Bizim təqvim > İyul > 11
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 11 iyul hansı fakt və olaylarla yadda qalıb?
11 iyul
1918 – Görkəmli şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə, 1874-1918) vəfat edib.
Bədii yaradıcılıqla yanaşı, Azərbaycan məktəbləri üçün ilk dərsliklərin («Yeni məktəb», «Türk ədəbiyyatına ilk qədəm») hazırlanmasında iştirak edib.
Uşaqlar üçün şeir və hekayələri xüsusilə məşhurluq qazanıb.
İxtisasca həkim olan A.Səhhət bu sahədə də xalqına xidmət göstərib, 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda həkimlik borcunu yerinə yetirərkən vəba xəstəliyinə düçar olaraq vəfat edib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Abbas_S%C9%99hh%C9%99t
http://www.nihadmehdi.com/az601rbaycan-399d601biyyat305/95-abbas-s601hh601t-rdquov399t399nrdquo.html
* * *
1990 – Erməni quldur dəstələri Tərtər-Kəlbəcər sərnişin avtobusunu partlatdıqdan sonra dinc insanları gülləbaran ediblər.
Terror aktı nəticəsində 14 azərbaycanlı öldürülüb, 35 nəfər yaralanıb.
* * *
1991 – Erməni silahlı dəstələrinin Ermənistanda azərbaycanlıların sonuncu yaşayış məntəqəsinə - Mehri rayonunun Nüvədi kəndinə basqınları başlayıb.
Ermənistan hüquq-mühafizə basqınların qarşısını almaq əvəzinə kənd sakinlərindən Azərbaycanla bütün əlaqələri kəsməyi tələb ediblər.
Bu şantajdan bir qədər sonra (avqust) Nüvədi əhalisi deportasiya olundu.
Əlavə bax:
http://nuvadi.azeriblog.com/2009/07/02/nuvedi-11
* * *
2000 – Türkiyə prezidenti Əhməd Necdət Sezər prezident postunda ilk xarici səfərini Azərbaycana edib.
Azərbaycan və Türkiyə rəhbərlərinin görüşündə ikitərəfli münasibətlər, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsi ətrafında vəziiyyət geniş müzakirə olunub.
Azərbaycan-Türkiyə əlaqələrinə dair bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=76&Itemid=43
* * *
Bax:
►10 iyul