ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tədbirlər

Azərbaycandakı ilk alman məskəninin 190 illiyi qeyd olunub

Göygöl (keçmiş Helenendorf) şəhərində keçirilən tədbirdə Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettingerin başçılığı ilə nümayəndə heyəti iştirak edib

-14.08.2009-

Azərbaycanda alman icmasının ilk yaşayış məskəni olmuş Helenendorf – indiki Göygöl – şəhərinin 190 illiyi münasibətilə avqustun 13-də bayram tədbiri -   “Şəhər günü” keçirilmişdir.

1819-cu ildə Almaniyadan, o vaxtkı Vürttemberq Krallığından Azərbaycana gəlmiş alman icması Gəncə yaxınlığında ilk koloniyanın – Helenendorf qəsəbəsinin əsasını qoymuşdur. Helenendorf XIX əvvəlində Azərbaycanın qərb bölgəsində salınmış 8 alman koloniyasından ən böyüyü olub. Bölgənin mühüm təsərrüfat-sənaye mərkəzinə çevrilən Helenendorf 1916-cı ildə Heleneno (Yeleneno), Azərbaycanın sovetləşməsindən sonra, 1938-ci ildə isə Xanlar adlandırılıb və eyniadlı rayonun mərkəzi olub. 2008-ci ildə Milli Məclisin qərarı ilə şəhərə Göygöl adı verilib.

Göygöl (Helenendorf) şəhərinin yaranmasının ildönümü ilə bağlı “Şəhər günü” tədbirləri 2005-ci ildən bu bölgədən millət vəkili, Effektiv Təşəbbüslər Mərkəzinin həmtəsisçisi Rövşən Rzayevin təşəbbüsü ilə qeyd olunur. >>> 

 


Azərbaycan tarixən tolerant ölkə kimi dünyaya nümunə olub

Azərbaycan-alman tarixi dostluğunu yaşadan Göygöl şəhərində keçirilmiş beynəlxalq konfransda bu fikir bir daha təsdiqini tapdı

-27.08.2008-

Son vaxtlar Azərbaycanın tarixinin, mədəniyyətinin, ölkəmizdə qədimdən var olmuş tolerantlıq, mədəniyyətlərarası dialoq irsinin dünyaya çatdırılması istiqamətində həm dövlət tərəfindən, həm də qeyri-dövlət xəttilə geniş işlər görülür.

Təqdirəlayiq haldır ki, xalqımızın sahib olduğu ümumbəşəri dəyərlərin, bu dəyərlərin əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin təbliğinə, son nəticədə Azərbaycanın beynəlxalq nüfuzuna xidmət edən bu mühüm fəaliyyət bölgələrimizin timsalında da özünü göstərir. 2008-ci il avqusutun 23-24-də Göygöl şəhərinin yaranmasının 189-cu ildönümünə həsr olunmuş tədbirlər də həmin amala xidmət edirdi.

Məlum olduğu kimi, indiki Göygöl şəhərinin - keçmiş Helenendorf qəsəbəsinin əsası 1819-cu ildə bu yerlərə köç etmiş alman icması tərəfindən qoyulub. Azərbaycan-alman dostluğunun izləri bu gün də Göygöldə yaşayır.

2005-ci ildən başlayaraq Göygöl rayonundan millət vəkili Rövşən Rzayevin təşəbbüsü ilə Göygöl-Helenendorfun yaranma tarixi «Şəhər günü» tədbirləri ilə qeyd olunur. Budəfəki «Şəhər günü» tədbirləri sırasında Helenendorf almanlarının tarixinə, mədəni irsinə, Azərbaycan-alman dostluğuna həsr olunmuş ikinci (ilk konfrans 2006-cı ildə keçirilmişdi) beynəlxalq konfrans da keçirildi.

Millət vəkili Rövşən Rzayevin həmtəsisçisi olduğu «Effektiv Təşəbbüslər Mərkəzi» (ETM) İctimai Birliyinin və Göygöl rayonu İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfransda azərbaycanlı və alman tarixçilər, vaxtilə Göygöl şəhərinin (Helenendorfun) təməlini qoymuş alman ailələrinin varisləri, Almaniyadan gəlmiş tələbələr, Milli Məclisin deputatları, KİV təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Konfrans Effektiv Təşəbbüslər Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə" tədqiqat və təbliğat platformu layihəsi çərçivəsində təşkil olunmuşdu. >>> 



Baku

World time




 "Azərbaycan tarixi günbəgün"
  kitab-təqvimi təqdim edirik

             
Yüklə

 

  

Xəbərlər

QHT-lər “erməni qətnaməsi”nə niyə zəif reaksiya verdilər? [2010-03-10]

Azay Quliyev: "Hamı bilməlidir ki, Türkiyə və Azərbaycan bir yerdədir”

ətraflı

10 mart – Azərbaycanda Milli Teatr günüdür [2010-03-10]
1873-cü ilin bu günü M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyası tamaşaya qoyulub

ətraflı

Fransa və Rusiya Qarabağ üzrə vasitəçiliyi ələ alırlar [2010-03-10]
Sülh prosesində əsas gəlişmələr Paris və Moskva arasında cərəyan edir

ətraflı

Yel çərşənbəsi – baharın ilıq mehi [2010-03-09]
Bu gün ilaxır çərşənbələrin üçüncüsüdür

ətraflı

“Əsrin müqaviləsi”ndə yeni layihəyə start verilib [2010-03-09]
Yeni “Çıraq Neft Layihəsi” çərçivəsində 360 milyon barel neft hasil olunacaq

ətraflı

«Soyqırım» qətnaməsi Ankara-Yerevan dialoqunu vurdu [2010-03-09]
Konqresdəki səsvermə ilə Türkiyə-Ermənistan protokollarının təsdiqi mümkünsüz hala gəldi

ətraflı

Azərbaycan əhalisinin 50,9 faizini qadınlar təşkil edir [2010-03-08]
Bütün xanımların bayramını təbrik edirik!

ətraflı

Qarabağ üzrə vasitəçilər bəyanat yayıblar [2010-03-08]
Həmsədrlər Ermənistanla müzakirələri intensivləşdirəcəklər

ətraflı

Bakı konqresmenlərin qərarına etiraz edir [2010-03-05]
Milli Məclis Nümayəndələr Palatasına müraciət qəbul edib

ətraflı

Ermənistan Qarabağ sülh planına yeni müddəalar əlavə edib [2010-03-05]
Yerevan Dağlıq Qarabağa dəxli olmayan keçmiş Şaumyan rayonunun bərpasını istəyir

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009