ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ tarixinin elektron salnaməsi hazırlanır

Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir


-07.06.2010-

Dağlıq Qarabağ münaqişəsinə dünyada obyektiv münasibətin təmin olunması bu problemin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mühüm şərtlərindəndir. Bu baxımdan münaqişə ilə bağlı həqiqətlərin, Qarabağın ən qədim zamandan əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən tarixi xronikanın dünyaya çatdırılması böyük önəm kəsb edir.

İndiyədək bu istiqamətdə xeyli iş görülsə də, nəticə hələlik arzuolunan səviyyədə deyil. Məhz buna görə ölkə rəhbərliyi bu məsələnin həm dövlət, həm də qeyri-dövlət qurumlarının ümdə işi kimi daima vurğulayır.

Prezident İlham Əliyev bu barədə demişdir: “Biz Qarabağ haqqında tarixi həqiqətləri dünyaya çatdırmalı, bu sahədə daha ciddi işlər görməliyik. Bunun üçün yeni imkanlar mövcuddur. Bu işləri internet vasitəsilə daha da fəal şəkildə görmək lazımdır”.

“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi bu zərurəti nəzərə alaraq “Qarabağ tarixinin salnaməsi – elektron xronoqraf” layihəsini həyata keçirməyə başlayıb.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşən layihə Qarabağın tarixinin bütün mərhələlərini, Qarabağ münaqişəsi və münaqişə ətrafında sülh prosesinin tam xronikasını əhatə edən elektron salnamənin (xronoqraf) yaradılmasını nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, Azərbaycanın internet məkanında Qarabağ haqqında xeyli sayt, elektron resurslar mövcud olsa da, indiyədək Qarabağın tarixinin dolğun və tam əhatəli xronologiyası hazırlanmayıb. Halbuki bu sahədə çoxlu kitablar, məqalələr və s. mövcuddur ki, onların əsasında Qarabağın tarixinin zəngin elektron xronoqrafını tərtib etmək mümkündür.

“Qarabağ tarixinin elektron salnaməsi” tarixi faktların xronoloji təqdimatı ilə məhdudlaşmayacaq, mövzular müvafiq mənbələrə, sənədlərə, resurslara istinad və keçidlərlə, illüstrasiyalarla müşayiət olunacaq.

Elektron xronoqraf Effektiv Təşəbbüslər Mərkəzinin www.azerbaycanli.org saytında ayrıca veb-səhifə olaraq (http://azerbaycanli.org/az/page610.html) yerləşdiriləcək.

Bundan əlavə, Qarabağ tarixinin elektron salnaməsi internet məkanda müxtəlif elektron mənbələrdə yerləşdiriləcək və hər kəs bu resursdan təmənnasız yararlana biləcəklər.

Dörd ay müddətinə nəzərdə tutulan layihə iyul ayında yekunlaşacaq.

 * * *

►Bax həmçinin: 

http://www.525.az/view.php?lang=az&menu=8&id=17351

http://medeniyyet.az/site/?name=content&content=5669

 

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009