ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



O taylı-bu taylı tariximiz: 1813-2013: xronoqraf > 1970-ci illər

O taylı - bu taylı tariximiz

Xronoqraf

1970-ci illər

Şimali Azərbaycan

Cənubi Azərbaycan

1970, yanvar – Bakıda “Sovet türkologiyası” jurnalının nəşrə başlaması.

 

1970, 23 iyul – Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərarının verilməsi.

 

1970, 2 oktyabr- SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan SSR-in "Oktyabr İnqilabı" ordeni ilə təltif edilməsi.

 

1971, mart – Bakıda dəniz vağzalının açılması.

 

20 iyun 1971 - Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda ilk hərbi tədris müəssisəsi - Cəmşid Naxçıvanski adına hərbi məktəb təşkil olunub. Hərbi məktəb Azərbaycanda milli zabit kadrların hazırlanmasında müstəsna rol oynamışdır. Vaxtilə bu məktəbin müdavimləri olmuş şəxslər indi Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabit heyətinin əsasını təşkil edirlər.

 

1971, 15 sentyabr – Bakının suya olan tələbatını təmin etmək üçün Kür su kəməri inşasının başa çatması.

 

1971, 9 oktyabr- Bakıda Abbas Mirzə Şərifzadə adına aktyor evinin açılması.

 

1972, 6 iyun – Bakıda Nəriman Nərimanovun heykəlinin açılması.

 

1972, 3-10 oktyabr – Azərbaycanda ZSFSR ədəbiyyatı və incəsənəti günlərinin keçirilməsi.

 

1972, 25 noyabr- Bakıda Şıx çimərliyi yaxınlığında “Xalqlar dostluğu” parkının salınması.

 

1972, 11 dekabr - Respublika Sarayının (indiki Heydər Əliyev Sarayı) nın istifadəyə verilməsi.

 

1972, 29 dekabr - SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan SSR-in "Xalqlar Dostluğu" ordeni ilə təltif edilməsi.

 

1973, 9 may – Bakıda Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin heykəlinin açılışı.

 

1973, 27 noyabr- Azərbaycan bəstəkarlarının IV qurultayının açılması.

 

1974, 12 aprel – Bakıda II Ümumittifaq kino festivalının açılışı.

 

1974, 9 may – 77-ci Azərbaycan milli diviziyasının şərəfinə Sevastopolda qoyulmuş abidənin açılması.

 

1974, 31 may – Azərbaycan teatrının 100 illiyi yubileyinin təntənə ilə qeyd edilməsi.

 

1974, 5 iyun Xankəndi Pedaqoji İnstitutunun ilk tələbə qəbulunun başlanması.

 

1974, oktyabr – Naxçıvanda hava limanının tikilməsi.

 

1975, 14 mart – İlk azərbaycanlı inşaatçı dəstələrinin BAM-ın tərkibinə yola salınması.

 

1975, 15 iyun Bakı-Xankəndi-Yerevan yeni hava xəttinin açılması.

 

1975, 9 iyul – Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” qərarının qəbul edilməsi.

 

1975, 2 sentyabr - Bakıda respublikanın ayca 17-ci ali məktəbi olan İnşaat Mühəndisləri İnstitutunun açılması.

 

1975, sentyabr – “Azərbaycan təbiəti” jurnalının nəşrinə başlanması.

 

1975, 2-8 oktyabr- Azərbaycanda sovet ədəbiyyatı günlərinin keçirilməsi.

 

1975, 6 oktyabr – Bakıda Səməd Vurğunun ev-muzeyinin açılışı.

 

1975, 20 noyabr – Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışı.

 

1975, 25 dekabr – Bakı Məişət Kondisionerləri zavodunun istifadəyə verilməsi.

 

1975, 10 fevral – On cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın yeni nəşrinə başlanması haqqında Azərbaycan KP MK-nın qərarı.

 

1976, mart – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi.

 

1976 – Yeni Bakı Neftayırma zavodunda (YBNZ) ən iri neft emalı kompleksi ELOU-AVT qurğusunun istismara verilməsi.

 

1976, 26-27 may – Azərbaycan yazıçılarının VI qurultayının keçirilməsi.

