ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 30

Tarixdə bu gün: 30 aprel

 

“Bizim təqvim” elektron xronoqrafında Azərbaycan tarixinə dair yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" adlı kitab-təqvim hazırlayaraq nəşr edib. Təqdim olunan xronoqrafda kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Bizim təqvim” xronoqrafında 30 aprel hansı fakt və olaylarla yadda qalıb?

* * *

 

30 aprel  1918 - Şaumyanın başçılıq etdiyi Bakı Kommunası şəhərdə bütün legitim dövlət qurumlarını, o cümlədən Bakı Şəhər Dumasını deviriblər.

30 aprel  1937 - Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun şah əsəri olan «Koroğlu» operasının (librettonun müəllifləri Q.İsmayılov və M.S Ordubadi) ilk tamaşası keçirilib.

 

30 aprel  1991 - Dağlıq Qarabağda və ətraf rayonlarda qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi ilə bağlı əməliyyat başlanıb. SSRİ Daxili Qoşunlarının iştirakı ilə keçirilən əməliyyatın məqsədi Azərbaycanı SSRİ-nin tərkibində saxlamaq, ittifaq referendumunu (17 mart 1991) boykot etmiş Ermənistana isə gözdağı vermək idi. Əməliyyat nəticəsində Xanlar (Göygöl) rayonunun Çaykənd qəsəbəsi, Hadrut (Xocavənd) rayonunun kəndləri erməni silahlı qüvvələrindən təmizlənib. Lakin Moskvanın Azərbaycana “üzgörənliyi” çox çəkmədi və 1991-ci ilin payızında Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə başlandı.

 

30 aprel  1993 - BMT Təhlükəsizlik Şurası (TŞ) Azərbaycanla Ermənistan arasında münasibətlərə dair 822 saylı qətnamə qəbul edib. Qətnamə bir qədər əvvəl (6 aprel 1993) qəbul olunmuş "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi barədə" TŞ sədrinin bəyanatına əsaslanmışdı. Sənəddə Kəlbəcərin "yerli erməni qüvvələri" tərəfindən işğal edildiyi vurğulanırdı. BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsinə dair sonrakı qətnamələri (853, 874, 884) də bu sənədin fəlsəfəsinə köklənib və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz faktını diqqətdən kənarda qoyur.

* * *

Əlavə bax:

►Bizim təqvim

* * *

Bax həmçinin:

►Mədəniyyət gündəliyi    

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009