ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Xəzəryanı ölkələrin prezidentləri Bakıda bir araya gəldilər

Təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalandı, status məsələsi isə yenə açıq qaldı


-19.11.2010-

Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammiti keçirilmişdir. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak etmişlər.

Zirvə görüşünü açan Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq, bugünkü görüşün əlamətdar hadisə olduğunu dedi. Azərbaycanın dövlət başçısı Xəzəryanı ölkələr arasında dostluq, mehribanlıq münasibətlərinin mövcudluğunu qeyd edərək, bu ölkələrin əsrlər boyu yaxın qonşuluq şəraitində yaşadığını söylədi və bildirdi ki, Azərbaycan öz qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurmuşdur.

Azərbaycan Prezidenti Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində fəal işlərin aparıldığını və bunun gələcəkdə praktiki nəticələr verəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev qeyd etdi ki, hazırda Azərbaycan ilə Rusiya və Azərbaycan ilə Qazaxıstan, habelə Rusiya ilə Qazaxıstan arasında Xəzərin sektorlara bölünməsi ilə bağlı önəmli addımlar atılmışdır. “Ümid edirəm ki, gələcəkdə bu gözəl təcrübə əsas kimi götürülə bilər”, - deyən Prezident İlham Əliyev nəqliyyat sahəsində də əməkdaşlığın dərinləşdiyini söylədi.

Azərbaycan dövlətinin başçısı dedi ki, Xəzər dənizinin böyük təbii ehtiyatları vardır və bütün Xəzəryanı ölkələr enerji resursları baxımından zəngin ölkələrdir: "Bizim ölkələrdə hasil edilən neft-qaz ehtiyatları dünya enerji bazarında həlledici təsirə malikdir".

Prezident İlham Əliyev Xəzərin əməkdaşlıq dənizinə çevrilməsi üçün iqtisadi əlaqələrin güclənməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizdə Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün də böyük proqramların icra edildiyini söylədi. Xəzərdə təhlükəsizlik tədbirlərindən danışan Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə fəal çalışdığını bildirdi. Dövlətimizi başçısı dedi ki, Xəzər sülh, əmin-amanlıq, sabitlik dənizidir və belə də qalmalıdır.

İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.

İran Prezidenti qeyd etdi ki, 2007-ci ildə Tehranda keçirilən zirvə görüşündən sonra Xəzəryanı ölkələr arasında iqtisadi, siyasi, mədəni, ətraf mühitin mühafizəsi və digər sahələrdə əlaqələrin daha da genişləndiyi müşahidə olunur.
Mahmud Əhmədinejad Xəzəryanı ölkələrin bir çox sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı İran tərəfinin təkliflərini zirvə görüşü iştirakçılarının diqqətinə çatdırdı.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev göstərilən qonaqpərvərliyə və Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi. Ölkəsinin iqtisadi əlaqələrin genişlənməsində maraqlı olduğunu deyən Nursultan Nazarbayev Xəzərin hüquqi statusunun həlli ilə bağlı böyük işlərin görüldüyünü, yaxın zamanlarda Qazaxıstanda bu məsələ ilə bağlı konfransın təşkil ediləcəyini söylədi. O, Qazaxıstanın Xəzərin hüquqi statusu ilə bağlı bütün görüşlərdə iştirak etməyə hazır olduğunu da diqqətə çatdırdı.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sammitin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi və bu görüşün müsbət nəticələr verəcəyinə əminliyini ifadə etdi. Dmitri Medvedev Xəzərin hüquqi statusunun müəyyən edilməsi prosesinin sürətlənməsi üçün kompleks məsələlərin həllində və Xəzəryanı ölkələrin əməkdaşlığının yeni formatının müəyyən edilməsində bu görüşün böyük əhəmiyyət daşıdığını vurğuladı.
Rusiya Prezidenti dedi ki, biz təkcə dənizi bölməklə kifayətlənməməliyik, eyni zamanda, onun bioloji müxtəlifliyini və nadir təbii sərvətlərini qorumalıyıq. Rusiya Prezidenti Xəzərin statusu barədə yekun nəticənin əldə edilməsi ilə əlaqədar Rusiya tərəfinin təkliflərini də açıqladı.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzəryanı ölkələrin dövlət başçıslarının üçüncü Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O qeyd etdi ki, Xəzəryanı ölkələrin Xəzər hövzəsinin mühüm strateji region olduğunu yaxşı anladığından məsələ ilə bağlı danışıqlar prosesi konstruktivlik əsasında qurulmuşdur.

