ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyun > 28

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 28 iyun hansı fakt və olaylarla yadda qalıb?

 

28 iyun

 

1842 – Görkəmli Azərbaycan maarifçisi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1842-1907) keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Zərdabi 1875-ci il iyulun 22-də Rusiya impariyasında ilk turkdilli qazetin - «Əkinçi» qəzetinin nəşrinə başlamaqla Azərbaycan milli mətbuatının əsasını qoyub.

Zərdabi həmçinin Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı və təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) olub.

Bax həmçinin:

http://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_b%C9%99y_Z%C9%99rdabi

http://www.adam.az/az.php?subaction=showfull&id=1209585349&archive=&start_from=&ucat=11,20,46&go=headlines&category=46

* * *

1926 – Tanınmış dövlət xadimi, daxili xidmət general-leytenantı Arif Heydərov (1926-1978) anadan olmuşdur. 1967-1970-ci illərdə SSRİ-nin Türkiyədəki səfirliyində konsul işləyib.

1970-1978-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri olub, sui-qəsd nəticəsində qətlə yetirilib.

Hazırda Azərbaycan Daxili İşlər Nazirliyinin respublika hospitalı general Arif Heydərovun adını daşıyır. Bakıda A.Heydərov adına küçə var.

* * *

1996 – Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul edib.

Azərbaycan parlamenti Avropa Şurasında "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün quruma 1992-ci ilin yanvarında müraciət etmişdi.

AŞPA Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu verdikdən sonra, 1996-cı il iyulun 13-də prezident Heydər Əliyev Avropa Şurasının baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page437.html

* * *

2000 – Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi barədə tövsiyə qərarı qəbul edilib.

AŞPA Siyasi Komitəsinin Azərbaycan üzrə məruzəçi Jak Bomelin (Fransa) hesabatı üzrə keçirilmiş səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə səs vermiş, 5 nəfər bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdi.

Azərbaycan 2001-ci il yanvarın 25-də rəsmən Avropa Şurasına üzv qəbul olundu. 

Bax həmçinin :

Azərbaycan və Avropa Şurası (xronika)

* * *

Bax:

►27 iyun

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009