ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Azərbaycanlı icması

Dağlıq Qarabağın azərbaycanlı icmasının mərkəzi qərargahı açıldı

İlham Əliyev: “Bu, müvəqqəti bir qərargahdır. Biz Dağlıq Qarabağa qayıdacaq, orada gözəl binalar tikəcəyik”

-07.07.2010-

İyulun 6-da Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışı keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısının Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini göstərir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının yeni binası da icmanın fəaliyyətinin əlaqələndirilməsi, bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm addımdır.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış oldu. >>>

* * *

Rövşən Rzayev: «Almaniya Bundestaqının vitse-spikeri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qurultayı ilə bağlı məlumatı müsbət qarşıladı»  

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin “525-ci qəzet”ə müsahibəsi

-27.06.2009-  

- Rövşən müəllim, məlum olduğu kimi, Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) ilə Azərbaycan hökuməti, Milli Məclis arasında uzun illərdən bəri davam edən əməkdaşlıq mövcuddur. Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvü və bu çərçivədə keçirilən bir sıra tədbirlərin iştirakçısı kimi həmin əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq çərçivəsində müxtəlif səviyyələrdə mühüm layihələr həyata keçirilir. Bu layihələr Azərbaycanda həyata keçirilən hüquqi islahatlara, hüquqi dövlət quruculuğuna, bu sahədə Almaniya ilə tərəfdaşlığa önəmli töhfə verir. İyunun 9-10-da Berlin şəhərində GTZ-nin, Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş «Davamlı inkişaf hüquqi dövlətçilik tələb edir - əməkdaşlığın imkanları» adlı beynəlxalq konfrans da bu qəbildəndir. >>>

* * *

►Digər xəbərlər:

             Bu fikir Dağlıq Qarabağın azərbaycanlı icmasının Bakıda keçirilmiş qurultayında vurğulanıb




Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009