ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyul > 6

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 6 iyul hansı fakt və olaylarla yadda qalıb?

 

6 iyul

1927 – Hərbi xadim, tank qoşunları general-mayoru Valeh Bərşadlı (1927-1998) anadan olub.

Zirehli Tank Qoşunları Hərbi Akademiyasını, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib, SSRİ Silahlı Qüvvələrinin müxtəlif hissələrində də komandir vəzifələrində çalışıb.

1991-ci ilin sentyabrında general-leytenant Valeh Bərşadlı Azərbaycan  Respublikasının ilk müdafiə təyin edilib. Lakin bu vəzifədə qısa müddət işləyib, həmin ilin dekabrında müxalifətin (Xalq Cəbhəsi) təzyiqi altında istefa verib.

C.Naxçıvanski adına Hərbi Məktəbin rəisi işləyib, milli hərbi kadrların hazırlanmasına öz töhfəsini verib.

Əlavə bax:

http://az.apa.az/news.php?id=62997

* * *

1993 – İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının İstanbulda keçirilən zirvə toplantısında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən bəyanat qəbul olunub.

Sammit iştirakçıları Ermənistanı işğalçılıq müharibəsini dayandırmağa çağırıblar.

Azərbaycan rəhbəri Heydər Əliyev ölkədəki ağır vəziyyətlə əlaqədar sammitdə iştirak etmirdi.

ECO təşkilatına 10 müsəlman ölkəsi - Türkiyə, İran, Pakistan, Əfqanıstan, Mərkəzi Asiyanın beş respublikası (Qazaxıstan, Qırğızısrtan, Türkmənistan, Özbəkistan, Tacikistan) və Azərbaycan - daxildir.

Əlavə bax:

http://azerbaycanli.org/az/page159.html

* * *

Bax:

►5 iyul



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009