ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 28

Tarixdə bu gün: 28 aprel

 

“Bizim təqvim” elektron xronoqrafında Azərbaycan tarixinə dair yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" adlı kitab-təqvim hazırlayaraq nəşr edib. Təqdim olunan xronoqrafda kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Bizim təqvim” xronoqrafında 28 aprel hansı fakt və olaylarla yadda qalıb?

* * *

28 aprel  1920 - Azərbaycanda sovet hakimiyyətinin qurulduğu, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edilib. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilib. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan AK(b)P MK-ya məxsus idi.

 

28 aprel 1923 - Görkəmli oftalmoloq, akademik, Prezident Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə Əliyeva (1923-1985) Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunu bitirib, Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib. 1960-cı ildə namizədlik, 1977-ci ildə doktorluq dissertasiyası müdafiə edib, Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru olub. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1985-ci il aprelin 15-də vəfat edib.

 

28 aprel 1998 - Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası qəbul edilib. Sənəd Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş yeni Konstitusiyası əsasında hazırlanmışdı.


28 aprel 2004 - Prezident İlham Əliyev Varşavada (Polşa) keçirilən Avropa iqtisadi sammitində iştirak edib. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olub.

* * *

Əlavə bax:

►Bizim təqvim

* * *

Bax həmçinin:

►Mədəniyyət gündəliyi   

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009