 

1976, 2 iyul – S.Rəhman adına Şəki Dövlət Dram Teatrının açılışı.

 

1976, 13 sentyabr – Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən “Azərbaycan SSR-də dini birliklər haqqında əsasnamə”nin qəbul edilməsi.

 

21 aprel 1978 - Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada (maddə 73) Azərbaycan dili respublikanın dövlət dili kimi təsbit olunub.

 

1978, 22 sentyabr - Bakı şəhərinin “Lenin” ordeni ilə təltif olunması.

 

1978, 26 sentyabr-5 oktyabr – Ukraynada Azərbaycan ədəbiyyatı və incəsənəti günlərinin keçirilməsi.

 

1978 – Bakıda Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin fəaliyyətə başlaması.

1978 - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə DQMV-nin Stepanakert rayonu Əsgəran rayonu adlındırılıb, Stepanakertə respublika əhəmiyyətli şəhər statusu verilib. Naxçıvan MSSR-in Naxçıvan rayonu Babək rayonu adlandırılıb. Muxtar respublikanın mərkəzi Naxçıvan şəhəri isə ayrıca ərazi-inzibati vahid (respublika əhəmiyyətli şəhər) olub.

 

1979 Ağdam-Xankəndi dəmir yol xəttinin işə salınması.

 

1979, 22 fevral – Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” qərarının verilməsi.

 

1979, 4-13 iyun – Azərbaycanda Özbəkistan SSR ədəbiyyatı və incəsənəti günləri.

 

1979, 21-25 sentyabr – Azərbaycan bəstəkarlarının V qurultayı.

 

1979, 2-11 oktyabr – Azərbaycanda Ukrayna SSR ədəbiyyatı və incəsənəti günləri.

 

1978-1979-cu illər İran inqilabı və Cənubi Azərbaycan

70-ci illərin sonunda İranda Azərbaycan məsələsinin həllini tələb edən qüvvələr zəhmətkeşlərin marağını təmsil edən sollar və xırda burjuaziyaya mənsub solçu demokrat təşkilatlar idi (İXP və ADF 60-cı illərin əvvəllərində birləşdi, aralarındakı ziddiyyətlər milli çəkişməyə çevrildi. Xalq ona inamını itirdi). Vəziyyət sosial partlayışa doğru aparırdı.

1977-ci ilin payızından Cənubi Azərbaycanda tələbə və şagirdlərin nümayişləri başlandı. Ən böyük çıxış 1977-ci il Milli Hökumətin ildönümü (12 dekabr) günü oldu.

1978-ci ilin yanvarında Qumdakı çıxışlarda artıq şah rejiminin ləğv edilməsi tələb edilirdi. Fevralın 18-də (29 bəhməndə) Təbrizdə Şəriətmədarinin çağırışı ilə dini başçıların müraciəti əhalini üsyana qaldırdı. Bu üsyanda 100 min nəfər iştirak etdi. Ordu yeridilməsinə baxmayaraq üsyan ertəsi gün də davam etdi.

Təbriz üsyanında İranda gizli fəaliyyət göstərən «İran xalq fədailəri» təşkilatının üzvləri də iştirak edirdilər. Təbrizdəki cəza tədbirlərinə cavab olaraq Yəzd, Çöhrəm, Tehran, Qum, Zəncan və b. şəhərlərdə çıxışlar oldu. Həmin gündən başlayaraq mitinq və nümayişlər İranın demək olar ki, bütün iri şəhərlərini bürüdü. Xaricdə olan Ayətullah Xomeyni Təbriz əhalisinə müraciət göndərdi.

* *

* Ayətullah Xomeyni (1902-1989) – İran İslam Respublikasının qurucusu. Rza şah siyasətinə qarşı çıxdığına görə dəfələrlə həbs edilib və ölümə məhkum edilmişdi. İraqa mühacirət etməyə məcbur olmuş, 1978-ci ildə İraq hökumətinin təkidi ilə ölkəni tərk edib Parisə getmişdi. Onun şahlığın devrilməsi çağırışı ilə xalqa müraciətləri məscidlərdə əhaliyə çatdırılırdı.

