ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > 2009 > May > 1

Prezidentlərin Praqa görüşü öncəsi son məsləhətləşmələr keçirilir

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ dövlət katibi Hillari Klintonun dəvətilə Vaşinqtona səfərə gediblər

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza hər iki nazirin eyni vaxtda Vaşinqtona səfərinun təsadüf olmadığını bildirir. Onun sözlərinə görə, ABŞ administrasiyası Dağlıq Qarabağ sülh prosesində sıçrayışa nail olmaq istəyir: “Masa üzərində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ədalətli və balanslı sənəd var”.

-02.05.2009- ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin müşaviri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın
APA-nın ABŞ bürosuna müsahibəsi

- Mayın ilk həftəsində (ayın 4-6-da - red.) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtona gəlir. Bu təsadüfdür, yoxsa onlar üçün xüsusi görüş təşkil edirsiniz?

- Yox, bu təsadüf deyil. Dövlət katibi Klinton və prezident Obama hər ikisi çıxışlarında qeyd ediblər ki, onlar Dağlıq Qarabağ sülh prosesində sıçrayışa nail olmaq istəyirlər. Buna görə də hər iki xarici işlər naziri dövlət katibi ilə ayrılıqda görüş keçirəcəklər. Biz həmsədrlər isə prezidentlərin mayın 7-də Praqada baş tutacaq görüşünə hazırlaşırıq.

- Vaşinqtonun çoxlu sayda analitik mərkəzləri son dövrlər müşahidə olunan Türkiyə-Rusiya yaxınlaşmasından narahatlıqlarını ifadə edir. Onlar iddia edir ki, ruslar türklərdən erməni məsələsində kömək etmək, əvəzində isə Rusiyadan yan keçəcək boru kəmərlərinin inşasına mane olmağı tələb edir. Belə məlumatlar Sizdə narahatlıq yaratmır ki?

- Ekspertlərin öz rəylərini bildirməyə haqqı var. Regionda ABŞ-ın xarici siyasəti ilə məsul şəxs kimi deyə bilərəm ki, Türkiyə ən yaxın dost müttəfiqlərimizdən biridir, həm də çox etibarlı birisidir. Türkiyə Rusiya ilə normal əlaqələrə malik olmalıdır. Biz hamımız bilirik ki, uzun illərdir, iki ölkə arasında dərin biznes əlaqələr mövcuddur. Buna misal olaraq “Mavi axın” layihəsini göstərmək olar ki, bu, Rusiyanın Avropaya qaz ixracı inhisarını artıracaq. Lakin Türkiyə aktiv və etibarlı tərəfdaş olaraq, enerji təchizatının qaz və neft kəmərləri vasitəsi ilə diversifikasiya olunmasında Avropaya köməklik göstərdi. Azərbaycana bağlı olan bu kəmərlər sonda Türkmənistan və İraqa kimi uzana bilər. Bu baxımdan Rusiyanın ambisiyalarından asılı olmayaraq, ABŞ-Türkiyə strateji müttəfiqliyi güclüdür və güclü olaraq qalacaq. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, Minsk Qrupunun bütün həmsədr ölkələri eyni komanda kimi işləyir və sıçrayışa nail olmağa çalışır. Rusiya bunu təkbaşına edə bilməz. Ümumiyyətlə heç bir həmsədr ölkə bu işi tək görə bilməz. Biz hamımız gərək bir yerdə işləyək.

- Türkiyə ilə Ermənistan arasında işlənilən “Yol xəritəsində” Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı müddəa varmı?

- Mən iki ölkə arasında razılaşdırılan sənədin məzmunu barədə şərh vermək istəmirəm. Yalnız onu deyə bilərəm ki, ortada iki proses: Dağlıq Qarabağ münaqişəsi və ya Azərbaycan-Ermənistan münasibətləri və ayrılıqda Türkiyə-Ermənistan münasibətləri. Bunlar iki fərqli prosesdir. Yeri gəlmişkən, biz gözləyirik ki, bu iki proses eyni vaxtda irəliyə hərəkət etməyə başlayacaq, lakin fərqli sürətlərlə. Biz bir prosesdə daha yüksək sürət əldə edə bilərik, digər vaxt isə sürət düşə bilər. Yəni bu, paralel olaraq fərqli sürətdə irəliləyən iki fərqli prosesdir. Ona görə də ehtimal edirəm ki, “Yol xəritəsi” Türkiyə-Ermənistan münasibətlərinə fokus olunub. Fikrimcə, Türkiyə ilə Ermənistan arasında vəziyyətin normallaşması regionda diplomatik və psixoloji mühiti də yaxşılaşdıracaq. Bu, Dağlıq Qarabağ prosesi üçün də mühitin yaxşılaşması deməkdir.

