ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > Beynəlxalq vasitəçilik

          Qarabağ sülh prosesi: sonu görünməyən sürəc

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır.

ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir vaxt ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfrans çağırılması qərara alındı.

Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 (14 oktyabr 1993-cü il) və 884 (11 noyabr 1993-cü il) saylı qətnamələrinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənədləri və qərarlarına əsaslanır.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqlədi.

BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi və qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı.

BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini bəyənərək, ATƏT-in Minsk prosesi çərçivəsində münaqişənin həlli yollarının axtarılmasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilməmişdir.

12 may 1994-cü il tarixində münaqişədə atəşkəs əldə olundu. >>>


Təqvim

15 il öncə kəsilən atəş

Təəssüf ki, bu illər ərzində atəşkəs müvəqqəti rejim olaraq qalıb, onu davamlı sülhə çevirmək mümkün olmayıb

-13.05.2009-

Mayın 12-də Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəsində atəşkəsin elan olunmasının 15 ili tamam oldu.

Qarabağ konflikti tarixinə "Bişkek protokolu" adı ilə düşmüş atəşkəs sənədi 1994-cü ilin 12 mayında qüvvəyə minib.

Bu, indiyədək bənzər münaqişələr tarixində mövcud olmuş ən uzunmüddətli atəşkəs razılaşmasıdır.

Hərçənd bu illər ərzində cəbhə xəttində tam olaraq atəşin kəsilməsindən söhbət gedə bilməz.

Bu illərdə atəşkəs rejimi nisbi xarakter daşıyıb, son dövrlərdə Ermənistan və Azərbaycan qoşun hissələrinin təmas xətlərində atışma faktlarının artması isə Qarabağ müharibəsinin bitmədiyinin, sadəcə, savaşın dayandığının ən adi və aydın ifadəsidir. >>>   


Aktual şərh 

Azərbaycanlılar müharibə istəyirlərmi,

yaxud Avropa siyasətçilərinin pasifizmimin fəallaşmasının səbəbi nədir?

-11.02.2009-

Son vaxtlar müxtəlif nüfuzlu beynəlxalq təşkilatların tribunalarından, dünya miqyaslı görkəmli siyasətçilərin dilindən və KİV-lərdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”, “Dağlıq Qarabağ probleminin hərb yolu ilə həlli yoxdur”, “münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” və sair kimi ifadələr daha tez-tez səslənir.

Dünya birliyinin Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının yenidən başlanmasına yol verməmək səyləri tamamilə anlaşılandır.

Xəzər regionu Qərb ölkələri üçün həyati vacib əhəmiyyəti olan enerji resursları mənbəyidir, Cənubi Qafqazdan strateji cəhətdən mühüm nəqliyyat-energetika kommunikasiyaları keçir və yenilərinin tikilməsi planlaşdırılır >>>



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009