ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkilir

Sənədli filmdə şəhidin yaxınlarının, döyüş yoldaşlarının fikirləri əksini tapıb


-28.07.2010-

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatı və döyüş yoluna həsr olunmuş sənədli filmin çəkilişlərinə başlanıb.

Filmin ssenari müəllifi Büllur Cavadqızı, rejissoru Etibar Məmmədov, baş məsləhətçisi isə millət vəkili Qənirə Paşayevadır.

Sənədli filmdə Mübariz İbrahimovun valideynləri, komandirləri, döyüş yoldaşları, Milli Qəhrəmanı yaxından tanıyan insanların fikirləri öz əksini tapıb.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva və çəkiliş qrupu Biləsuvar rayonunda olaraq milli qəhrəmanın ailə üzvləri, yaxınları ilə görüşüblər və çəkilişlər aparılıb.

Sentyabr ayının əvvəlində sənədli filmin təqdimat mərasimi keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi müstəsna xidmətinə və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

* * *

Bax həmçinin:

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI M.A.İBRAHİMOVUN
XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 22 iyul 2010-cu il.

 * * *

M.A.İBRAHİMOVA “AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI”
ADININ VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 22 iyul 2010-cu il.

 

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009