əlavə bax:

http://www.xalqcebhesi.az/news.php?id=1301

http://www.anl.az/down/medeniyyet2008/iyul/medeniyyet2008_iyul_200.htm

 * * *

1918 – Azərbycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırilması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb.

Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında da çoxsaylı materiallar toplamışdı.

Həmin sənədlər əsasında Xalq Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart «Soyqırımı günü» elan edilmişdi. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədildi.

Əlavə bax:

http://www.mns.gov.az/19181920ciiltmsoyqirimlari_az.html

http://azerbaycanli.org/az/page167.html

* * *

1925 – Azərbaycanın xalq artisti, müğənni-pianoçu, professor Rauf Atakişiyev (1925-1994) anadan olub.

1953-cü ildən Opera və Balet Teatrının solisti işləyib, bir çox xarici ölkələrdə çıxış edib.

* * *

1926 – Xalq artisti, aktrisa Sədayə Mustafayeva (1926-2004) anadan olub.

Şəki, Ağdaş, Göyçay teatrlarında çalışıb, 1950-ci ildən Gəncə Dövlət Dram Teatrının aktrisası olub.

Bir sıra kinofilmlərdə yaddaqalan obrazlar yaradıb.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/S%C9%99day%C9%99_Mustafayeva

* * *

1939 - Ədəbiyyatşünas, publisist Həmid Alı oğlu Vəliyev anadan olub.

 * * *

1992 – Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy ölkənin milli valyutasının - manatın dövriyyəyə buraxılması barədə fərman verib.

Fərmana əsasən, müstəqil Azərbaycanın milli valyutası – manat 1992-ci il avqustun 15-də dövriyyəyə buraxıldı.

2006-cı il yanvarın 1-dən prezident İlham Əliyevin fərmanına əsasən, könhə manatlar yeni dizaynlı əskinaslarla (1 AZN = 5000 manat nisbətində) əvəz olundu.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_manat%C4%B1

http://www.cbar.az/pages/national-currency/banknotes/azm/

 * * *

 

Bax:

►14 iyul


   

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009