ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



O taylı-bu taylı tariximiz: 1813-2013: xronoqraf > 1840-cı illər

O taylı - bu taylı tariximiz

Xronoqraf

1840-cı illər

Şimali Azərbaycan

Cənubi Azərbaycan

11 aprel 1840 – Çar I Nikolay «Cənubi Qafqaz diyarının idarəsi üçün təsisatlar haqqında» qanun imzalayıb. Qanuna əsasən, Rusiyaya birləşdirilmiş Azərbaycan bölgələrində hərbi komendantlıq idarəsi ləğv olunub və 1841-ci ildən Ümumrusiya idarə sistemi tətbiq edilib.

 

1 yanvar 1841 - Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla İmereti quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bolündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Gəncə), Qazax, Balakən və Naxçıvan bölgələri İmereti quberniyasının tərkibinə daxil edildi.

 

25 aprel 1841 - Çar Rusiyasının Qafqaz Baş İdarə Şurasının qərarı ilə Qazax, Şəmsəddil və Borçalıda azərbaycanlı bəy və ağalar torpaq sahibliyindən məhrum edilib, mülkləri müsadirə edilib. Eyni qərar həmin ilin mayında Xəzəryanı bölgələr üçün də verildi. Bunun ardınca bölgələrdə kəndli çıxışları başlandı və 1842-ci ildə ağa və bəy torpaqlarının müsadirəsi dayandırıldı.

 

28 iyun 1842 – Görkəmli Azərbaycan maarifçisi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1842-1907) keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Zərdabi 1875-ci il iyulun 22-də Rusiya impariyasında ilk turkdilli qazetin - «Əkinçi» qəzetinin nəşrinə başlamaqla Azərbaycan milli mətbuatının əsasını qoyub. Zərdabi həmçinin Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872),  ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarıı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və sədri (1906) olub.

 

1844 - Qafqaz canişinliyinin yaradılması.

 

1844-1845 - Şuşa, Nuxa və Qubada kəndli çıxışları.

 

6 dekabr 1846 - Rusiya çarı I Nikolay Cənubi Qafqazda bəy və ağaların hüquqları haqqında qanun (reskript) imzalayıb. Qafqazın ilk canişini qraf S.Vorontsovun təşəbbüsü ilə hazırlanan sənəd çar Rusiyasının işğal etdiyi Azərbaycan torpaqlarında bəy və ağaların mülkiyyət hüquqları, onların kəndlilərlə münasibətləri və s. əksini tapmışdı. 1841-ci ildə azərbaycanlı bəy və ağaların torpaqlarının müsadirə olunması barədə qanun verilməsi yerlərdə üsyanlara səbəb olmuşdu və onun icrası dayandırılmışdı. Yeni qanunda ilk dəfə olaraq bəy və ağalara məxsus torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq olunurdu.

 

14 dekabr 1846 - Rusiya çarı I Nikolay Cənubi Qafqazın inzibati bölgüsündə dəyişikliklər edilməsi barədə fərman verib. Fərmana əsasən, 1841-ci ildə yaradılmış Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv olunub, onların əvəzində 4 quberniya - Tiflis, Kutaisi, Dərbənd və Şamaxı quberniyaları yaradılıb. Azərbaycan torpaqları Tiflis, Dərbənd və Şamaxı quberniyaları arasında bölünüb.

 

1847 - Tarixçisi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) Məkkə ziyarəti zamanı Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəfat edib və orada dəfn olunub.

Bakının Əmircan (Xilə) kəndində doğulan Bakıxanovun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. 1802-ci ildə atası xanlıq taxtı uğrunda mübarizədə əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə Abbasqulu Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuş, burada ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. 1819-cu ildə Bakıxanov çar Rusiyasının Qafqaz canişini general Yermolovun dəvəti ilə Tiflisə gedərək Qafqaz Baş Hərbi Idarəsində Şərq dilləri tərcüməçisi vəzifəsinə qəbul olunub. Bu vəzifədə 26 il işləyib. 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasında iştirak edib. Hərbi qulluqdan istefaya çıxdıqdan sonra Yaxın Şərqə səyahətə çıxıb və ömrünü orada başa vurub.

A.Bakıxanov «Gülüstani-İrəm» əsəri (1841) ilə Azərbaycan tarixşünaslığın əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb.

30 aprel 1848 - Şamaxıda Nina məktəbinin açılması.

 

1848 - Bibiheybətdə dünyada ilk buruq qazmaq cəhdi.

 

1848 - Şuşada ilk teatr tamaşası.

 

1848 – Tarixçi, “Qarabağnamə”nin müəllifi Mirzə Adıgözəl bəy (Mirzə Adıgözəl bəy Haqverdi bəy oğlu Qarabaği) Şuşada vəfat edib.

 

1849 - Gəncədə, Şuşada, Şamaxıda və Bakıda müsəlman məktəblərinin açılması. 

1843 - İranda çap işinin yaradıcılarından biri, tərcüməçi Məhəmmədhəsən xan Müqəddəm (1843-1896) Marağa şəhərində anadan olub. Dövrünün mütərəqqi şəxsiyyəti, tarixçi alim idi. Qacarların rəsmi tarixçisi olmuş, sonralar mətbuat və çap işləri naziri təyin olunmuşdu. İranda və Cənubi Azərbaycanda maarif və nəşriyyatın inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Uzun illər Nəsrəddin şah Qacarın (1831-1896) şəxsi mütərcimi, tərcümə və nəşriyyat naziri olmuşdur. Məhəmmədhəsən xan əvvəl “Sani-əd-daulə”  (Dövlət sənətkarı), sonralar «Etimad-ül-səltənə» (Sultanın etimadı) ləqəblərini daşıyır. İranın, eləcə də Azərbaycanın tarixi və coğrafiyasına aid 30-dan artıq kitabın müəllifidir. Avropa ədəbiyyatından 10-dək kitab tərcümə edib. Məhəmmədhəsən xan 10-a yaxın qəzetin çap olunmasında iştirak edib.  

1845 – Şair Mirzə Əli Mirzağa oğlu Ləli Tәbrizdә dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Әrәb vә fars dillәrini öyrənib. İstanbul Universitetinin tibb fakültəsində təhsilini davam etdirib. Təbrizdər həkim kimi şöhrət tapmış, Tehrana Nəsirəddin şahın sarayında işləmişdir. Qərb ölkələrinə səfərə çıxan şahla birlikdə gəzmiş, fransız dilini bildiyindən şahın tərcüməçisi olmuşdur. Şerlərini fars və Azərbaycan dilində yazmışdır. 1907-ci ildə Tiflisdə vəfat etmişdir.

 

1849 – Şair Seyid Rza Sabir (Hacı Seyid Rza Əmirzadə) Xoy şəhərində anadan olmuşdur, yaradıcılığa burada başlamışdır. 27 yaşında İrəvana gəlib orada evlənmiş və ömrünün axırına qədər burada yaşamışdır. 1904-cü ildə təxminən vəfat etmişdir. Bakıda «Əkinçi» qəzetinin nəşrə başlaması münasibətilə redaksiyaya göndərdiyi şeir yetkin şair qələminin məhsuludur. Seyid Rza Sabirin yazılarına «Əkinçi»dən sonra Qafqazda nəşr olunan başqa mətbuat səhifələrində də ras gəlirik.

 

Geri ►Xronoqraf: 1813-2013



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009