Bizim təqvim > İyul > 14
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 14 iyul hansı fakt və olaylarla yadda qalıb?
14 iyul
1914 – Qocaman ədəbiyyatşünas, tərcüməçi, pedaqoq Kövsər Məmməd qızı Tarıverdiyeva İrəvanda anadan olub.
60 ilə yaxın Azərbaycan Dövlət Pedaqoji Universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti işləyib.
Əlavə bax:
http://www.gender-az.org/index_az.shtml?id_doc=516
* * *
1969 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda təşkilati məsələyə baxılıb. KP MK-nın 1-ci katibi Vəli Axundovun istefası qəbul olunub.
Plenum yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Heydər Əliyevi Azərbaycan KP MK-nın 1-ci katibi seçib.
Bu, Azərbaycanın yeni tarixində güclü lider və rəhbər kimi yer tutacaq, Azərbaycanın inkişafı naminə saysız xidmətlər göstərəcək şəxsiyyətin hakimiyyətə və böyük siyasətə gəlişi idi.
34 il böyük siyasət səhnəsində olan Heydər Əliyev istər 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, 1983-1987-ci illərdə SSRİ rəhbərliyində çalışdığı zaman, istərsə də Azərbaycana rəhbərlikdən kənarda olduğu 1988-1993-cü illərdə və 1993-cü ildə yenidən Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra hər zaman öz xalqı ilə bir olub, bütün siyasi qərarlarında xalqa arxalanıb.
Əlavə bax:
http://azerbaycanli.org/az/page54.html
http://heydaraliyev.elibrary.az/toplu/xron.pdf
* * *
1989 – Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi (Steparakert) şəhərində azərbaycanlı əhaliyə qarşı terror aktı həyata keçirilib.
R.Zorge küçəsi, 51 ünvanında törədilən partlayış nəticəsində onlarla insan yaralanıb, 26 azərbaycanlı ailəsi evsiz qalaraq şəhəri tərk etməli olub.
Ermənilərin Dağlıq Qarabağdakı azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə kampaniyası güclənməkdə idi.
* * *
1990 – SSRİ prezidenti M.Qorbaçov "Televiziyanın demokratikləşməsi və inkişafı haqqında" fərman imzalayıb.
Fərmandan sonra SSRİ ərazisində sürətlə özəl telekanalların açılması prosesi başladı. Azərbaycan fəaliyyətə başlayan (26 noyabr 1991) ilk özəl televiziya kanalı ANS oldu.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Azerbaijan_News_Service
* * *
Bax:
►Bizim təqvim