Real tarix, faktlar, sənədlər (Azərbaycan və ingilis dilində)
Yaqub Mahmudov, Kərim Şükürov.
- Bakı, "Təhsil" nəşriyyatı, 2005.
Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi yığcam şəkildə şərh olunur. Müəlliflər ilk mənbələrə əsaslanaraq ən qədim zamanlardan yaşadığımız dövrədək Qarabağın tarixini bütöv halda əks etdirmişlər.
Monoqrafiyada əsasən erməni və digər qaynaqlar əsasında erməni etnosunun yaranma tarixi qələmə alınmışdır. Ermənilərin müsəlman-türk xalqlarına qarşı bütün dövrlərdə düşmənçilik siyasəti yeritmələri, XIX əsrin əvvəllərindən başlayaraq «Böyük Ermənistan» yaratmaq məqsədilə əvvəlcə Osmanlı İmperiyasından, sonra isə Türkiyə Respublikasından torpaq qoparmaq cəhdləri, baş verən proseslərin nəticəsi olaraq bu ölkədən və İrandan çoxsaylı köçlər etməklə Azərbaycan torpaqlarında məskunlaşmaları və s. tarixi hadisələr müxtəlif mənbələrdən, o cümlədən erməni alimlərinin öz əsərlərindən götürülmüş faktlar əsasında oxucuya təqdim olunur.
Mifomaniya - patoloji baxımdan yalançılıqla üzvü surətdə bağlı olan psixi xəstəlikdir. Erməni böhtanları bir əsrdən artıq müddətdə yayıldığından və onların “türklərin erməni xalqına qarşı törətdikləri soyqırım” adlandırdıqları uydurma əfsanənin də yaşı artıq 90 ilə çatdığından, bu kinli cəfəngiyyatın qarşısının təkzibedilməz sənədlər və əyani materiallar əsasında cəsarətlə alınmasının vaxtı gəlib çatmışdır (Erix Fayql).
Kitabda 20 Yanvar qırğınının tarixi, bu dəhşətli cinayətin sosial-siyasi kökləri, xalqımızı 20 Yanvara gətirib çıxaran hadisələr və proseslər içərisindəki ana xətt obyektiv elmi mövqedən işıqlandırılır. Əsərdə 20 Yanvar cinayətinin bir çox məsələləri, xüsusilə o zamankı Azərbaycan rəhbərlərinin mütiliyi, Kreml rejiminin Dağlıq Qarabağın erməni separatçılarını açıq-aşkar himayə və müdafiə etməsi, xalqımıza qarşı aparılan informasiya müharibəsi, Qərb dövlətlərinin, ABŞ-ın seyrçi, Rusiyapərəst mövqeyi, xarici ölkələrdəki erməni diasporunun və erməni millətçilərinin fəallığı və s. açılıb göstərilir.
Azərbaycan xalqı təxminən 200 ildir ki, öz tarixi-etnik torpaqlarından didərgin salınır. Düşünülmüş və planlı şəkildə həyata keçirilən bu məkrli siyasət kütləvi deportasiya və soyqırımı ilə müşayiət olunmuşdur. Təəssüf ki, uzun müddət taleyüklü bu məsələlərə biganə qalınmış, laqeyd münasibət göstərilmişdir. Son dövrdə baş verən ictimai-siyasi hadisələrlə əlaqədar xalqımıza qarşı törədilən cinayətlərin öyrənilməsinə imkan və şərait yaranmışdır. Bu mənada mövcud monoqrafiya tariximizin bir sıra qaranlıq səhifələrinin öyrənilib üzə çıxarılmasında atılan ilk addımlardan hesab oluna bilər.
Əməkdar elm xadimi, tarix elmləri doktoru professor Yaqub Mahmudovun bu kitabında Azərbaycanın dövlətçilik tarixi məsələləri yığcam şəkildə işıqlandırılır. Müəllif e.ə.IV minilliyin sonlarından başlayaraq yaşadığımız günlərədək Azərbaycan ərazisində dövlət qurumlarının meydana gəlməsi və inkişafının əsas mərhələlərini şərh edir.
Bu kitabda Azərbaycanın XIX əsr maarifpərvər tarixçiləri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin, Əhməd bəy Cavanşirin Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanmışdır.
- Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2006. 288 səh. "Qarabağnamələr"in ikinci kitabında Azərbaycanın XIX əsr salnaməçi-ləri Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin və Rzaqulu bəy Mirzə Camal oğlunun Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanmışdır.
- Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2006. 248 səh. “Qarabağnamələr”in üçüncü kitabında Azərbaycanın XX əsr salnaməçiləri Mirzə Rəhim Fənanın, Baharlının, Həsən İxfa Əlizadənin, Həsənəli Qaradağinin, Abbasqulu ağa Bakıxanovun Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanmışdır.
Əsərdə Qarabağ xanlığının yaranması, оnun ictimai quruluşu, sərhədləri, əhalisinin milli və sоsial tərkibi, iqtisadiyyatı, Оsmanlı Türkiyəsi və Gürcüstanla əlaqələri və xanlığın ərazisinin XVIII əsrin sоnu – XIX əsrin əvvəllərində Qacarlarla Rusiya impеriyası arasında bеynəlxalq çəkişmə mеydanına çеvrilməsi məsələləri şərh еdilir. Mоnоqrafiya tədqiqatçılar, müəllim və tələbələr, еləcə də gеniş оxucu kütləsi üçün nəzərdə tutulur.