ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyul > 8

Tarixdə bu gün: Azərbaycan

Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 8 iyul hansı fakt və olaylarla yadda qalıb?

 

 8 iyul

 

1909 – Görkəmli dilçi alim, filologiya elmləri doktoru Əbdüləzəl Dəmirçizadə (1909-1979) Şəkidə anadan olub.

1946-cı ildən ömrünün sonunadək Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasının müdiri işləyib.

Azərbaycan dilçilik elmində fundamental əsərlərin, müasir Azərbaycan dilinin fonetikasına, üslubiyyatına, etimologiyasına və  dilçiliyə aid əsərlərin, orta və ali məktəb dərsliklərinin müəllifidir.

Elmi kadrların hazırlanmasında xüsusi xidməti var. Azərbaycanın Əməkdar еlm xadimi, Dövlət mükafatı laureatı olub.

1979-cu il aprelin 10-da vəfat edib.

Əlavə bax:  

http://www.adam.az/az.php?subaction=showfull&id=1212522252&archive=&start_from=&ucat=8,43&go=headlines&category=43

* * *  

 

1992 – ATƏM-in (1995-ci ildən ATƏT) Helsinkidə keçirilən zirvə toplantısında iştirak edən prezident Əbülfəz Elçibəy Azərbaycanın təşkilata üzvlüyünə dair sənədləri, o cümlədən Helsinki Yekun Aktını (1975) imzalayıb.

Azərbaycan ATƏM-ə 1992-ci il yanvarın 30-da qəbul olunmuşdu.

Əlavə bax:

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=565&Itemid=1

* * *  

1996 – Azərbaycan Respublikası ilə Boliviya arasında diplomatik münasibətlər qurulub.

 * * *

2002 – Türkmənistanın Türkmənbaşı limanında Azərbaycanın Xəzər Dövlət Dəniz Gəmiçiliyinə məxsus "General Şıxlinski" tankerində yanğın baş verib.

Tankerdə olan 22 nəfərdən 6-sı həlak olub.

* * *


2003 – Prezident Heydər Əliyev İtaliya XİN başçısının müavini Marqerita Boniveri, Türkiyənin daxili işlər naziri Abdulkadir Aksunu qəbul edib, Təhlükəsizlik Şurasının iclasını keçirib.

Bu, Heydər Əliyevin prezident postunda Bakıda keçirdiyi son görüşlər idi.

Həmin gün axşam dövlət başçısı Gülhanə Hərbi Tibb Akademiyasında müalicəsini davam etdirmək üçün Ankaraya gedib.

2003-cü il avqustun 7-dən Heydər Əliyevin müalicəsi ABŞ-ın Ohayo ştatının Klivlend Klinikasında davam etdirilib. Dekabrın 12-də orada vəfat edib.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2003/iyul/149/olke.html#3

* * *

Bax:

►7 iyul

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009