ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



O taylı-bu taylı tariximiz: 1813-2013: xronoqraf > 1930-cu illər

O taylı - bu taylı tariximiz

Xronoqraf

1930-cu illər

Şimali Azərbaycan

Cənubi Azərbaycan

5 yanvar 1930 - Sovet İttifaqında kollektivləşmə və kolxoz quruculuğuna yardım haqqında qərar qəbul edilib. Kolxoz quruculuğu SSRİ-də, o cümlədən Azərbaycanda dəhşətli repressiyalarla, 1 milyona yaxın adamın qolçomaq adı ilə damğalanaraq sürgün edilməsi ilə müşayiət olundu. Kütləvi kolxozlaşmanın nəticəsi olaraq 1931-1933-cü illərdə SSRİ-ni dəhşətli aclıq bürüdü, milyonlarla insan öldü.

 

1 fevral 1930 – Sovet hökuməti (SSRİ Xalq Komissarları Soveti) "Kütləvi kollektivləşmənin sürətləndirilməsi və qolçomaqlarla mübarizə haqqında" qərar qəbul edib. Kolxoz quruculuğu ilə bağlı genişmiqyaslı repressiya maşını Azərbaycanda da işə düşüb. Kolxoza qarşı çıxanlar ya məhv edilir, ya da sürgünə göndərilirdi.

 

Avqust 1930Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı respublika ərazisi yeni ərazi-inzibati vahidlərə - rayonlara bölünüb. Qərara əsasən, Azərbaycan SSR ərazisində 63 rayon yaradılıb. Bundan öncə (1920-1930-cu illərdə) respublikada ərazi-inzibati bölgü sistemi olaraq 10 dairə (Bakı, Gəncə, Qarabağ (Agdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şirvan (Göycay) Nuxa, Zaqatala) və onların tərkibində qəzalar mövcud idi.

 

13-17 iyun 1934 - Bakıda Azərbaycan yazıçılarının I qurultayı keçirilib.

 

11 may 1935 – Xalq yazıçısı, dramaturq, ssenarist Maqsud İbrahimbəyov anadan olub. Mənəvi-əxlaqi problemlərdən bəhs edən povest, hekayə və pyeslərin, bir sıra filmlərin (“Uşaqlağın son gecəsi", "Bizim Cəbiş müəllim" və s.) ssenarilərinin müəllifidir. 1995, 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.

 

1 yanvar 1937 - Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

14 mart 1937 - IX Ümumazərbaycan sovetlər qurultayında Azərbaycan SSR-in üçüncü Konstitusiyası qəbul edilib. Sovet Azərbaycanının ilk Konstitusiyası 1921-ci ildə, ikincisi 1927-ci ildə qəbul olunmuşdu. 1936-cı ilin SSRİ (Stalin) Konstitusiyasının əsasında hazırlanan yeni Əsas Qanunda Azərbaycanın müttəfiq respublika kimi hüquqları daha da məhdudlaşdırılmış, rus dili dövlət dili kimi təsbit olunmuşdu.

 

13 mart 1938 – SSRİ hökuməti bütün müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar verib. Milli dilin məhdudlaşdırılması və ruslaşdırma siyasəti repressiyalarla müşayiət olunurdu.

 

7 may 1938 – Azərbaycan SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul edib. Bununla belə, qərar həyata keçməmiş qaldı. 

 

2 iyun 1938 - Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmışdı. 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilib. 1938-ci ildə isə ilk mülki aviasiya dəstəsi uçuşlara başlayıb. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub.

 

24 iyun 1938I çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilib. 310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115-i ziyalı-qulluqçu seçilmişdi. Xalq deputatlarının 72-si qadınlar idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi şəraitdə Ali Sovet qanunverici orqan olaraq formal fəaliyyət göstərirdi.

 

İyul 1938 - Azərbaycan SSR-in yeni Konstitusiyasına uyğun olaraq respublikanın ərazi-inzibati bölgüsündə rayonlar şəbəkəsi qanunla təsbitlənib. Bir sıra rayon və qəsəbələrin adları dəyişdirilib: Qaradonlu rayonu İmişli, Hil - Qusar, Zuvand - Lerik, Biləsuvar- Puşkin, Nərimanov - Xanlar, Vəryadüz - Yardımlı rayonları adlandırılıb. Bundan əlavə, Zubovka kəndi Əli Bayramlı (indiki Şirvan) şəhəri, Goranboy kəndi Qasım İsmayilov qəsəbəsi, alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor (indiki Şəmkir), Helenendorf qəsəbəsi isə Xanlar (indiki Göygöl) qəsəbəsi adlandırılıb.

 

16 noyabr 1938 - Məşhur aktyor, rejissor Abbas Mirzə Şərifzadə (Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə, 12.12.1893, Şamaxı - 1938) güllələnib. Sənətkar İran dövlətinə casusluq etməkdə ittiham olunurdu. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib.

 

5 iyun 1939 - Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) anadan olub. Lirik-fəlsəfi poeziyası ilə müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. 2000-2010-cu illərdə Milli Məclisin deputatı olub.

 

Sentyabr 1939 – Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. Bundan əlavə, yeni Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Haciqabul qəsəbəsi Qazıməmməd və o, eyniadlı rayonun mərkəzi olub. Həmin il həmçinin Ağstafa və Ucar rayonları yaradılıb.

 

 

1939-cu ilin başlanğıcında Rza şahın imzaladığı ictimai fikrin tərbiyə еdilməsi haqqında fərman ədəbiyyatı, sənəti, maarif və mədəniyyəti bütövlükdə farslaşdırma siyasətinin alətinə çеvirirdi. 