Türkmənistan Prezidenti bildirdi ki, son zamanlar əməkdaşlığın hüquqi bazası ilə bağlı məsələdə irəliləyiş vardır. Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsi üzərində də iş konstruktiv qaydada gedir. Bu gün tərəflər həmin sənədin bir çox müddəaları üzrə konsensus əldə ediblər. Əldə edilən nailiyyətlər sırasına dəniz mühitinin qorunması ilə bağlı çərçivə konvensiyasının imzalanması da daxildir. Türkmənistan Prezidenti vurğuladı ki, bu gün Xəzər dənizi ölkələri ayırmır, əksinə birləşdirir.

* * *

Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşündə iki sənəd imzalanıb  

Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü zirvə görüşündən sonra sənədlərin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişi və prezidentlərin birgə bəyanatını imzaladılar.

Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişi terrorçuluq, mütəşəkkil cinayətkarlıq, silah, narkotik, kütləvi qırğın silahları hissələrinin qaçaqmalçılığı və brakonyerliklə mübarizə, eləcə də birgə xilasetmə işləri üzrə əməkdaşlığı nəzərdə tutur.

Prezidentlərin birgə bəyanatında Xəzərin hüquqi statusu haqda konvensiya layihəsi üzərində işi sürətləndirmək niyyəti vurğulanır.

* * *

Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər  

Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü zirvə görüşünün sənədlərinin imzalanmasından sonra prezidentlər mətbuata bəyanatla çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşünün konstruktiv keçdiyini, imzalanan sənədlərin əməkdaşlığın çərçivəsini dəqiq müəyyən etdiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu sənədlər hazırlıq mərhələsində olan məsələlərin razılaşdırılması işində mühüm addımdır.

Prezident İlham Əliyev müzakirələr zamanı qəbul edilən qərarlar haqqında da məlumat verdi. Bildirdi ki, 5 il müddətinə nərə balığına ovun qadağa olunması ilə bağlı mexanizmin 3 ay müddətində hazırlanması barədə müvafiq qurumlara tapşırıqlar verilmişdir. Həmçinin müvafiq qurumlar Xəzərdə milli sektorların hüdudları ilə bağlı müzakirələr aparmalıdırlar.

İran Prezidenti Mahmud Əhmədinejad Bakıdakı zirvə görüşü zamanı böyük dostluğun və əməkdaşlığın əsasının qoyulduğunu söylədi.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bugünkü müzakirələr zamanı əsas məsələ – Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı irəliləyişin olduğunu söylədi. O, imzalanan sənədlərin mühüm əhəmiyyətini qeyd edərək, zirvə görüşünün konstruktiv şəraitdə keçdiyini vurğuladı.

Rusiya Prezidenti Dmitri Medvedev zirvə görüşünün konkret nəticələr verdiyini və bu nəticələrdən razı qaldığını söylədi. Dmitri Medvedev əsas məsələ – Xəzərin hüquqi statusu ilə bağlı irəliyə doğru yaxşı addım atıldığını dedi.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin sülh və əməkdaşlıq dənizi olduğunu söylədi.

Dövlət başçıları zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür etdilər.

Sonda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək əldə olunan nəticələrə verdikləri töhfələrə görə Xəzəryanı ölkələrin dövlət başçılarına minnətdarlığını bildirdi.

AzərTAc.

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009