ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyul > 2

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 2 iyul hansı fakt və olaylarla yadda qalıb?

2 iyul

1892 – Azərbaycan yazıçısı, pedaqoq, ictimai xadim Tağı Şahbazi Simurğ (1892-1937) Bakıda anadan olub.

Gənc yaşlarında sol təmayüllü təşkilatlarda faəliyyət göstərib. 1913-cü ildə Xarkov darülfünunin fizika və riyaziyyat fakültəsinin təbiyyat şöbəsinə daxil olur, 1914-cü ildə tibb şöbəsinə dəyişilir. 1919-cu ildə Bakıya qayıdıb maarif və mədəniyyət sahəsində işləmişdir.

1920-1930-cu illərdə Azərbaycan Xalq Maarif Komissarının müavini, "Maarif və mədəniyyət" jurnalının redaktoru, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışmışdır.

Bədii yaradıcılığa gənc yaşlarından başlayıb. Povest və hekayələrində dini fanatizm, qadın azadlığı, mənəviyyat problemlərini təsvir edib. Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur. «Ağanın kənizi» (1926), «Azadlıq üçün cinayət» (1928), «Aldanmış ümid» (1926), «Əzab qorxusu» (1926), «Seçilmiş əsərləri» (1983) və s. kitabların müəllifi olmuşdur.

1937-ci ildə Stalin repressiyasının qurbanı olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Ta%C4%9F%C4%B1_%C5%9Eahbazi_Simur%C4%9F

* * *  

1918 – Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib.

Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub.

Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycanda Polis günü kimi qeyd olunur.

Əlavə bax:

http://www.mia.gov.az/?/az/content/131/          

* * *

1921 – Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb - Azərbaycan Kişi Pedaqoji İnstitutu adı ilə təsis edilib.

Sonralar bu ali təhsil müəssisəsi V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu adlanıb.

Hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərir.

ADPU indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlamışdır.

Universitetdə müəllim və tərbiyəçi kadrları hazırlayan 10 fakültə və 55 kafedra fəaliyyət göstərir.

* * *

 

1997 – Prezident Heydər Əliyev Rusiya Federasiyasına rəsmi səfərə gedib.

Səfər gedişində iki ölkə arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə, ikitərəfli münasibətlərin müxtəlif sahələri üzrə hökumətlərarası sazişlər imzalanıb.

Bu arada Rusiyanın Ermənistana 1 milyard dollarlıq gizli silah verməsi faktının üzə çıxması şimal qonşumuzun Azərbaycanla dostluğa necə “sadiq olduğunu” göstərdi.

* * *

 

Bax:

⇒1 iyul

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009