ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



O taylı-bu taylı tariximiz: 1813-2013: xronoqraf > 1900-1905-ci illər

O taylı - bu taylı tariximiz

Xronoqraf

1900-1905-ci illər

Şimali Azərbaycan

Cənubi Azərbaycan

 1900 - Bakı-Dərbənd dəmir yolu çəkilib.

 

1900 – Bakıda sosial-demokrat mərkəzinin yaradılması.

 

1 may 1900 – İmperator II Nikolay "Xəzinə torpaqlarında məskunlaşmış Zaqafqaziya dövlət kəndlilərinin torpaq quruluşu haqqında” qanun imzalayıb. Bu qanun əsasında Cənubi Qafqaz quberniyalarında (Tiflis, Yelizavetpol, Bakı, İrəvan) pay torpaqlarını müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydalarına dair Əsasnamə verildi.

 

18 mart 1901 - Rusiya hökuməti imperiyanın mərkəzi vilayətlərindən Azərbaycan ərazisinə - Mil və Muğan düzlərinə 40 min kəndlinin köçürülməsi barədə qərar qəbul edib. Bu, imperiyanın milli əyalətlərdə həyata keçirdiyi ruslaşdırma siyasətinin tərkib hissəsi idi. Köçürülmə nəticəsində Azərbaycanın sözügedən bölgələrində onlarla rus yaşayış məntəqəsi yarandı.

 

Oktyabr 1901 – Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb. Məktəb tanınmış maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfidən inşa edilmişdi. Bu, Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.

 

1901 – Şuşada ilk dəfə “Şərq konserti” təşkil olunub.

 

1901 – Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) Bakı komitəsi yaradılıb. Bakıda gizli “Nina” mətbəəsi fəaliyyətə başlayıb.

 

31 yanvar 1902 – Şamaxı şəhərində güclü zəlzələ böyük dağıntı və tələfat (yüzlərlə insan) törədib, əhalinin əksəriyyəti şəhəri tərk etməli olub. Azərbaycanın seysmik bölgələrindən olan Şamaxıda 1856, 1861 və 1872-ci illərdə də dağıdıcı zəlzələlər baş verib.

 

18 yanvar 1903 – Tanınmış pedaqoq, alim və maarifçi Mehdi Mehdizadə (1903-1984) Cəbrayıl rayonunda anadan olmuşdur. Mehdi Mehdizadə SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olub, uzun illər Azərbaycanın Təhsil (Maarif) Nazirliyinə rəhbərlik edib.

 

30 mart (12 aprel) 1903 – Azərbaycan mətbuatının, ictimai-siyasi fikrinin inkişafında mühüm rol oynamış «Şərqi-Rus» qəzeti Tiflisdə nəşrə başlayıb. Şərqşünas-alim, ictimai xadim (II Rusiya Dumasının deputatı) Məmmədağa Şahtaxtinskinin redaktoru olduğu qəzet tanınmış yazarları ətrafında birləşdirmişdi. Məhəmməd Əmin Rəsulzadənin ilk mətbu yazısı da burada dərc olunub. 1905-ci ilin yanvarınadək nəşr olunub.

 

1903Bakı bulvarının inşası başlanıb. Musa Nağıyevin “Yeni Avropa” mehmanxanası inşa edilib.

 

20 may 1904 -Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) Şamaxı qəzasının Basqal kəndində doğulub. «Yoxuşlar», «Müharibə», «Dostluq qalası», «Tərs adamlar», «Dünya qopur» və s. romanların müəllifidir.

 

1904 – Bakıda sosial-demokrat “Hümmət” təşkilatı yaradılıb. Təşkilatın eyniadlı qəzeti (oktyabr 1904-fevral 1905) nəşr olunub.

 

6-9 fevral 1905 - Bakıda erməni-müsəlman toqquşmaları baş verib. Hakim dairələrin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar daşnak dəstələrinin müsəlman məhəllələrinə hücumu ilə başlamışdı. Bakı qubernatoru Mixail Nakaşidze (1905-ci il mayın 11-də daşnak Dro Kanayanın bombalı hücumu ilə öldürüldü – red.) üç gün ərzində davam edən qırğınlara faktiki olaraq göz yummuşdu. Hər iki tərəfdən yüzlərlə insan ölmüşdü. Bakıda bir müddət hərbi vəziyyət elan edildi, lakin erməni qüvvələrinin müsəlman əhaliyə qarşı hücumları aralıqlarla sonrakı dövrdə də (1907-ci ilədək) davam etdi.