* *

Artıq Təbriz üsyanı bütün İranda baş verəcək inqilabın başlanğıcı hesab edilirdi. 1978-ci il mayın 9-19-da baş vermiş çıxışlar İranın 20-dən çox şəhərini əhatə edirdi.

1978-ci ilin sentyabrdan inqilabın 2-ci mərhələsi başlandı. Bütün sosial təbəqələr hərəkata qoşuldu. Tətilçilər SAVAK-ın (Şah rejimində İran İnformasiya və Təhlükəsizlik Xidməti) ləğv edilməsini, demokratikləşməni tələb edirdilər.

1978-ci il dekabrın 30-da təbrizlilər yenidən nümayişə başladılar.

Şah 1979-cu il yanvarın 16-da İrandan qaçdı. Yanvarın 19-dan isə nümayişlər «Allahu əkbər, Xomeyni rəhbər» şüarı ilə keçirilirdi.

1979-cu il fevralın 1-də A.Xomeyninin Parisdən Tehrana gəlməsi münasibətilə Təbrizdə nümayişlər geniş vüsət aldı.

Fevralın 11-də nümayişçilər gülləbaran edildilər. Nümayişçilər də polis qüvvələrinə hücum etdilər. Xeyli insan həlak oldu.

Fevralın 11-də paytaxtda şah tərəfdarları üzərində qələbə çalınmasına baxmayaraq əksinqilabi qüvvələr xüsusən, Təbrizdə müqavimət göstərirdilər. Lakin fevralın 16-da Cənubi Azərbaycanın başqa şəhərlərində də şahpərəst qüvvələr zərərsizləşdirildi, nəzarət xalqın əlinə keçdi.

1978-79-cu illərin İran inqilabı dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər. Şahlıq üsul-idarəsi devrildi.

1979-cu il aprelin 1-də İran İslam Respublikası elan edildi.

Əsas siyasi və sosial qüvvələr şahlığın devrilməsindən sonra 2-ci mərhələni – milli-demokratik istiqamətdə inkişafı gözləyirdilər. Milli məsələnin ədalətli həlli gözlənilirdi.

1979-cu il dekabrın 2-3-də İran İslam Respublikası Konstitusiyanı qəbul etmək üçün referendum keçirdi. «Millətin hüququ» adlı III fəslin 19-cu maddəsində deyilirdi: «İran xalqı hansı etnik qrup və qəbilədən olmasından asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük vermir», 15-ci maddədə isə deyilirdi: «İran xalqının rəsmi müştərək dili və xətti farsdır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi, mətbuat, kütləvi informasiya vasitələrində və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır».

Ancaq bu nailiyyətlər türk dilinin 1945-46-cı illər milli demokratik hərəkat dövründəki mövqeyindən çox aşağı oldu. Az bir müddətdə türk dilində təxminən 30 adda qəzet və jurnal nəşr olundu, yazıçılar ittifaqı yarandı, dərs vəsaitləri hazırlanmasına başlandı. Amma sonradan “Varlıq” jurnalından başqa türk dilində heç bir mətbuat orqan qalmadı. Dövlət orqanları tərəfindən yasaq edilməsindən (əsasən ideya-siyasi yönümünə görə) başqa, onların bağlanmasının əsas səbəblərindən biri də qəzet və jurnalların maddi korluq çəkməsi oldu.

İnqilabın qələbəsindən sonra siyasi partiya və təşkilatlar milli zülmün ləğvinin yeganə yolunu İranda ictimai həyatın həqiqi federalizm əsasında yenidən qurulmasında görürdülər.

1979-vu il dekabrın 20-də müvəqqəti hökumətin 14 bənddən ibarət «Nahiyyə özünüidarəsinin hüquq və vəzifələri» adlı qanun layihəsi xalqın müzakirəsinə verildi. Özünüidarə nahiyyələri orqanları ölkənin istiqlaliyyəti, bütövlüyü, İran əhalisinin milli vəhdətini təmin etməli idilər. İranın ilk prezidenti Bənisədr göstərirdi ki, «biz muxtariyyətin əleyhinə deyilik, lakin müxtariyyəti bizdən olmayanlara verməyəcəyik». («Keyhan» qəzeti, 20.04.1980).

Geri ►Xronoqraf: 1813-2013




Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009