Bizim təqvim > İyul > 7
Tarixdə bu gün: Azərbaycan
Saytımızda yeni bölməni – “Bizim təqvim” rubrikası altında “Tarixdə bu gün: Azərbaycan” bölməsini təqdim edirik. Elektron xronoqraf formatında nəzərdə tutulan bölmədə Azərbaycan tarixinin təqvimin günlərində həkk olunmuş hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər yer alacaq.
Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 7 iyul hansı fakt və olaylarla yadda qalıb?
7 iyul
1923 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verib.
Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında «beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə» xidmət edəcəyi vurğulanırdı.
Dekretə əsasən, «Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayətin yaradılması» nəzərdə tutulmuşdu.
Bu barədə tövsiyə qərarı 1921-ci ildə Rusiya K(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunmuşdu.
Həmin qərarda muxtariyyətin mərkəzi olaraq Şuşa göstərilsə də, Azərbaycan MİK-in dekretində vilayətin mərkəzi kimi o vaxt kiçik qəsəbə olan Xankəndi seçilmişdi. Tezliklə ermənilərin təşəbbüsü ilə Xankəndinin adı dəyişdirilərək Stepanakert adlandırıldı.
Müvafiq ərazi-inzibati bölgülərindən sonra DMQV-in ərazisi 4,4 min kv.km olaraq müəyyənləşdi.
Əlavə bax:
http://azerbaycanli.org/az/page156.html
http://azerbaycanli.org/az/page157.html
* * *
1939 - Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova anadan olub.
Rus və Azərbaycan dilində yazdığı elmi-fantastik əsərləri bir çox ölkələrdə çap olunub.
"Yeraltı dünya", "Həyat naminə. Qarabağ – xoşbəxtlik və kədərim", “Vaxtdır qardaşım” və s. əsərlərin müəllifidir.
Əlavə bax:
http://elmirazamanova.az/stories.htm
http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=2205
* * *
1992 – Azərbaycan Respublikası ilə Tailand arasında diplomatik münasibətlər qurulub.
1994 – Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Doğan Gürəş Azərbaycana rəsmi səfərə gəlib.
Prezident Heydər Əliyevlə görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq imkanları müzakirə edilib.
Bax:
►Bizim təqvim