ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Azərbaycan dünyada > Iqtisadi inteqrasiya > Davos - 2009

Prezident Ilham Əliyevin Davos Forumunda iştirakı dünya mətbuatının diqqətində olub

-02.02.2009-

Azərbaycan prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində növbəti illik Dünya İqtisadi Forumunda (28-31yanvar) iştirakı, bu mötəbər tədbir çərçivəsində işgüzar görüşləri, çıxışları və müsahibələri dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur.

“Uoll strit cornel” qəzeti, CNBC (Si-en-bi-si) televiziya kanalı, "Reuters" agentliyi və CNN televiziya kanalı Azərbaycan Prezidentindən müsahibələr götürmüş, dövlətimizin başçısının Azərbaycanın bölgədə və dünyada nüfuzu, ölkəmizin dinamik inkişafı, həyata keçirilən iqtisadi islahatlar, “Nabucco” layihəsinə dəstək verməsi, Avropanın enerji təhlükəsizliyində artan rolu, Qərbə inteqrasiya siyasəti, qlobal maliyyə böhranı kimi mühüm məsələlərlə bağlı fikirlərini ön plana çəkmişlər.

“Uoll strit cornel” qəzeti prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini ifadə edən bu fikrini xüsusi vurğulamışdır: “On beş ildir ki, atəşkəs rejimi mövcuddur, lakin təəssüf ki, münaqişə hələ də həll olunmayıbdır. Bizim mövqeyimiz tam aydındır: münaqişə beynəlxalq hüquq normaları əsasında, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal çıxarılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Amma əfsus ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etmir və bu, münaqişənin həll olunmamasının əsas səbəbidir. Danışıqlarda irəliləyiş olmuşdur, amma bu, kifayət deyildir”.

Prezident İlham Əliyev Nabukko layihəsinə münasibətini bildirərkən vurğulamışdır ki, “bu layihə avropalılar üçün əhəmiyyətlidir. Layihənin həyata keçirilməsinə gəlincə, əlbəttə ki, hər hansı bir mənbədən xeyli maliyyə yardımı edilməlidir... Əsas şərt ondan ibarətdir ki, güclü maliyyə dəstəyi olmalıdır. Bunun olmaması layihənin həyata keçirilməsinə maneə yarada bilər... Biz çox məmnunuq ki, qazımızı başqa ölkələrin bazarlarına nəql etmək üçün müasir infrastruktur qurmağa müvəffəq olmuşuq. Bu gün qazımız Gürcüstana və Türkiyəyə nəql olunur, sonra isə Türkiyə ərazisi ilə Avropa İttifaqının bazarlarına çıxarılır. Bizim bugünkü hasilat həcmimiz mövcud qaz kəmərləri ilə əhatə olunur. Bununla belə, hasilatı daha yüksək səviyyəyə qaldırmaq üçün böyük planlarımız var. Sonra isə bizə daha çox marşrutlar lazım olacaqdır. Nabukko onlardan biridir”.

Azərbaycan qazının Rusiya vasitəsilə Avropaya çatdırılması məsələsinə toxunan prezident İlham Əliyev bu barədə təklifin özlüyündə cəlbedici göründüyünü söyləmişdir. O demişdir ki, əgər biz qazımızı öz sərhədimizdə tranzit ölkə ilə heç bir problem olmadan sata bilsək, nəql layihələrinə çətinlik olmadan və sərfəli bazar qiyməti təklif edilərsə, onda təklifə niyə də baxmayaq?! Biz təklifi rədd etməmişik, lakin eyni zamanda, onu daha təfərrüatlı şəkildə nəzərdən keçirməliyik. Əvvəlki illərdə məqsədlərimizdən biri şaxələndirmə olub və bu baxımdan, Azərbaycan özünü çox rahat hiss edir. Neft və qaz kəmərlərimiz karbohidrogen ehtiyatlarımızı müxtəlif istiqamətlərdə nəql etməyə imkan verir. Beləliklə, biz bir marşrutdan asılı deyilik. Bir sözlə, “Qazprom”dan, Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan və başqa ölkələrdən gələn təkliflər nəzərdən keçirilir və əlbəttə ki, biz ölkəmiz üçün ən yaxşı variantı seçəcəyik.