- Siz əminsiniz ki, iki ölkə arasında sərhədin açılması mühiti yaxşılaşdıracaq və Dağlıq Qarabağ ətrafında danışıqları sürətləndirəcək?

- Diplomatiyada təminat adlı bir məfhum yoxdur. Yalnız hüquqi təminatlar verilən beynəlxalq hüquqda belə şeylər var. Bizim, yəni ABŞ-ın ciddi inamı onunla bağlıdır ki, əgər Türkiyə-Ermənistan yaxınlaşması irəliyə getsə, biz Ermənistanın danışıqlar zamanı daha konstruktiv olmasını görə bilərik. Xüsusi olaraq qeyd edim ki, mən iki ölkə arasında yaxınlaşmadan söhbət açdıqda, sərhədlərin aşılmasını nəzərdə tutmuram. Çünki sərhədlərin açılması daha gec baş tutacaq. Nəticədə Dağlıq Qarabağ münaqişənin həll olunma imkanları da yaxşılaşacaq. Siz indi mənə etibar etməyə məcbur deyilsiniz. Bizim indi istədiyimiz odur ki, həmsədrlərə bir iki ay verin ki, biz tərəflərlə işləyərək sıçrayışa nail olaq. Gələn həftə Praqada, bəlkə bir az sonra Peterburqda şıçrayışa nail olsaq, onda biləcəksiniz ki, biz haqlı idik. Əgər uğur qazanmasaq, bilirik ki, Azərbaycan kəskin reaksiya verəcək. Yəni indi işimiz sıçrayışa nail olmaq üçün işləməkdir ki, hər şey irəliyə gedə bilsin.

- İndi masada hər hansı konkret sənəd varmı ki, onu prezidentlər Praqada imzalayaraq sıçrayışa nail olsunlar?

- Mən demək istəməzdim ki, bu görüşdə hər hansı sənəd imzalana bilər. Mənim ümid etdiyim sıçrayış heç də hər hansı bir sənədin imzalanmasını nəzərdə tutmur. Ehtiyacımız olan budur ki, prezidentlər bizim sıçrayışa səbəb olacağına inandığımız baza prinsiplərinin sonuncu bir neçə maddəsi üzərində razılığa gəlsinlər. Buna görə də Praqada hər hansı sənədin imzalanmasını gözləməyə ehtiyac görmürəm. Sülh danışıqlarında sıçrayış istənilən formada baş tuta bilər. Detalları intellektualcasına təhlil etmədən hər hansı sənədin üzərinə köçürülməsinə nail olunmur. Baza prinsiplərinin son variantı Madrid sənədləridir. Bu sənədlər həmsədrlər tərəfindən təklif olunub və bir neçə il danışıqların məhsuludur. Bizim anladığımıza görə, Madrid sənədində əksini tapmış təkliflər masa üstündədir. Prezidentlər və xarici işlər nazirləri ilə işləyərək sənədləri və sənədlərin təkliflərini təkmilləşdirərək tərəfləri yaxınlaşdırmağa çalışmışıq. İşimizin əsas təməli Madrid sənədidir.

- Sonda ABŞ-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə xarakterizə edərdiniz?

- Azərbaycanla ABŞ arasında münasibətlər dostluq və strateji tərəfdaşlıq səviyyəsindədir və biz onları daha da dərinləşdirmək istəyirik. Lakin işlənməsi lazım olan bir çox sahələrimiz hələ var. Bizim strateji tərəfdaşlığımız təhlükəsizlik, enerji üzərində qurulub. Azərbaycan Avropaya aldığı qaz və neft mənbələrini diversifikasiya etməklə kömək edir. Əlbəttə, Azərbaycan daxilində siyasi və iqtisadi azadlıqların genişlənməsi də vacibdir. Bu məsələlərin hamısı zəruridir və bir-biri ilə bağlıdır. İstəyirik ki, sadaladığım bütün sahələrdə irəliləyiş görək. Ən yüksək səviyyədə çalışırıq ki, Azərbaycanın ən ciddi problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllini ciddi şəkildə irəliyə aparaq. Biz masa üzərində ədalətli və balanslı sənədə malikik. Bu sənəd icra olunduğu təqdirdə ərazilərin qaytarılması, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması, ermənilərin və Dağlıq Qarabağın ətraf rayonlarında yaşayan digər sakinlərinin təhlükəsizliyi təmin olunacaq. Təkliflər iqtisadi artıma və ümumi rifahın artmasına pozitiv təkan verərək, uzun müddətli sülhün yaranmasına əsas yaradacaq.

APA, 02.05.2009.

 

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009