"Effektiv Təşəbbüslər Mərkəzi" demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi (Birliyin həmtəsisçisi, Göygol rayonundan millət vəkili Rövşən Rzayev);
Göygol Rayonu İcra Hakimiyyəti.
Milli Məclisin üzvləri - 14 nəfər;
Göygöl RİH - 15-20 nəfər;
xarici qonaqlar (Almaniya və Türkiyə səfirləri, Estoniya parlamentinin vitse-spikeri, almaniyalı tarixçilər, Helenendorf almanlarının varisləri, Bonn Universitetinin tələbələri) - təxminən 30-35 nəfər;
azərbaycanlı tarixçilər, yazarlar - 10 nəfər;
KİV təmsilçiləri - 15-20 nəfər;
“Effektiv Təşəbbüslər Mərkəzi” İB-nin üzvləri - 5 nəfər;
Göygöl rayonu ictimaiyyətinin nümayəndələri, Bakıdan və ətraf rayonlardan digər qonaqlar - 50-60 nəfər.
(150-160 nəfər iştirakçı).
Konfransa gəlmiş qonaqların əvvəlcə Göygöl RİH rəhbərliyi ilə görüşü oldu, «dəyirmi masa» formatında müzakirələr aparıldı, sonra konfrans zalında çıxış və məruzələr dinlənildi.
Konfransda 14 nəfər çıxış etdi, o cümlədən 2-si Almaniya və 2-si Azərbaycandan olmaqla 4 tarixçi alimin məruzəsi dinlənildi.
Göygöl RİH başçısı Arif Seyidov;
Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stankina;
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç;
Estoniya parlamentinin vitse-spikeri Kristina Oyuland;
Bonn Universitetinin professoru, tarixçi, “EuroKaukAsiya” Mərkəzinin rəhbəri Eva Mariya Aux (məruzəçi);
Bonn Universitetinin professoru Rasim Mirzəyev (məruzəçi);
Azərbaycan almanları tarixinin tədqiqatçısı, t.e.n. Məmməd Cəfərli (məruzəçi);
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Göygöl (Helenendorf, Xanlar) rayonlarının tarixinin tədqiqatçısı Abbas Seyidov (Effektiv Təşəbbüslər Mərkəzinin məruzəçisi);
Tomas Fohrer (Helenendorf-Göygöl şəhərinin qurucularından olan Fohrerlər nəslinin nümayəndəsi (Almaniya, Ştutqart):
Göygöl rayonundan millət vəkili Rövşən Rzayev;
Millət vəkili Fuad Muradov;
Millət vəkili Siyavuş Novruzov;
Millət vəkili Məlahət Həsənova;
Millət vəkili Əkrəm Abdullayev.
Konfrans iştirakçıları Göygöl şəhərindəki alman kirxasına - 1857-ci ildə inşa edilmiş Müqəddəs Yohann lüteran kilsəsinə baş çəkdilər, kirxanın qülləsində yeni zəngin işə salınması mərasimində iştirak etdilər, fotosərgiyə tamaşa etdilər.
Konfrans barədə KİV-də, o cümlədən rusdilli mediada çoxsaylı yazılar dərc olunmuş, telekanallarda (Lider TV, AzTV, İTV, Gəncə TV) süjetlər verilmişdir.