ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyul > 1

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 1 iyul hansı fakt və olaylarla yadda qalıb?

 

1 iyul

 

1903 – Bakıda ilk ümumi siyasi tətilin keçirilib. Əsasən neft sənayesini əhatə edən tətilin tələbləri fəhlələrin iş şəraiti, əməkhaqlarının artırılması ilə bağlı idi.

İyulun 22-dək sürən tətil Bakıda sol təmayüllü (bolşevik) təbliğatın tədricən təşəkkül tapdığını göstərirdi.

* * *

1909 – Tanınmış kimyaçı alim, akademik Rüstəm İsmayılov (1909-1972) anadan olub. Rüstəm İsmayılov neft kimyası və neft emalı texnologiyasına aid mühüm tədqiqatların müəllifidir.

Azərbaycanın neftayırma sənayesində termik krekinq texnologiyasının əsaslı surətdə təkmilləşdirilməsində R.İsmayılovun xidməti böyükdür. O, Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərindəndir.

Rüstəm İsmayılov 1967-1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub. 1972-ci il iyunun 1-də Bakıda vəfat etmişdir.

* * *

1996 – Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasında diplomatik münasibətlər qurulub.

* * *

1998 – Azərbaycan Respublikası ilə Tunis arasında diplomatik əlaqələr yaradılıb.

* * *

2004 – Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Proqram üzrə 2004-2007-ci illərdə ölkə ərazisində məcburi köçkünlər üçün çadır düşərgələri tamamilə (5 rayonda 12 düşərgə) ləğv olunub, 17 minə yaxın məcburi köçkün ailəsi üçün 56 müasir tipli qəsəbə tikilib.

2007-ci ilin oktyabrında prezidentinin sərəncamı ilə Dövlət Proqramına edilən əlavələr (2008-2011-ci illər üzrə) «fin evləri», məktəb binaları, hərbi hissələrin ərazisi və yaşyaış üçün yararsız binalarda məskunlaşmış daha 12 min məcburi köçkün ailəsi üçün yeni qəsəbələrin inşası, ümumilikdə 300 min məcburi köçkünün iş və həyat şəraitin yaxşılaşdırılması nəzərdə tutulub.

* * *

2008 – Prezident İlham Əliyev Batumidə (Gürcüstan) Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM ölkələri liderlərinin sammitində iştirak edib.

GUAM regional birliyi Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna prezidentlərinin 1997-ci il oktyabrın 10-da Strasburqda imzaladıqları Birgə Kommunike əsasında fəaliyyətə başlamışdır.

2001-ci il iyunun 7-də Yaltada GUAM-ın ilk zirvə toplantısında onun beynəlxalq struktur kimi formalaşması ilə bağlı qərar (Yalta Xartiyası) qəbul olunub.2000-2005-ci illərdə Özbəkistan da qurumun üzvü olub, sonra onun sıralarını tərk edib.

22-23 may 2006-cı il tarixində GUAM-ın Kiyevdə keçirilən sammitində təşkilatın adı dəyişdirilərək Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat – GUAM adlandırılmış, qurumun Nizamnaməsi qəbul olunub. 2006-cı ildən GUAM-ın sammitlıərində Polşa, Litva, Ruminiya da iştirak edir.

Əlavə bax:

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=545&Itemid=1

* * *

Bax:

►30 iyun  

   



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009