ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyun > 24

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 24 iyun hansı fakt və olaylarla yadda qalıb?

24 iyun

 

1918 – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib.

Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının (ikinci hökumət) qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti dövlət rəmzi elan edilib.

Həmin vaxt milli hökümət Gəncədə, Xalq Cümhuriyyətinin müvəqqəti paytaxtında fəaliyyət göstərirdi. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin 9 noyabrında Bakıda, Xalq Cümhuriyyəti 3-cü hökumətinin qərarı ilə qəbul olunub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Respublikas%C4%B1n%C4%B1n_D%C3%B6vl%C9%99t_Bayra%C4%9F%C4%B1

 * * *

1920 – Təbrizdə Cənubi Azərbaycan Milli Hökumətinin fəaliyyətə başlaması ümumxalq bayramına çevrilib. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Milli Hökumətin qurulması bir gün öncə - 23 iyunda elan edilmişdi. Xiyabaninin rəhbərliyi altında Təbriz üsyanı 1920-ci ilin 7 aprelində qalib gəlmişdi.

Milli Hökumətinin fəaliyyətə başlaması ilə bağlı bütün müəssisələrdə, tədris ocaqlarında iş dayandırılmış, bazarlar bağlanmışdı. Milli Hökumətin qərarı ilə, mərkəzdən göndərilmiş bütün dövlət məmurları, İran valisi də daxil olmaqla, Təbrizdən çıxarıldılar.

Bu, faktiki olaraq, Cənubi Azərbaycanda mürtəce şahlıq rejiminin - İran hakimiyyətinin devrilməsi və milli dövlətçilik ənənələrinin dirçəlişi demək idi. Milli Hökumət isə müstəqil demokratik respublika funksiyasını yerinə yetirirdi.

Bununla belə, Cənubi Azərbaycan türklərinin tamamilə müstəqil yaşamaq əzminə rəğmən, Milli Hökumət bütün İranın demokratikləşdirilməsi və ölkədə konstitusiyalı quruluş yaradılması, başqa sözlə, Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində milli muxtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı. Lakin Milli Hökumətin ömrü bir neçə ay oldu, 1920-ci ilin 14 sentyabrında Xiyabani qətlə yetirildi və üsyan yatırıldı.

Əlavə bax:

http://www.azerbaijan.az/_History/_Middle/middle_04_a.html

http://az.wikipedia.org/wiki/%C5%9Eeyx_M%C9%99h%C9%99mm%C9%99d_Xiyabani

* * *

1938 – I çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilib.

310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115-i ziyalı-qulluqçu seçilmişdi. Xalq deputatlarının 72-si qadınlar idi.

Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi şəraitdə Ali Sovet qanunverici orqan olaraq formal fəaliyyət göstərirdi.

Əlavə bax:

http://azerbaycanli.org/az/page130.html

* * *

1938 – Azərbaycan Respublikasının 2-ci prezidenti, milli-azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin qurucusu və əvəzsiz sədri Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub.

1970-ci illərdən milli oyanış və disident hərəkatında yer alıb, 1975-76-cı illərdə BDU-da tarix müəllimi işləyərkən millətçi və antisovet təbliğatı aparmaq adıyla ilyarım azadlıqdan məhrum edilib.

1980-ci illərin sonunda Azərbaycanda xalq hərəkatına rəhbərlik edib, 1989-cu ilin iyulunda Xalq Cəbhəsinin sədri seçilib.

1992-ci il iyunun 7-də Azərbaycan Respublikasının prezidenti seçilib. Bir il sonra, 1993-cü ilin iyununda Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyamla siyasi müxalifətin əlbir səyləri ilə hakimiyyətdən getməyə məcbur olub. 1997-ci ilin oktyabrınadək Naxçıvanda, Kələki kəndində yaşayıb.

Daha sonra Bakıya dönərək yenidən aktiv siyasətdə yer alıb. 2000-ci il avqustun 22-də vəfat edib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/%C6%8Fb%C3%BClf%C9%99z_El%C3%A7ib%C9%99y

http://www.kataloq.net/v2/shexsler/%C6%8Fb%C3%BClf%C9%99z-El%C3%A7ib%C9%99y-41

* * *

1993 – Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub.

Prezident Əbülfəz Elçibəylə (iyunun 18-nə keçən gecə Bakını tərk edərək Kələki kəndinə getmişdi) danışıqlar aparmaq üçün Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində getmiş bir qrup ziyalılının nəticəsiz geri dönməsindən sonra parlament Konstitusiyanın tələbini nəzərə alaraq prezident səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi barədə qərar qəbul edib.

Parlamentin qərarı ilə Ali Sovetin sədri Heydər Əliyev Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb.

Ölkədə növbədənkənar prezident seçkiləri 1993-cü il oktyabrın 3-də keçirildi.

Əlavə bax:

http://www.meclis.gov.az/muzey/Senedler/sened_2.html

* * *

Bax:

►23 iyun

   



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009