CNBCCNN televiziya kanalları Prezident İlham Əliyevlə müsahibələrində əsas diqqəti dövlətimizin başçısının Davos Forumunun “Enerji Outlook-2009” mövzusundakı iclasında söylədiyi “neft istehlakçıları bu məhsulun qiymətinin aşağı olmasını arzulayırlar. Hasilatçılar isə qiymətin tarazlaşdırılmasında və hasilatçılar üçün səmərəli olmasında maraqlıdırlar” fikrinə yönəltmişdir.

Dövlətimizin başçısı forumun əsas müzakirə mövzusu olan beynəlxalq maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirindən də danışmışdır. Prezident demişdir ki, beynəlxalq böhran iqtisadiyyatımıza elə də güclü təsir göstərməyibdir. Azərbaycan getdikcə dünya iqtisadiyyatına daha çox inteqrasiya olunduğundan, xüsusən ixrac potensialı ilə bağlı müəyyən narahatlıqlarımız var. Qeyri-neft sektorundakı ixrac potensialı son aylarda az da olsa azalmışdır. Lakin ümumilikdə, maliyyə məsələləri və iqtisadiyyatın inkişafı ilə bağlı bizdə vəziyyət yaxşıdır.

"Reuters agentliyi" isə Azərbaycan Prezidentinə istinadla yazır ki, ötən illər respublika iqtisadi artım sürətinə görə dünyada lider dövlət elan edilmişdir. Azərbaycanın iqtisadi artımı bu il 10 faiz həddində gözlənilir. Prezident demişdir: “Əlbəttə, ÜDM-in 25-30 faiz artım təşkil etdiyi vaxtlar artıq geridə qalmışdır və bunun təkrar olunması mümkün deyildir. Bu, bir faktdır ki, ötən beş ildə ölkədə ÜDM 2,6 dəfə artmışdır, bu, tarixi rekorddur. Bizim bu ilə olan gözləntilərimiz 10 faizdir və hesab edirəm ki, qlobal böhran şəraitində bu, kifayət qədər çoxdur. Biz bu inkişaf səviyyəsini davam etdirəcəyik. Düşünürəm ki, biz 10 faizə nail ola biləcəyik”.

Neft hasilatının azaldılması ilə bağlı Prezident İlham Əliyev bildirmişdir: “Bu, neftin qiymətindən asılı olacaq, lakin hədəf maksimum gündə 300 min barreldir. Əgər qiymətlər belə qalsa, yəqin ki, bu, hədəf olacaq, yox, əgər qalxsa, yəqin ki, rəqəmə düzəliş edəcəyik. Biz planlaşdırmışdıq ki, ildə təxminən 55 və ya 60 milyon ton neft hasil edək, indi isə illik 50 milyon ton nəzərdə tutulur”.

Dövlət başçısı demişdir ki, neftin bir barreli üçün 80, 90, 100 dollar ədalətli qiymətdir: “Hesab edirəm ki, bu qiymət hər kəs üçün yaxşıdır. Bu, istehlakçılar üçün də, sərmayə qoyan şirkətlər üçün də, neftdən gəlir götürən ölkələr üçün də münasib olardı. Ancaq sizə deyə bilərəm ki, bugünkü qiymətlərlə belə, yəni neftin bir barrelinin qiymətinin 40-45 dollar olduğu vaxtda da, bizim iqtisadiyyatımız uğurla inkişaf edir və qiymətlərin bu səviyyəsinə davam gətirməyə qadirdir”.

Ölkədə martda keçiriləcək referendumla bağlı dövlətimizin başçısı bildirmişdir ki, prezidentin iki dəfədən artıq seçilməsi təklifi daha çox demokratiyanın inkişafına töhfə verən amildir.

Prezident İlham Əliyev müsahibələrində Qərb dövlətlərinin Azərbaycana münasibətdə ikili standartlardan yanaşdığını da xatırlatmışdır. O demişdir ki, insan hüquqlarının kobud şəkildə pozulduğu qonşu ölkələr, məsələn, Ermənistan müəyyən səbəblərdən tənqid hədəfinə çevrilmir. Lakin özünü Qərbin dostu hesab edən və müstəqil siyasətini yürüdən Azərbaycanda digər ölkələrdə baş verənlərin bir faizi olduqda biz dərhal tənqid hədəfinə çevrilirik. 

Xatırladaq ki, dünyanın aparıcı mətbuat orqanları və televiziya kanallarının saytlarında dövlətimizin başçısının müsahibələri ilə bağlı analitik yazılar yerləşdirilmişdir.

AzərTAc, 02.02.2009



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009