ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Hillari Klinton Bakıda Qarabağdan və demokratiyadan danışdı

“Azərbaycana demokratik, suveren dövlət qurmaqda kömək göstərməyə hazırıq”


-04.07.2010-

ABŞ dövlət katibi Hillari Klinton iyulun 4-də Azərbaycanda rəsmi səfərdə olub.

ABŞ dövlət katibi prezident İlham Əliyevlə, xarici işləq naziri Elmar Məmmədyarovla görüşlər keçirib.

Görüşlərdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunub.

ABŞ dövlət katibi Azərbaycanın iqtidar və müxalifətyönlü gənclər təşkilatlarının təmsilçiləri ilə də görüşüb.

Xanım Klinton Bakıdan sonra Yerevana gedib.

* * *

ABŞ dövlət katibi: “Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb” 

 “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdir. Biz hesab edirik ki, problem güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri əsasında həll olunmalıdır”. 

APA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.  

Problemin həllini tapacağına ümid etdiyini qeyd edən dövlət katibi son addımların, adətən prosesin ən çətin mərhələsi olduğunu söyləyib: “Ancaq biz hesab edirik ki, bu addım hər iki tərəf üçün faydalı olardı. Hər iki xalq sülh və təhlükəsizlik şəraitində yaşamalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli regionun çiçəklənməsinə və sabitliyə xidmət edəcək”.  

H. Klinton münaqişənin həlli prosesində tərəqqi olduğunu diqqətə çatdırıb, artıq problemin həllinin vaxtının çatdığını vurğulayıb: “Prezidentlərin Sankt-Peterbuqda keçirilmiş son görüşünü yüksək qiymətləndiririk. Hesab edirik ki, münaqişənin həlinin vaxtı çatıb. Öz növbəsində, ABŞ bu prosesə hər cür dəstək verməyə hazırdır. Biz problem üzərində işi davam etdiririk. Lakin insanlardan, onların qərar qəbul etmək istəyi və bacarığından çox şey asılıdır”.  

H. Klinton münaqişənin həlli istiqamətində ötən il çox böyük aktivliyin qeydə alındığını da diqqətə çatdırıb: “Lakin prosesdə ciddi sıçrayış olmadı. Biz isə bu sıçrayışı görmək istərdik”.

* * *

Hillari Klinton: “ABŞ və Azərbaycan arasında dərin, vacib və möhkəm münasibətlər mövcuddur”

 “ABŞ və Azərbaycan arasında dərin, vacib və möhkəm münasibətlər mövcuddur”. APA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Azərbaycana səfirinin yekunları ilə bağlı xarici işlər Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib. 

O qeyd edib ki, iki ölkə arasında münasibətlər ticarət, təhsil və digər sahələrini əhatə edir, Azərbaycan və ABŞ hərbçiləri Kosovo, İraq və Əfqanıstanda çiyin-çiyinə xidmət aparırlar: “Biz münasibətləri daha da dərinləşdirməyi düşünürük. Mən Azərbaycanı böyük potensiala malik ölkə kimi görürəm”.  

H. Klinton Azərbaycanın demokratiya sahəsində tərəqqi əldə etdiyini, lakin digər yeni müstəqil dövlətlərdə olduğu kimi, Azərbaycanda da bu sahədə problemlərin olduğunu diqqətə çatdırıb. Dövlət katibi qarşıdan gələn parlament seçkilərində ölkəsinin Azərbaycana dəstək verəcəyini və əməkdaşlıq edəcəyini deyib.  

H. Klinton Azərbaycanın enerji və iqtisadi sahədə islahatlara nail olduğunu, ölkədə biznes mühitinin yaxşılaşdırıldığını da vurğulayıb.  

O, Azərbaycan hökuməti və QHT-lərlə bəzi sahələrdə əməkdaşlığa dair dialoqu davam etdirdiklərini bildirib: “Bu mənim Azərbaycan ilk səfərimdir, ancaq sonuncu olduğunu deyə bilmərəm. Biz dialoqu davam etdirmək niyyətindəyik”.  

“907-ci düzəiliş”in ləğvinin mümkünlüyü barədə sualın cavabında H. Klinton Obama Administrasiyasının da əvvəlki hökumətlər kimi bunu istədiyini, lakin son qərarı Konqresin verdiyini diqqətə çatdırıb.  

Öz növbəsində, Azərbaycanın demokratiya yolunda tərəqqiyə nail olduğunu qeyd edən E. Məmmədyarov rəsmi Bakının sabitlik, islahatlar və inkişaf istiqamətində mühüm addımlar atdığını söyləyib.  

E. Məmmədyarov ABŞ-ın beynəlxalq arenada vacib roluna diqqət çəkib: “ABŞ dünyanın təhlükəsizliyində çox vacib rol oynayır. ABŞ – qlobal güc, bütün dünyada sülh və sabitliyin təminatçısıdır”.

* * *

Hillari Klinton: “Azərbaycana və onun vətəndaşlarına çiçəklənən, demokratik, müstəqil və suveren dövlət qurmaqda köməklik göstərməyə hazırıq” 

Azərbaycanda rəsmi səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton Azərbaycanın gənclər təşkilatlarının təmsilçiləri ilə görüşüb. 

APA-nın məlumatına görə, görüşün ilk 10 dəqiqəsi jurnalistlər üçün açıq olub. H. Klinton tədbirdə çıxış edib, gənclərin suallarını cavablandırıb.  

Xanım Klinton bildirib ki, ölkəsi Azərbaycana və onun vətəndaşlarına çiçəklənən, demokratik, müstəqil və suveren dövlət qurmaqda köməklik göstərməyə hazırdır: “Azərbaycanın potensialı ilə bağlı mən çox optimistəm. Azərbaycan qeyri-adi tarixə və zəngin resurslara malik strateji bir ölkədir, bu isə inkişafa imkan verir”. 

Dövlət katibi qeyd edib ki, onun vəzifəsi demokratiya, azadlıq və gəncliyin aktivliyinə yardım etməkdir: “Texnologiyalar dəyişir, ancaq ABŞ-da hesab edirlər ki, ifadə azadlığı dəyişməməli və təmin olunmalıdır”. 

H. Klinton Azərbaycanın bu dəyərlər istiqamətində ciddi tərəqqiyə nail olduğunu, lakin hələ görülməli çox iş qaldığını bildirib: “O cümlədən həbsdə olan iki bolqgerlə bağlı məsələ də bura daxildir. Bu gün keçirilən görüşlərdə bu məsələ də qaldırıldı”. 

“Demokratiya təkcə azad seçkilər deyil, həm də KİV azadlığı, hüquqi orqanların azadlığı və s.-dır. Müasir şərtlərdə KİV dialoqun inkişafına yardım edə bilər. ABŞ bu məsələdə də hər cür köməklik göstərməyə hazırdır”, - deyə dövlət katibi vurğulayıb.  

Qeyd edək ki, görüşdə “İrəli”, “Dalğa”, ANTV, “Gənclər klubu” və s. gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009