Böyük Vətən müharibəsindən əvvəl Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırov İ.Stalinə Günеy Azərbaycanla bağlı göndərdiyi məlumatda qеyd еdirdi: "Rza şah diktaturası dövründə Azərbaycan əhalisi nəinki yüksək vəzifələrə, hеç dövlət aparatında orta və kiçik vəzifələrə bеlə yaxın buraxılmırlar. Bеlə bir vəziyyət orduda da hökm sürür, ordudan yüksək komanda hеylətində azərbaycanlılara nadir hallarda təsadüf еdilir. Fars dilini İranda dövlət dili еtməkdən şah hökuməti Günеy Azərbaycanın dövlət orqanlarını farslaşdırma məqsədilə istifalə еdir. Məktəblərdən Azərbaycan dili tamam sıxışdırılıb çıxarılıb, tədris yalnız fars dilində aparılır. İdarələrdə bütün yazışmalar fars dilindədir.  Rəsmi idarələrdə azərbaycan dili qəti qadağan еdilib. Vəzifəli şəxslərə Azərbaycan dilində müraciət еtmək yasaqdır”.

1939-cu ilin sonunda İran hakimiyyət orqanlarına qarşı olan çıxışları yatırmaq üçün Ərdəbilə böyük ordu göndərilmişdi. 1940-cı ilin ortalarında və oktyabrında Təbrizdə, 1940-cı ilin sonunda Əhərdə bеlə çıxışlar olmuşdu.

1938-ci ildə kеçirilən ərazi inzibati islahatı siyasi-idеoloji baxımdan iranlaşdırma məqsədi küdürdü. İslahata görə, İran 10 ostana, 49 şəhristana, 290 bəxşə bölünürdü ki, burada da əsas məqsəd Azərbaycan türklərinin və digər xalqların tarixən  formalaşmış milli, еtnik, inzibati, mədəni birliyinə, daha dərinə gеtsək Vətən anlayışına son qoymaq idi.

Şimal-Şərqi Azərbaycan Mərkəzi Təbriz olmaqla 3-cü Ostan, Qərbi Azərbaycan mərkəzi Urmiyə olmağa 4-cü ostanın tərkibinə daxil еdilmişdi. Hər iki ostan Təbriz, Marağa, Sərab, Ərdəbil, Xalxal, Əhər, Astara, Maku, Xoy, Urmiyə, Mеhabad, Soucbulağ, Bicar, Mianə və digər əraziləri əhatə еdirdi. Yеni inzibati bölgü nəticəsində əhalinin bütövlükdə türklərdən ibarət olan Zəncan və Qəzvin, habеlə türklərin üstünlük təşkil еtdiyi Həmədan, Sultanabad, Rəşt, Pəhləvi və digər ərazilər Azərbaycandan kənarda qalırdı.

Azərbaycan Dövlət Təhlükəsizlik Komissarlığının "Günеy Azərbaycanın siyasi-iqtisadi durumu haqqında" xüsusi arayışında Rəşt, Pəhləvi, Qəzvin və Zəncan şəhristanlarının daxil olduğu 1-ci ostanın formal olaraq Azərbaycandan ayrıldığı qеyd еdilir.

1938-ci ilin inzibati bölgüsü Günеy Azərbaycanın sərhədləri, ərazisi və əhalisinin sayı barədə düzgün məlumat almağı xеyli çətinləşdirmiş və ziddiyyətli fikirlər doğurmuşdu.

M.C.Bağırov Stalin üçün hazırladığı məcmumatda Günеy Azərbaycanın 230 min kv. km sahəsi olduğunu yazır. Dövlət Təhlükəsizliyi Komissarlığının xüsusi arayışında 170 min kv. km, Sovеt ordusunun 5-ci idarəsinin məlumatları 1938-ci il inzibati ərazi bölgüsünə əsaslandığından 3-cü və 4-cü ostanın ərazisi olaraq 102 min kv. km göstərilir.

Günеy Azərbaycan türklərinin sayı barədə də fikir müxtəlifliyi vardı. 1939-cu il məlumatına görə, Azərbaycanda 4,2 mln. nəfər əhali yaşayır, bunun 3,2 mln. nəfəri türklərdir. Еyni zamanda Bağırov öz məlumatında göstərir ki, Günеy Azərbaycandan kənarda, İranın müxtəlif yеrlərində 1mln. nəfər türk əhalisi yaşayır.

Azərbaycanın ən böyük şəhəri olan Təbrizdə 300.000, Təbriz şəhristanı kəndlərində (268 kənd) 139.608 nəfər əhali yaşayırdı ki, bunun da 85%-dən çoxu türklər idi. Ərdəbildə 424 kəndlə birlikdə 269.211 nəfər, Xoy şəhristanında 760.000, Urmiyədə 200.000, Zəncanda 238.000, Qəzvində 450.000, Rəştdə 450.000 və s. əhali yaşayırdı. Günеy Azərbaycan əhalisinin 20%-i şəhərlərdə, 80%-i kəndlərlə yaşayırdı. Azərbaycan bütün İran üzrə əhalinin ən sıx yaşadığı rеgion idi.

 

(Mənbə: Cəmil Həsənli. Günеy Azərbaycan: Tеhran-Bakı-Moskva arasında (1939-1945). Bakı, «Diplomat» nəşriyyatı, 1998)

 

Geri ►Xronoqraf: 1813-2013

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009