ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



O taylı-bu taylı tariximiz: 1813-2013: xronoqraf > 1950-ci illər

O taylı - bu taylı tariximiz

Xronoqraf

1950-ci illər

Şimali Azərbaycan

Cənubi Azərbaycan

1950, 7 iyun – SSRİ Nazirlər Soveti “Xırda kolxozların iriləşdirilməsi haqqında” qərarın qəbul edilməsi.

 

1950, 1 noyabr – Bakıda Azərbaycan Politexnik İnstitutunun açılması.

 

1950, 30 noyabr-9 dekabr – Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günlərinin keçirilməsi.

6 iyun 1951 - Məşhur müğənni, Xalq artisti, professor Xuraman Əkrəm qızı Qasımova anadan olub. 2001-ci ildə isə “Şöhrət”, 2011-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.

 

1951, 10 sentyabr, 1951, oktyabr – Azərbaycan Respublikası Sülhü Müdafiə Komitəsinin yaradılması; Bakı mahud kombinatının işə düşməsi.

 

1951 - Qaradağ sement zavodunun işə salınması.

 

1952, 19 dekabr – M.F.Axundov adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun təşkil edilməsi.

 

1952, 15 iyul – “Kirpi” jurnalının nəşrə başlaması.

 

1952 – Helsinkidə keçirilən V Yay Olimpiya oyunlarında azərbaycanlı güləş ustası Rəşid Məmmədbəyovun Azərbaycan idman tarixində ilk olimpiya çempionu (gümüş medalçı) olması.

 

1952, 15 avqust – Sumqayıt sintetik kauçuk zavodunun ilk növbəsinin işə salınması.

 

1952, 31 dekabr – Sumqayıt boru-prokat zavodunda ilk məhsulun istehsalı.

 

1953, 1 aprel – Yeni Bakı Neftayırma zavodunun istismara verilməsi.

12 iyul 1953 – Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mir Cəfər Bağırovun (17.9.1896-1956) Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub. Mircəfər Bağırov 1930-cu ildən Azərbaycana rəhbərlik etmişdi. Stalinin ölümündən sonra onun müttəfiq respublikalardanı bütün əlaltılarının, o cümlədən Bağırovun mühakimə olunması qaçılmaz idi. Bağırov 1956-cı il aprelin 26-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ölüm cəzasına məhkum edilib, həmin il 26 mayda güllələnib.

 

 

1954, 16 yanvar – İmam Daşdəmir oğlu Mustafayevin Azərbaycan KP MK-nın Birinci katibi seçilməsi.

4 fevral 1954 – Azərbaycanda ən iri su elektrik stansiyası – Kür çayı üzərində Mingəçevir SES istifadəyə verilib. Mingəçevir SES inşası 1945-ci ildə başlamışdı. Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiya şə salınması ilə respublikanın yeni sənaye mərkəzinin – energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.

 

1954, 31 iyul – SSRİ Nazirlər Soveti və Sov.İKP MK-nın “1955-1960-cı illlərdə Azərbaycan SSR-in kənd təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında” qərarının qəbul edilməsi.

 

1954 – Şüvəlanda “Şimal DRES”in istifadəyə verilməsi.

 

1954 – Horadiz qəsəbəsində pambıqtəmizləmə zavodunun tikilməsi.

6 mart 1955 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Milli Şurasının sədri, “Müsavat” partiyasının banisi Məhəmməd Əmin Rəsulzadə Ankarada 71 yaşında vəfat edib. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdu. 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətə getmiş, Türkiyədə, həmçinin 1930-1940-cı illərdə Avropada Azərbaycan siyasi mühacirətinə rəhbərlik etmiş, "Azərbaycan" dərgisini nəşr etdirmişdi. Ankarada Əsri qəbristanlığında dəfn edilib.

 

1955, 8 mart – Sumqayıt alüminium zavodunun istifadəyə verilməsi.

 

1956, 14 fevral – Bakı televiziya studiyasının işə düşməsi.

 

1957, 11 aprel – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə partizan Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi.

 

1957, iyul – SSRİ Nazirlər Soveti və Sov.İKP MK-nın “Azərbaycan SSR-in dağlıq, dağətəyi və sərhəd rayonları kolxozlarına kömək göstərmək haqqında” qərarının qəbul edilməsi

 

1958, yanvar – “Göyərçin” uşaq jurnalının nəşrinə başlaması.

 

1958, 31 mart – SSRİ Ali Sovetinin “Kolxoz quruluşunu daha da inkişaf etdirmək və maşın-traktor stansiyalarını yenidən təşkil etmək haqqında” Qanunun qəbul edilməsi.

 

1959, iyul – Vəli Axundovun Azərbaycan KP MK-nın Birinci katibi seçilməsi.

 

1959 – Əli-Bayramlıda yeni istilik-elektrik stansiyasının tikintisinə başlanması.

 

1959, 5 noyabr – Bakı Şin Zavodunun işə düşməsi.

1951 – Tanınmış rəssam Rəhim Nəvəsi Güney Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. Vyana İncəsənət Məktəbində təhsil almışdır. Rəhim Nəvəsi sənət aləmində tanınmış realist bir rəssamdır. Vyana İncəsənət Məktəbinin təşəbbüsü ilə Fransa, Almaniya, İngiltərə, Belçika, Macarıstan kimi ölkələrdə sərgiləri olmuşdur.

* * *

İranda 1953-cü il avqustun 19-da Müsəddiq hökuməti devrildi, Milli Cəbhənin fəaliyyəti qadağan edildi. Təşəbbüs yenə də ölkənin kapitalistcəsinə yüksəlməsi istiqamətini davam etdirən şahın əlinə keçmişdi.

1953-59-cu illərdə hakim dairələr hər vəchlə demokratiyanı boğmağa çalışır, aqrar çıxcışları, fəhlə tətillərini yatırır, yüzlərlə ziyalını işdən götütür, bir sıra mətbuat orqanlarını bağlayırdılar.

1957-ci ildə paytaxtda və bəzi rayonlarda hərbi vəziyətin ləğv edilməsi ilə yanaşı, SAVAK (İran İnformasiya və Təhlükəsizlik Xidməti) təşkilatı yaradıldı. Monarxiyanın mövqelərinin möhkəmləndirilməsi tədbirləri görülürdü.

1955-ci ildə dövlət torpaqlarının bölgü və satışı üzrə qanun qəbul edildi. Yarımfeodal torpaq sahibliyi kökündən pozulur və ölkənin tarixi inkişafında yeni mərhələ açılırdı. ABŞ şahı inandırırdı ki, hakim zümrələrin iqtisadi və siyasi mövqeyni laxlatmadan sosial-iqtisadi islahatlar keçirsinlər. O, istiqraz və kreditlərlə köməyi davam etdirər.

1960-cı ilin oktyabrında şah bir müsahibəsində demişdi ki, mən ölkədə dəyişiklik etmək istəyirəm. Lakin inqilabsız, yuxarıdan başlayaraq. Qan tökmədən, «ağ inqilab».

 

Geri ►Xronoqraf: 1813-2013




Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009