ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



İşğala son qoyulmayınca ermənilərlə heç bir əlaqədən söhbət gedə bilməz

Qarabağın azərbaycanlı icmasının nümayəndələri Avropa Birliyinin təmsilçisi ilə görüşüblər


-08.09.2010-

Sentyabrın 6-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüş keçirilmişdir.

İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qonağı salamlayaraq, birliyin idarə heyətinin üzvlərini ona təqdim etmişdir.

P.Semnebi demişdir ki, məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı icmanın fikrini, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara münasibətini öyrənməkdir. Xüsusi nümayəndə qeyd etmişdir ki, münaqişə nəticəsində bu qədər insanın yurdundan didərgin düşməsi faciədir. Məcburi köçkünlərlə görüşlərim olub, onların vəziyyəti ilə tanışam. Bu humanitar problem uzun müddətdir ki, davam edir və Avropa İttifaqının fikrincə, məsələ artıq siyasiləşmişdir, Cənubi Qafqazda, strateji regionda gedən proseslərə ciddi maneədir.

Qonaq vurğulamışdır ki, münaqişənin həlli ilə bağlı saziş imzalanarkan iki məsələ xüsusilə nəzərə alınmalıdır. Bunlar Azərbaycanın ərazi bütövlüyü və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsidir. P.Semnebi vaxtilə mövcud olmuş əlaqələrin bərpasının münaqişənin həllinə kömək edəcəyinə inandığını bildirmişdir.

Bayram Səfərov Azərbaycan rəhbərliyinin, xalqımızın, o cümlədən icmanın bu məsələyə münasibətini bəyan edərək demişdir: “Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca heç bir iqtisadi əlaqədən söhbət gedə bilməz”. İcma rəhbəri bildirmişdir ki, məcburi köçkünlər doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyir və Dağlıq Qarabağda Azərbaycan qanunlarına əməl edəcək ermənilərlə dinc yanaşı yaşamağa razıdırlar.

İdarə heyətinin üzvləri - Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Milli Məclisin deputatları Rövşən Rzayev, Elman Məmmədov, Həvva Məmmədova, AMEA-nın akademik-katibi akademik Vaqif Fərzəliyev, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli qonağı maraqlandıran məsələlər barədə fikirlərini bildirmişlər. Qeyd etmişlər ki, Qafqazın təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyindən, Azərbaycanın təhlükəsizliyi Qarabağ münaqişəsinin həllindən asılıdır. Avropa ailəsi bunu nəzərə almalıdır.

Natiqlər xüsusi vurğulamışlar ki, icma üzvləri uzun illərdir ki, məsələnin sülh yolu ilə həll olunacağını gözləyirlər. Artıq vaxt limiti tükənir, xalqımızın səbr kasası daşır. Əslində Azərbaycanın münaqişənin həllini tezləşdirmək istəyi Avropanın maraqlarına uyğundur. Çünki bu gün Dağlıq Qarabağ nəzarətsiz zonaya, terror və narkotika yuvasına çevrilmişdir. Hər iki bəla isə Avropaya yaxşı tanışdır. Münaqişənin həlli həm də bu yuvanın məhv edilməsi olardı. Ermənistanın havadarları elə güman edirlər ki, məsələnin həlli uzandıqca azərbaycanlılar Qarabağı unudacaqlar. Yanlış təsəvvürdür. Qarabağ hər bir azərbaycanlının qan yaddaşıdır, biz heç vaxt torpaqlarımızın işğal altında qalması faktı ilə barışmayacağıq. Ali Baş Komandanın əmri ilə hər an silaha sarılmağa hazırıq.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bir sıra suallara cavab verməkdə çətinlik çəkdiyini etiraf etmişdir.

Təklif olunmuşdur ki, diskussiya aparılması üçün icmanın nümayəndə heyəti Avropa İttifaqına dəvət edilsin. P.Semnebi təklifi müsbət qarşılamışdır.

AzərTAc, 06.09.2010.

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009