ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



O taylı-bu taylı tariximiz: 1813-2013: xronoqraf > 1880-ci illər

O taylı - bu taylı tariximiz

Xronoqraf

1880-ci illər

Şimali Azərbaycan

Cənubi Azərbaycan

13 oktyabr 1880 – Bakı–Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub. Prezident İlham Əliyevin 2005-ci 7 oktyabr tarixli sərancamı ilə Azərbaycan dəmir yolunun yarandığı gün – 13 oktyabr “Dəmir yolu işçilərinin peşə bayramı günü” elan olunub.

 

1880 “Kəşkül” qəzeti nəşr olunmağa başlayıb. Tiflisdə Cəlal Ünsizadə tərəfindən nəşr edilən qəzet ideya istiqamətinə görə “Əkinçi”yə yaxın olub. Qəzetdə siyasət, ticarət, sənaye, sənətkarlıq və mədəniyyət məsələlərinə toxunulub. 1884-cü il yanvarın 1-dən “Kəşkül” həftəlik qəzetə çevrilib və 1891-ci ilədək nəşr edilib.

 

1880, 1 may Əcnəbilərin Bakı rayonunda neft mədənlərinə buraxılması haqqında qərar verilib.

 

1881 - Gəncə və Şuşa şəhər məktəblərinin əsasında real məktəbi təşkil edilib.

 

6 dekabr 1881 – Azərbaycan rabitəsinin yarandığı gündür. Həmin gün Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamı ilə 6 dekabr “Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.

 

1882 - Ordubadda “Əxtər” (“Ulduzlar”) məktəbi açılıb.   

 

1882 Qori seminariyasının müəllimi Aleksey Osipoviç Çernyayevskinin (1840-1894) azərbaycanlı uşaqlar üçün tərtib etdiyi “Vətən dili” dərsliyi çap olunub.

 

1882 - Zaqatalada birinci peşə məktəbi təşkil olunub.

 

8 may 1883Bakı-Tiflis-Batumi dəmir yolu xətti fəaliyyətə başlayıb. İnşası üç il sürən magistral Bakı neftinin Qara dəniz vasitəsilə Avropaya çıxışını, Azərbaycanın Rusiya imperiyası və Avropanın bazarları sıx iqtisadi əlaqələrini təmin etdi.

 

1883, iyul - Cəbrayıl və Cavanşir qəzaları təşkil edilib.

 

31 yanvar 1884 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə (1884-1955) Bakının Novxanı kəndində anadan olub. Rəsulzadə 1904-ci ildə “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatının qurucularından olub. 1908-ci ildə İrana gedərək Məşrutə inqilabında iştirak edib. İnqilabın məğlubiyyətindən sonra (1911) Türkiyəyə gedib. 1913-cü ildə çarın elan etdiyi amnistiyadan sonra Bakıya qayıdıb və “Hümmət”in əsasında yaradılan “Müsavat” partiyasına rəhbərlik edib. Rəsulzadə 1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib. Həmin il mayın 27-də Seymin azərbaycanlı deputatları Rəsulzadənin sədrliyi ilə Azərbaycan Milli Şurasını yaradıblar, 1918-ci ilin 28 mayınnda Xalq Cümhuriyyəti elan olunub. Cümhuriyyətin süqutundan sonra Rəsulzadə Moskvaya aparılıb, bir müddət orada yaşadıqdan sonra mühacirətə gedib. 1922-ci ildən Türkiyədə, 30-40-cı illərdə Avropada Azərbaycan siyasi mühacirətinə rəhbərlik edib. 1947-ci ildə Türkiyəyə qayıdıb. 1955-ci il martın 6-da Türkiyədə vəfat edib. Qəbri Ankaranın Əsri məzarlığındadır.

20 may 1884 - Görkəmli ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1941) Şəkidə anadan olub. "Molla Nəsrəddin" jurnalında məqalə və şeirləri dərc olunub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabını yazıb.

 

24 fevral 1886 - Xalq qəhrəmanı Abbasqulu bəy Xanbala oğlu Şadlinski (1886- 1930) Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) Vedibasar mahalının Vedi kəndində doğulub. 1918-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və s. ərazilərdə daşnak-erməni quldur dəstələrinə qarşı könüllü xalq birləşməsinə (sovetləşmədən sonra “Qırmızı tabor” adlandırılıb) rəhbərlik edib. Yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanı və “Axırıncı aşırım” filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.

 

10 may 1888 – “Cənubi Qafqaz quberniyasında qəza polisinin yenidən qurulması haqqında” fərman.

 

14 iyun 1888 – İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Camo bəy Hacinski Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirib. 1922-1928-ci illərdə həbsdə olub. 1938-ci ildə yenidən həbs edilərək sürgün olunub və 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat edib. 1956-cı ildə ona ölümündən sonra bəraət verilib.

 

1880-cı illər - Tütün fabrikləri yaranmağa başlanıb.

 

1880-cı illər – Şimali Azərbaycanda ipəkçilik və pambıqçılığın inkişafı sürətlənib.

 

1880 - Azərbaycan xalqının görkəmli alimi, mütəfəkkir, publisist və inqilabçı oğlu Şeyx Məhəmməd Xiyabani (1880-1920) Təbriz şəhərinin Güney mahalının Xamnə qəsəbəsində anadan olub. Təbriz və Mahaçqalada (Dağıstan) təhsil alıb. Fəlsəfə, tarix, iqtisadiyyat, riyaziyyat və nücum (astronomiya) sahəsində dərin var idi. Türk, ərəb, fars, rus və fransız dillərini və bu xalqların mədəniyyət tarixini dərindən bilirdi. Xiyabani 1918-1920-ci illərdə Cənubi Azərbaycanda mili-azadlıq hərəkatının rəhbəri ikən özünü alovlu inqilabçı kimi göstərmişdi. O, mübarizəsində rus xalqının, rus zəhmətkeş təbəqəsinin hakim dairələrə qarşı sinfi mübarizəsinə istinad edirdi. Rusiyada fevral burjua-demokratik inqilabının qələbə çalması (1917) İran zəhmətkeşlərini də sevindirirdi. Bu dövrdən etibarən beş ildən bəri gizli fəaliyyət göstərən keçmiş Demokrat Partiyası yenidən canlandı.

Xiyabani ilk növbədə partiyanın orqanı olan «Təcəddüd» qəzetinin nəşrinə başladı. Qəzet 1917-ci ili aprel ayından başlayaraq çap edildi. 1920-ci il iyun ayının 24-də Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi mili-demokratik Azərbaycan hökuməti yarandı. Lakin 1920-ci il sentyabrın 12-də milli şah üsul-idarəsi milli hökuməti qan içində boğdu, Azərbaycan xalqının mili-azadlıq hərəkatının cəsarətli rəhbəri Xiyabani öldürüldü.

 

 

Geri ►Xronoqraf: 1813-2013

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009