ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Rusiya Ermənistanın təhlükəsizliyinin təminatını üzərinə götürür

Ermənistandakı Rusiya hərbi bazasının fəaliyyət müddəti 49 ilədək uzadılacaq


-14.08.2010-

Rusiyanın Ermənistan ərazisində olan hərbi bazası ilə bağlı iki ölkə arasında 1995-ci ildə imzalanmış müqaviləyə dəyişiklikləri nəzərdə tutan protokol Rusiya prezidenti Dmitri Medvedevin Yerevana səfəri zamanı imzalanacaq.

Bu barədə “Azadlıq” radiosunun rus redaksiyasına diplomatik mənbələrdən bildirilib.

Dəyişikliklərə əsasən, Rusiya hərbi bazalarının Ermənistan ərazisində qalma müddəti 1995-ci ildən hesablanmaqla əvvəldən nəzərdə tutulmuş 25 ildən 49 ilədək uzadılacaq.

Dəyişiklikdə nəzərdə tutulan digər mühüm məqam isə ondan ibarətdir ki, Rusiya hərbi bazası Ermənistan ərazisində olduğu müddətdə Kremlin maraqlarını həyata keçirməklə yanaşı, Ermənistan Silahlı Qüvvələri ilə birlikdə bu ölkənin də təhlükəsizliyini təmin etməyi üzərinə götürəcək.

Bu məqsədlə Rusiya tərəfi Ermənistanın müasir və uyğun hərbi (xüsusi) texnika və silahlarla təchiz edilməsinə də yardım göstərəcək.

Qeyd edək ki, D. Medvedevin Yerevana avqustun 19-da səfər edəcəyi bildirilir. Avqustun 20-22-də isə Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkə başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.

 * * *

Bax həmçinin:

Ermənistanın müdafiə naziri 8 zabiti ordudan qovub 

-07.08.2010-

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əmri ilə 8 zabit ordudakı son hadisələrlə əlaqədar hərbi xidmətdən kənarlaşdırılıb.

“Novosti-Armeniya” agentliyinin verdiyi məlumata görə, Müdafiə Nazirliyinin avqustun 6-da keçirilən növbədənkənar kollegiya iclasında nazirin əmrləri açıqlanıb. Bu əmrlərə əsasən 8 zabit vəzifələrindən azad olunub, bəzi zabitlərin vəzifələri və rütbələri endirilib, bəzi hərbçilər haqqında da müxtəlif intizam tədbirləri görülüb.

Kollegiyanı açan S. Ohanyan ordudakı insidentlərin cəmiyyətdə böyük əks-səda doğurduğunu deyib. O, Müdafiə Nazirliyinin zabit heyətinə baş verənləri diqqətlə təhlil etməyi və bu cür halların təkrarlanmaması, eləcə də orduda intizamın möhkəmləndirilməsi üçün lazımi addımları atmağı tapşırıb.

Nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin bütün şəxsi heyəti öz xidməti vəzifələrini yerinə yetirərək ölkənin etibarlı müdafiəsini təmin etsə də, bəzi hərbi hissə komandirlərinin vicdansızlığı bədbəxt hadisələrin baş verməsinə səbəb olub. Onun sözlərinə görə, zorakılığa və digər qeyri-mənəvi hərəkətlərə meylli zabitlər var.

İclas zamanı hərbi polisin müşayiəti ilə ağır cinayətlərdə ittiham olunan hərbçilər zala gətirilib.

 * * *

Ermənistan ordusunun hərbi hissəsində atışma baş verib, ölənlər var 

-29.07.2010-

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində insident baş verib. “Novosti-Armeniya” agentliyinin verdiyi məlumata görə, odlu silahın tətbiq edildiyi insident nəticəsində ölənlər var.

Nazirliyin rəsmi açıqlamasında deyilir: “Hadisə iyulun 28-də N saylı hərbi hissədə baş verib. Fakt üzrə cinayət işi qaldırılıb, istintaq aparılır. Silahlı Qüvvələrin rəhbərliyi ölənlərin yaxınları və qohumlarına dərin hüznlə başsağlığı verir və bildirir ki, müvafiq qurumlara insidentin bütün təfərrüatlarını aydınlaşdırmaq tapşırılıb”.

Hərbi hissədəki atışma zamanı 6 nəfərin öldüyü açıqlanıb.

 

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009