 

26 fevral 1905 – Rusiya çarı II Nikolay Qafqazda vəziyyətə nəzarəti gücləndirmək üçün birbaşa idarəçilik - canişinlik sistemini bərpa edib. Qafqaz canişinliyi 1844-cü ildə yaradılmışdı, bölgədə hakimiyyət canişinə məxsus idi, o yalnız çarın qarşısında hesabat verirdi. Sonradan regionun quberniyalara bölünməsi ilə canişinlik idarəçiliyi tədricən aradan qalxmışdı.

 

7 iyun 1905 - Azərbaycanın mətbuat və ictimai-siyasi tarixində mühüm rol oynamış «Həyat» qəzeti nəşrə başlayıb. Qəzetin naşiri tanınmış vəkil və publisist, sonradan Xalq Cümhuriyyəti parlamentinin sədri olan Əlimərdan bəy Topçubaşov, redaktorları Cümhuriyyət qurucularından olan yazıçı-jurnalist Əhməd bəy Ağaoğlu (Ağayev) və böyük türkçü mütəfəkkir Əlibəy Hüseynzadə idi. Qəzet 1906-cı ilin sentyabrınadək nəşr olunub.

 

31 dekabr 1905 - Görkəmli alim, akademik, ictimai xadim Yusif Məmmədəliyev (1905-15.12.1961) anadan olmuşdur. Yusif Məmmədəliyev 1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub.

 

1905 – Qafqazda ilk sement zavodu Bakıda (Keşlə) inşa olunub.

 

 

1902 – Yazıçı Abbas Pəhani (Makuli; 1902-1971) Maku şəhərində anadan olmuşdur. 1935-ci ildə dövlət əleyhinə üsyan etməkdə təqsirləndirilib bir il zindanda saxlandıqdan sonra ömürlük olaraq Zəncan şəhərinə sürgün olunur. 1941-ci ildə sovet ordusu İrana gələndən sonra bütün siyasi dustaqlar kimi o da azad olaraq Təbrizə qayıdır. Azərbaycan Demokrat Firqəsi təşkil olan kimi ona üzv yazılaraq «Azərbaycan» ruznaməsinin 28-ci nömrəsindən ədəbi fəaliyyətə başlayır. «Təbriz küsələri», «Mübarizlər», «Heydər Əmioğlu» və «Səttərxan» və s. əsərlərin müəllifidir. 1971-ci il sentyabrın 30-da Bakıda vəfat etmişdir.

Məşrutə inqilabı ərəfəsində 

XX əsrin əvvəlində Cənubi Azərbaycanda İran şah rejiminin zülmü dözülməz həddə çatmışdı. Kəndlilərdən alınan vergilər 10 dəfədən çox artırılmışdı. Nəticədə Cənubi Azərbaycandan Rusiyanın içərilərinə (Bakı, Tiflis, Petrovski və başqa şəhərlərə) iş dalınca gedənlərin sayı ildə 50 min nəfərdən 80 minə nəfərə çatmışdı.

1903-cü ilin məlumatına görə, Bakıda Cənubi Azərbaycandan gəlmiş işçilərin sayı yerli işiçilərin 22 faizə qədərini təşkil edirdi. Xarici kapitalın ağalığı, sosial zülm, dövlət məmurlarının yerlərdəki özbaşınalığı, xalqın böyük narazılığına səbəb olurdu. Azərbaycan valisi və onun ətrafına toplaşan məmurlar tərəfindən özbaşına artırılan vergilər xalqı fəlakətli bir vəziyyətə gətirib çıxarmışdı.

Beləliklə, həm yerli xanların, həm də hakim sülalənin Cənubi Azərbaycanda zülm siyasəti əhalinin müxtəlif təbəqələri içərisində narazılığın artmasına, kütləvi həyacan və çıxışların baş verməsinə səbəb olurdu və bu çıxışlar 1905-ci ilin sonunda inqilabi hərəkata təkan verdi.

                          

12 dekabr 1905 - İranda inqilab başlanıb. Rusiyadakı 1905-ci il inqilabının təsiri altında başlayan hadisələr tədricən (1908-ci ildən) Cənubi Azərbaycanda milli hərəkata çevrilib.

Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və tarixə Məşrutə (Konstitusiya) inqilabı (1906-1911) adı ilə daxil oldu. İnqilab iştirakçılarının əsas tələbi konstitusiyanın qəbul edilməsi, məclis çağırılması, xarici məmurların ölkədən qovulması və s. ibarət idi.

 

Geri ►Xronoqraf: 1813-2013

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009