ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyun > 30

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 30 iyun hansı fakt və olaylarla yadda qalıb?

30 iyun

 

1625 – Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində Şah Abbasın qoşunları gürcü çarlıqlarının birləşmiş qüvvələrinə qalib gəlib, bölgəni yenidən nəzarətə götürüb.

Gürcüstan uğrunda mübarizə aparan türk (Osmanlı) qoşunları bölgəni tərk etməyə məcbur olub.

1639-cu ildə imzalanan Qəsri-Şirin sülh müqaviləsinə görə, Osmanlı dövləti Cənubi Qafqazın bütünlüklə Səfəvilərin hökmranlığına keçməsini qəbul etdi.

Şah Abbas və Səfəvi-Osmanlı müharibələri haqqında əlavə bax:  

http://tr.wikipedia.org/wiki/I._Abbas  

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2007&Pid=18376

* * *

1812 – Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə (1812-1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb.

1850-ci illərdə yazdığı 6 komediyası ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. Əsərləri hələ sağlığında xarici dillərə tərcümə edilib.

1873-cü ildə Mirzə Fətəli Axundzadənin  “Lənkəran xanın vəziri” komediyasının səhnələşdirilməsi ilə Azərbaycan milli teatrının əsası qoyulub.

Bax həmçinin:

http://az.wikipedia.org/wiki/Mirz%C9%99_F%C9%99t%C9%99li_Axundov

* * *

1928 – Tanınmış alim, akademik, biologiya elmləri doktoru, Milli Məclisin deputatı Cəlal Əliyev anadan olmuşdur.

* * *

1993 – Milli Məclis parlamentin sədri, prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin təqdimatı əsasında Surət Hüseynovun baş nazir təyin olunmasını təsdiqləyib.

Bu təyinat 4 iyun Gəncə hadisələrindən sonra ölkədə yaranmış böhranı qismən aradan qaldırmaq, Surət Hüseynovun arxasındakı qiyamçı hərbi birləşmələri neytrallaşdırmaq üçün zəruri addım idi. Qiyamçı qüvvələrin başında duran Surət Hüseynov həmin vaxt ölkədəki əsas güc mərkəzlərindən biri idi.

S.Hüseynov 1 il 3 ay Azərbaycanın baş naziri oldu. 1994-cü il 3-4 oktyabrında ölkədə mütləq hakimiyyəti mənimsəmək iddiası ilə cəhd etdiyi dövlət çevrilişinin baş tutmamasından sonra vəzifəsindən kənarlaşdırıldı. Bundan sonra S.Hüseynov ölkəni tərk etdi.

Lakin bir qədər sonra Rusiyada həbs edilərək respublikaya gətirildi və həbsə məhkum edildi. 2005-ci ildə prezident İlham Əliyevin fərmanı ilə əfv olunub.

Bax həmçinin:

http://menqarabagam.azersayt.com/blog.html?page=comments&member=vetenim&newsid=104964

* * *

1998 – Milli Məclis Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasını qəbul edib.

Azərbaycan Respublikasının Konstitusiyası əsasında hazırlanan Naxçıvan MR-in Əsas Qanunu, qanunvericiliyə uyğun olaraq, Milli Məclisdə mütləq səs çoxluğu (124 deputatdan 95 səs lehinə) ilə təsdiqlənib.  

* * *

Bax:

⇒29 iyun



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009