ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyun > 22

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsini elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 22 iyun hansı fakt və olaylarla yadda qalıb?

       22 iyun

 

1802 – Görkəmli şərqşünas alim, maarifçi Mirzə Kazımbəy (1802-1870) anadan olmuşdur.

Peterburq Universitetini bitirib, 1839-cu ildə «Türk-tatar dilinin qrammatikası» dərsliyini çap etdirib.

1853-cü ildə Peterburq Universitetində Şərqşünaslıq fakültəsi açılıb və Mirzə Kazımbəy onun ilk dekanı təyin edilib.

Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.

Mirzə Kazımbəy haqqında əlavə bax:

* * *

1806 – Azərbaycan torpaqlarına yürüşü davam etdirən çar Rusiyasının qoşunları Dərbəndi işğal ediblər.

Dərbəndin ələ keçirilməsi rus qoşunlarının Bakıya doğru yürüşünə imkan yaratdı.

* * *

1897 – Azərbaycan klassik vokal məktəbinin banisi, görkəmli müğənni, xalq artisti Bülbül (Murtuza Məmmədov, 1897-1961) Şuşada anadan olub.

Əsrarəngiz səsinə görə kiçik yaşlarından ona «Bülbül» adı verilib.

Bülbül Azərbaycan xalq mahnılarının, bəstəkar mahılarının, operaların baş partiyalarının unudulmaz ifaçısı, həmçinin böyük musiqiçi-pedaqoq olub. 

Bülbül haqqında əlavə bax:

* * *

1999 – Avropa Birliyi (AB) ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1996-cı il aprelin 22-də Lüksemburqda imzalanıb) qüvvəyə minib.

Saziş Azərbaycanda iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçidin dəstəklənməsi, demokratiyanın möhkəmlənməsi, sosial, elmi, texniki və mədəni əməkdaşlıq sahəsində AB-nin dəstək və yardımını əhatə edir.

2004-cü ilin mayında prezident İlham Əliyevin Brüsselə səfəri zamanı AB-yə yeni üzvlərin qoşulması ilə əlaqədar olaraq Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə Əlavə Protokol imzalanmışdır. 

Avropa Birliyi-Azərbaycan əlaqələri haqqında əlavə bax:

* * *

Bax həmçinin:

►21 iyun



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009