ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyun > 29

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 29 iyun hansı fakt və olaylarla yadda qalıb?

 

29 iyun

1913 – Xalq şairi Nigar Rəfibəyli (1913- 1981) Gəncə şəhərində anadan olub.

Məşhur Rəfibəylilər nəslindəndir, atası Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olub.

Nigar Rəfibəyli lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən bir çox poeziya nümunələrini dilimizə çevirib.

1981-ci il iyulun 10-da vəfat edib.

Bax həmçinin:

http://www.anar.az/az/nigar.htm

http://epistolyar.musigi-dunya.az/yazichilar/nigar_rafibeyli.html

* * *

1990 -  Azərbaycan SSR Nazirlər Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətində  Azərbaycan SSR-in suveren hüquqlarının bərpa edilməsi və vilayətin sosial-iqtisadi inkişafı üzrə tədbirlər haqqqında” qərar qəbul edib.

Lakin artıq vaxtı keçmiş bu cür formal qərarlarla erməni qüvvələrin Qarabağdakı aqressiv hərəkətlərini, Ermənistanın Azərbaycana qarşı təhdid siyasətini önləmək mümkün deyildi.

Qərardan iki həftə sonra (11 iyul 1990) erməni quldur dəstələrinin növbəti terror basqını nəticəsində Tərtər-Kəlbəcər sərnişin avtobusunu partlatdılmış, 14 azərbaycanlı öldürülmüş, 35 nəfər yaralanmışdı.

* * *

1992 – Azərbaycan Respublikası ilə Yeni Zelandiya arasında diplomatik münasibətlər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=166&Itemid=43

* * *

1994 – Prezident Heydər Əliyev İran İslam Respublikasına ilk rəsmi səfərə gedib. Bundan öncə - 1993-cü ilin oktyabrında - İran prezidenti Azərbaycana səfər etmişdi. Bu səfərlər Bakı-Tehran münasibətlərində 1992-1993-cü illərdə yaranmış soyuqluğun aradan qaldırılması üçün əhəmiyyətli hadisə olub.

Prezident Heydər Əliyevin İrana rəsmi səfəri gedişində iki ölkə arasında bir sıra əməkdaşlıq sazişləri imzalanıb. İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Azərbaycan prezidenti ilə imzaladığı birgə bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyib.

Azərbaycan-İran münasibətləri barədə əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=111&Itemid=43

* * *

1995 – Prezident Heydər Əliyev Bolqarıstan və Rumıniyaya rəsmi səfərə gedib.

Səfər Azərbaycanın bu ölkələrlə yüksək səviyyəli münasibətlərinin əsasını qoyub. Prezident Buxarestdə keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə iştirak edib.

* * *

2004 – Azərbaycan prezidenti İlham Əliyev NATO-nun İstanbulda keçirilən zirvə toplantısında iştirak edib.

Dövlət başçısı  Şimali Avroatlantika Tərəfdaşlıq Şurasının toplantısında, “Avroatlantik İttifaqı yol ayrıcında” mövzusunda konfransda çıxış edib, bir sıra ikitərəfli görüşlər keçirib.

Sammit çərçivəsində İstanbulda Türkiyənin xarici işlər naziri Abdullah Gülün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanla üçtərəfli görüşü keçirilib.

* * *

Bax:

►28 iyun

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009