ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > İyun > 21

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında “Tarixdə bu gün: Azərbaycan” bölməsini təqdim edirik. Elektron xronoqraf formatında nəzərdə tutulan bölmədə Azərbaycan tarixinin təqvimin günlərində həkk olunmuş hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər yer alacaq.

Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu" layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 21 iyun təqvimdə hansı fakt və olaylarla yadda qalıb?

   21 iyun

 

1503 – Şah İsmayılın başçılıq etdiyi Səfəvi qoşunları Almaqulağı döyüşündə sultan Muradın ordusunu məğlub edib.

1500-cü ildə Ağqoyunlu dövləti ikiyə parçalandıqdan sonra onun bir qoluna (Diyarbəkir, Azərbaycanın Kür çayından cənubdakı hissəsi) Əlvənd Mirzə, ikinci qoluna (Ərəb İraqı, Fars, Kirmanır) isə sultan Murad başçılıq edirdi.

Səfəvi qoşunları 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzəni məğlub etmişdilər. Ağqoyunlunun ikinci qolunun məhv edilməsi ilə Səfəvi dövlətinin güclənməsi başlandı.

Əlavə bax:

http://turalisgandarov.files.wordpress.com/2010/01/azerbaycanin_doyusleri1.pdf

http://karabakh-doc.azerall.info/ru/articls/artc124az-40.php 

* * *

1830 – Zaqatala bölgəsində də çar üsul-idarəsinə qarşı üsyan alovlanıb.

Üsyan dörd ay davam etdi və oktyabrın ortalarında yatırıldı. Azərbaycanda baş qaldıran üsyanlara cavab olaraq çar hökuməti bölgələrdə hərbi komendantlıq idarə üsulu yaratmağa başlayıb.

* * *

1794 – Tarixçisi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) Bakı şəhəri yaxinlığında Əmircan (Xilə) kəndində anadan olmuşdur. Atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi.

Bakıxanov 8 yaşına qədər Bakıda yaşayıb. 1802-ci ildə atası xanlıq taxtı uğrunda mübarizədə əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur, təhsilini burada davam etdirmişdir, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir.

1819-cu ildə Bakıxanov çar Rusiyasının Qafqaz canişini general Yermolovun dəvəti ilə Tiflisə gedərək Qafqaz Baş Hərbi Idarəsində Şərq dilləri tərcüməçisi vəzifəsinə qəbul olunub.

Bakıxanov bu vəzifədə 26 il işləyib. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanan və Azərbaycan torpaqlarının bölünməsini rəsmiləşdirən Türkmənçay müqaviləsinin imzalanmasında tərcüməçi kimi iştirak edib.

Bakıxanov «Gülüstani-İrəm» əsəri ilə Azərbaycan tarixşünaslığın əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb. Bakıxanov hərbi qulluqdan istefaya çıxdıqdan sonra Yaxın Şərqə səyahətə çıxmışdır.

1847-ci ildə Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Abbasqulu_a%C4%9Fa_Bak%C4%B1xanov

http://www.anl.az/el/k/k001/aab001.htm

* * *

1933 – Tanınmış alim və ictimai xadim Tofiq İsmayılov (1933-1991) anadan olub.

1991-ci ildə Azərbaycan Respublikasının dövlət katibi təyin edilib.

Həmin il noyabrın 20-də Dağlıq Qarabağda (Qarakənd) ermənilər tərəfindən vurulan vertolyotda həlak olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Qarak%C9%99nd_faci%C9%99si

* * *

1991 – SSRİ prezidenti Mixail Qorbaçov Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun Lenin ordeni və ikinci "Qızıl ulduz" medalı ilə təltif olunması (ölümündən sonra) barədə fərman imzalayıb.

Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına hələ 1945-ci ildə təqdim olunsa da, Anastas Mikoyan başda olmaqla Kremldəki ermənilər buna imkan verməmişdilər.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page535.html

http://az.wikipedia.org/wiki/H%C9%99zi_Aslanov

http://www.9may.az/hero_az.php?subaction=showfull&id=1115037718&archive=&start_from=&ucat=18

* * *

2001 – Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Əlavə bax:

http://www.azerbaijan.az/portal/StatePower/Committee/committeeConcern_02_a.html

http://www.dqdk.gov.az/aze/abaut_a.html

* * *

Bizim təqvim  ►İyun

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009