ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



“Qarabağ saqası. Pyotrdan Pavelə qədər”

Moskvada azərbaycanlı alim Emin Məmmədlinin kitabı çapdan çıxıb


-21.08.2010-

Moskvadakı “Maroseyka” nəşriyyatında Azərbaycan alimi Emin Məmmədlinin “Qarabağ saqası. Pyotrdan Pavelə qədər” adlı kitabı çapdan çıxmışdır.

Bu, XVIII əsrdə Cənubi Qafqazda baş vermiş, lakin qəsdən “unudulan” hadisələrə həsr edilmiş “Qaytarılmış tarix” silsiləsindən olan nəşrlərin birinci cildidir. Kitab Rusiya imperatoru I Pyotrun hakimiyyətdə olduğu dövrdən I Pavelin çarlığına qədər olan zaman kəsiyini əhatə edir.

Kitab həm geniş oxucu kütləsi üçün, həm də Rusiyanın Cənubi Qafqazı öz nüfuz dairəsinə daxil etməyə ilk cəhdləri zamanı yaranmış Qarabağ münaqişəsinin sənədlər bazası ilə tanış olmaq istəyən tarixçi, arxivşünas, politoloq və digər mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Rusiya arxivlərində, müvafiq fondlarda və kitabxanalarda saxlanılan ilkin sənədlərlə tanışlıq uzun illər boyu ya qəsdən, ya da özləri də bilmədən bu prosesin tarixi köklərini təhrif etmiş və hələ də təhrif edən başabəla “qafqazşünasların” çap edilmiş əsərlərini doğru-düzgün qiymətləndirməyə imkan verəcək.

22 fəsildən ibarət olan kitabın “Xəzəryanı Azərbaycan xanlıqları barədə Birinci Pyotrun strateji planları”, “Birinci Pyotrun varisləri onun Cənubi Qafqaz siyasətini nə üçün davam etdirə bilmədilər”, “Rusiyanın Cənubi Qafqazdakı əyalətlərinin 1728-ci ildə tərtib edilmiş siyahısı”, “İran yürüşü tarixşünaslığında erməni koloritinin təzahürü” və bəzi başqa fəsilləri daha böyük maraq doğurur.

Nəşrə daxil edilmiş 6 ilkin sənədin əksəriyyəti artıq çoxdan bəri nadir biblioqrafik vahidlərə çevrilmişdir. Bu sənədlərdən biri 1783-cü ildən, digəri isə 1793-cü ildən sonra heç vaxt tam həcmdə dərc edilməmişdir. Kitaba əlavələrdə Cənubi Qafqazda baş verən hadisələrə ciddi təsir göstərmiş hakim ruhani və dünyəvi sülalələr haqqında yığcam məlumat verilmişdir. Əlavələrdə rus bioqrafiya lüğəti, ad göstəricisi, coğrafi, etnoqrafik və terminoloji göstəricilər, ixtisarlar lüğəti və biblioqrafiya da var.

Müəllifin fikrincə, buradakı ilkin sənədlər və əlavələr mövzuya maraq göstərən oxucunun qafqazşünaslıq terminologiyası ilə “yüklənmiş” mətnin spesifikasından daha yaxşı baş çıxarmasına kömək edəcəkdir. Müəllifin yazdığı kimi, bu kitab ilk növbədə “Rusiyanın nüfuzunun dəhşətli devalvasiyasına görə təşviş keçirən” qısqanc təəssübkeşlər üçün nəzərdə tutulmuşdur.

Emin Məmmədli bu sanballı əsərin məqsəd və vəzifələrindən bəhs edərək yazır: “Biz uzun müddət qəsdən “unudulan” mühüm ilkin sənədlərin tam mətnlərinin aşkar edilməsi və çap olunması hesabına sübut-dəlil bazasını möhkəmlətməyə çalışacağıq.

Bundan əlavə, indiyə qədər tarixi prosesin yanlış yozulmasına gətirib çıxarmış, “xəcalətdən” gizlədilən milli və konfessional aspektlər nəzərdən keçiriləcəkdir. Güman edirik ki, məsələyə bu cür yanaşma müasir mütəxəssislərin düzgün nəticələr çəxarmasına imkan verəcəkdir. Xüsusən ona görə ki, Rusiya tarixində son 300 ilə yaxın dövrün hadisələrinin şərhində yol verilmiş “nöqsanlar” və “üstüörtülü fikirlər” sistemli xarakter daşımışdır”.

Müəllifin fikrincə, XX əsrdə tarix həddən artıq siyasiləşdirilmiş elmə çevrilmişdir, “məxsusi dəvət edilmiş, akademik reqaliyalara malik olan muzdlu tarixçilər isə bu elmi təhrif etməklə, mif və şayiələri, köhnə rəvayətləri “milliləşdirməklə”, reanimasiya etməklə məşğuldurlar”.

Moskvada yaşayan görkəmli Azərbaycan alimi Emin Məmmədli texnika elmləri namizədi, Rusiya Elmlər Akademiyasının V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunun əməkdaşıdır. Bu kitab müəllifin ən nadir materialların toplanması və sistemləşdirilməsi üzrə çoxillik əməyinin nəticəsidir. Əlamətdar haldır ki, kitabın müəllifi texniki elmlərin təmsilçisi olduğuna baxmayaraq, Cənubi Qafqazın tarixi ilə həmişə ciddi maraqlanmış və öz həyatını Azərbaycanın ətrafında baş verən proseslər haqqında obyektiv həqiqətlərin axtarışına həsr etmişdir.

1985-ci ildən tarixi problemlərin elmi tədqiqatı ilə məşğul olan E.Məmmədli uzun illər boyu Rusiya Federasiyasının arxivlərində və böyük kitabxanalarında işləmiş, XVIII əsrdən XX əsrin birinci yarısına qədər olan dövrü əhatə edən əsas tarixi sənədləri toplamışdır. 2006-cı ildən “Qaytarılmış tarix” maarifçilik layihəsi çərçivəsində dərc edilən silsilə monoqrafiyaların elmi redaktorudur. E.Məmmədli bu kitabı da həmin layihə çərçivəsində çapa hazırlamışdır. Kitabın təxminən 10 cilddən ibarət olacağı nəzərdə tutulur.

Bu kitab Ümumrusiya Azərbaycanlılar Konqresinin və bir qrup azərbaycanlı sahibkarın dəstəyi ilə nəşr edilmişdir.

AzərTAc.

 

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009