ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ cəbhəsində növbəti atışma baş verib

Ermənilər 4 hərbçi, Azərbaycan tərəfi isə bir əsgər itki verib


-20.06.2010-

İyunun 18-dən 19-na keçən gecə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma olub.

Ermənistan mətbuatının məlumatına görə, iyunun 18-də saat 23.30 radələrində Tərtərin Çaylı kəndi istiqamətində baş verən atışmada erməni tərəfi ciddi itki verib. Atışmanın 5 saatadək sürdüyü bildirilir.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, atışma zamanı 4 erməni hərbçi öldürülüb, 4-ü isə yaralanıb.

Azərbaycan tərəfi də döyüşdə bir nəfər itki verib. Bu, Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Mübariz Ağakərim oğlu İbrahimovdur.  

* * *

Azərbaycanın Müdafiə Nazirliyi: Erməni tərəf daha çox itki verib  

Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun açıqlamasında bildirilir:

“Həqiqətən, həmin istiqamətdə gecə saat 12 radələrində atışma baş verib və döyüş xeyli davam edib. Ümumiyyətlə, bu cür atışmalar son zamanlar tez-tez olur. Bu dəfə də erməni silahlı birləşmələri ağır itki verərək geri çəkiliblər. Lakin diqqəti cəlb edən məqam ondan ibarətdir ki, düşmən ilk dəfə olaraq döyüş zamanı öz məğlubiyyətini açıq şəkildə etiraf etməli olub. Çox maraqlıdır, adətən, ermənilər itkilərini gizlətməyə çalışırlar. Fikrimizcə, burada səbəblər axtarmağa ehtiyac duyulmur”.

E. Sabiroğlu deyib ki, əhali içərisində Ermənistan hakimiyyətinə, ordu rəhbərliyinə qarşı kök salan kəskin narazılıq və qəzəb hissi onları möhkəm qorxu içərisində saxlayır: “Görünür, ona görə də bu yolu seçiblər. Verdikləri itkinin sayını yenə azaldıblar. Bizdə olan dəqiq məlumata görə onlar etiraf etdiklərindən daha çox itki veriblər. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan, yeniləşmiş Madrid prinsiplərindən qaçmaq üçün Ermənistan atəşkəs rejimini pozmaqla özü-özünü tələyə saldı ki, bu da yalnız və yalnız onların növbəti təxribatı kimi qiymətləndirilməlidir. Ancaq bu yol deyil.

Təcavüzkar Ermənistan birdəfəlik başa düşməlidir ki, işğal etdikləri ərazilərdən dinc şəkildə geri çəkilməsə və yaxud hər-hansı bu səpgili təxribatlara əl atsa, daha ağır zərbələr ala bilər. Azərbaycan Silahlı Qüvvələrinin buna kifayət qədər imkanı var”.

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009