ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



O taylı-bu taylı tariximiz: 1813-2013: xronoqraf > 1850-ci illər

O taylı - bu taylı tariximiz

Xronoqraf

1850-ci illər

Şimali Azərbaycan

Cənubi Azərbaycan

 

1850 - Salyan və Lənkəran müsəlman məktəblərinin açılması.

 

1850 - Lənkəranda ilk teatr tamaşası.

 

1852 - Car-Balakəndə hərbi idarə üsulunun tətbiqi.

 

1852 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794-1852) vəfat edib. Vazehin poeziyası özünün xəbəri olmadan Avropaya yayılıb və şöhrət qazanıb. Alman şərqşünas-səyyah Bodenştedt Mirzə Şəfi Vazeh qəzəllərini tərcümə edərək öz imzası altında nəşr etdirib. Yalnız xeyli sonra o, nəşr etdirdiyi poetik incilərin Vazehə məxsus olduğunu etiraf edib.

 

1853 - Zaqatalada müsəlman məktəbinin açılması.

 

1853 – Tarixçi, “Qarabağnamə”nin müəllifi Mirzə Camal bəy Cavanşir Qarabaği (Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir; 1773-1853) vəfat edib.

 

1855 – “Siemens” qardaşlarının Gədəbəydə tikdiyi misəritmə zavodunun işə düşməsi.

 

1857 - Şamaxıda ilk teatr tamaşası.

 

İyul 1958 - Bakıda Xəzər gəmiçiliyi fəaliyyətə başlayıb. Prezident Heydər Əliyevin 2 iyul 1998-ci il tarixli sərəncamına əsasən, iyul ayının birinci bazar günü Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü elan edilib.

 

1859 - Şamaxı və Şuşada ilk kütləvi kitabxanaların təşkili.

 

1859 - Baş İdarə və Qafqaz canişini Şurası haqqında Əsasnamənin qüvvəyə minməsi.

 

 

1850 – Şair, maarifpərvər alim Ziyai Ərdəbili anadan olub. İlk təhsilini Ərdəbildə alıb, 1870-ci illərin sonunda Lənkərana köçüb. Müxtəlif peşələrdə çalışıb, Azərbaycanca və farsca şeirlər yazıb. Şimali və Cənubi Azərbaycan şairləri haqqında bir təzkirə yazmaq fikrinə düşür. Beqdeli Lütfəli bəy Azərin məşhur «Təzkireyi-Atəşqədə» əsərini davam etdirərək, təqribən 200 il müddətində yazıb yaradan Azərbaycan şairləri haqqında qısa bioqrafik məlumatı «Təzkireyi-Ziyan» adı altında toplayır. Məhəmmədəli Şah Qacar dövrünə (1890-cı illər) qədər yaşamışdır. Vəfat tarixi məlum deyil.

 

1852 – Şair Fazil xan Şeyda vəfat edib. XVIII əsrin sonlarında Təbrizdə doğulub. Mükəmməl ruhani təhsil almışdır. Əs ladı Molla Fətulladır. Yaradıcılığında satiraya daha çox meyil edib, buna görə məmur və ruhanilər tərəfindən təqibə məruz qaldığından 1838-ci ildə Tiflisə köçüb, rus təbəəliyini qəbul edib. 1846-cı ildə Qafqaz canişinliyinə dəftərxana müdiri, 1847-ci ildə isə Tiflisdə yeni açılmış müsəlman məktəbinə müəllim təyin edilib. «Divani-hikmətin» yığıncaqlarında iştirak edib, Tiflisdə dəfn edilib.

 

1853 – Şair Məhəmməd Mövsuməli oğlu Hidəci (1853-1928) Zəncanın Hidəs kəndində anadan olub. Qəzvində, Tehranda və Nəcəfdə təhsil alıb. 1892-ci ildən ömrünün sonunadək Tehranda mədrəsədə müəllimlik edib. Azərbaycan, fars və ərəb dillərində yazıb. Bizə gəlib çatan şeirlərinin bir hissəsi «Külliyyati-divani-Hidəci» adı altında çap olunub.

1854 – Şair Hacı Rza Sərraf Təbrizi (1854-1907) Təbrizdə anadan olub. Yaradıcılığının əsasını qəzəl və mərsiyələr təşkil edir. Bütün şeir və qəzəllərində sözlərinin sadə və möhkəmliyi, hisslərində həyəcan və səmimi məhəbbətin sonsuzluğu ilə seçilir. 1907-ci ildə Təbrizdə dünyasını dəyişib.

 

Geri ►Xronoqraf: 1813-2013

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009