ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Azərbaycan dünyada

 * * *

Xəzər üzrə üçüncü sammit Bakıda gerçəkləşdi

Təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalandı, dənizin statusu məsələsi isə yenə açıq qaldı

Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammiti keçirilmişdir. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak etmişlər.

Zirvə görüşünü açan Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq, bugünkü görüşün əlamətdar hadisə olduğunu dedi. Azərbaycanın dövlət başçısı Xəzəryanı ölkələr arasında dostluq, mehribanlıq münasibətlərinin mövcudluğunu qeyd edərək, bu ölkələrin əsrlər boyu yaxın qonşuluq şəraitində yaşadığını söylədi və bildirdi ki, Azərbaycan öz qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurmuşdur. >>>

* * *

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradıldı

Şuranın katibliyi İstanbulda yerləşəcək, Bakıda türk mədəniyyətinin qorunması üçün vəqf, Astanada muzey və araşdırma fondu qurulacaq

Sentyabrın 16-da İstanbulda, “Çırağan” sarayında Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak etmişdir.

Xatırladaq ki, türkdiilk zirvə görüşü 1992-ci ildə Ankarada keçirilib.

Sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada, 2009-cu ildə isə Naxçıvanda keçirilmişdir. >>>

* * *

Azərbaycanın xarici siyasəti: təsir edən amillər və prioritetlər

-03.07.2009-

9 iyul Azərbaycanda diplomatik xidmət işçilərinin peşə bayramıdır. Bu tarix 1918-ci il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin fəaliyyətə başlaması ilə bağlı ilk normativ sənədin - XİN-in katibliyi haqqında müvəqqəti təlimatın təsdiq edildiyi gündən hesablanır.

Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib.

Yubiley münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov “Azərbaycanın xarici siyasəti: təsir edən amillər və prioritetlər” adlı məqalə ilə çıxış edib.

AzərTAc vasitəsilə yayılan məqaləni diqqətinizə təqdim edirik:

Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etmək və dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət qazandı. Həmin vaxtlar çoxları qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inanmırdı.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra xalqın firavanlığı və ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlanıldı. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi, çox ehtiyac duyulan xarici əlaqələrimizi genişləndirdi, hərtərəfli enerji strategiyasını reallaşdırdı və ölkənin uzunmüddətli inkişafının təməlini qoydu. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bugünkü Azərbaycan dövlətçiliyinin kökləri müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 23 aylıq ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi ilə süqut etmişdir. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Xarici İşlər Nazirliyi də daxil olmaqla əsas dövlət institutları məhz həmin dövrdə yaradılmışdır. Biz Azərbaycanın diplomatik xidmətinin yaranmasının 90 illiyini bu il böyük fəxr hissi ilə qeyd edirik.

Azərbaycan iqtisadiyyatda yüksək artıma, habelə sabit siyasi sistemə malik, sürətlə inkişaf edən gənc demokratik ölkədir. Azərbaycan öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün özünün iqtisadi və siyasi imkanlarından məharətlə istifadə edir. Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanınmışdır. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.

Azərbaycanın xarici siyasət istiqamətləri və strateji seçimləri aşağıdakı təsiredici amillərlə müəyyənləşir: >>>

 * * *  

Bax:

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASI

Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli 2198 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009