ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Novruz Məmmədov: “Qərb Türkiyə və Azərbaycana təzyiq göstərir”

“Azərbaycan Madrid prinsiplərini qəbul edəndən sonra Ermənistan mövqeyini dəyişdi”


-15.03.2010-

“Qondarma “erməni soyqırımı” ilə bağlı qərb ölkələrində atılan addımların hamısında həm Türkiyə, həm də Azərbaycana qarşı güclü təzyiq görürəm”.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. Novruz Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi sədrinin iclası uzada-uzada, qarşısına məqsəd qoyaraq az qala konqresmenləri məcburən səsverməyə çağırdığını, onları əvvəlcədən təlimatlandırdığını bildirib:

“Analoji addım İsveç parlamentində də atıldı: burada da bir səs fərqi ilə, 131 lehinə, 130 əleyhinə olmaqla qərar qəbul olundu. Amma belə addımlar atmaq lazım deyil. Prosesləri bu qədər qərbin maraqları çərçivəsində siyasiləşdirməyə ehtiyac yoxdur. Buna heç bir bəraət ola bilməz. Bütün bunlar Azərbaycan və Türkiyəyə təzyiq vasitəsidir. Qəsbkar və işğalçı olan Ermənistanın bu qədər müdafiə və himayə olunması necə izah edilməlidir?

Bütün bunların hamısı bugünkü beynəlxalq münasibətlərdə bir ədalət böhranının total xarakter aldığını göstərir. Amma belə hallarla Azərbaycan və Türkiyənin iradəsini sındırmaq mümkün deyil. Azərbaycanla Türkiyə sıradan dövlətlər deyil. Bu dövlətlərin ən mühüm xüsusiyyətləri odur ki, dost və qardaşdırlar, xalqlarla rəhbərlərin birliyi möhkəmdir”.

N. Məmmədov bildirib ki, qondarma “erməni soyqırımı” təbliğatının qarşısının alınması üçün Azərbaycan və türk diasporu birgə fəaliyyət göstərir.

Şöbə müdiri vurğulayıb ki, Qarabağ münaqişəsi nizamlansa, Cənubi Qafqazda başqa hərəkətlərə ehtiyac qalmaz:

“Mən başa düşə bilmirəm ki, qərbdə siyasətçilər bu qədərmi primitiv düşünə bilirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həll olunarsa, onların başqa addım atmağa, gizli danışıqlar aparmağa, tələb olmadan belə 6 nazirin gəlib Edvard Nalbandyanın arxasında dayanmağa, protokolların imzalanmağına, uydurma “erməni soyqırımı”nın gündəmə gətirilməsinə ehtiyac qalmazdı. Bunu siyasətçi olmayanlar da başa düşür. Buna baxmayaraq, qərb səhv mövqeyini bizə qəbul etdirmək istəyir”.

ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin İrəvanda səsləndirdiyi “Azərbaycan müharibə bəyanatları verməməlidir, hərbi büdcəsini azaltmalıdır” kimi fikirlərinə münasibət bildirən N. Məmmədov belə bəyanatların çox səsləndiyini qeyd edib:

“Elə vaxt olur ki, prezidentlər arasında keçirilmiş görüşlərdə nəticə əldə olunmasa da, səhəri gün həmin xüsusi nümayəndə “vəziyyətin çox yaxşı olması, münaqişənin tezliklə həll olunacağı” barədə bəyanat verib. Burada da məqsədlər başa düşülür. Bu bəyanatlar əsas etibarı ilə dünya ictimaiyyətini çaşdırmaq, Azərbaycana qarşı istədikləri fikri formalaşdırmaq üçündür. Onlar burada bir, Ermənistanda isə başqa fikirlər deyirlər. Bizim öz torpaqlarımızı azad etmək hüququmuz var. Kim nə deyir desin, heç kim bu hüququ bizdən almayıb və ala bilməyəcək. Bu hüquq həm “de-fakto”, həm də “de-yure” dünya tərəfindən tanınan hüquqdur”.

 * * *

Bax həmçinin:

Novruz Məmmədov: “Azərbaycan Madrid prinsiplərini qəbul edəndən sonra Ermənistan mövqeyini dəyişdi” 

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Madrid prinsiplərini Azərbaycan təklif etməyib, bu Azərbaycanın formalaşdırdığı, təklif etdiyi mövqe deyil. Bu təkliflərİ Qərb formalaşdırıb, onlar həmsədrlər tərəfindən hazırlanıb”.

APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

N. Məmmədov bildirib ki, ilk vaxtlarda Madrid prinsipləri Azərbaycanı qane etməyib: “Ona görə də, Azərbaycanın müəyyən təklifləri bu sənədə əlavə olundu. İl yarım müzakirələr aparıldıqdan sonra prinsip etibarı ilə Madrid prinsiplərini qəbul etdik. O zaman Ermənistan tərəfi Madrid prinsiplərini bəyənmişdi. Amma çox qəribə situasiya formalaşıb. Azərbaycan Madrid prinsiplərini qəbul edəndən sonra Ermənistan mövqeyini dəyişdirdi.

Burada Qərbin mövqeyindən təəccüblənirəm. Onlar dəyişkən mövqeyinə görə Ermənistana niyə təzyiq etmirlər? Əslində, yaranmış vəziyyətin səbəbi odur ki, Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutaraq bu məsələyə son qoymaq niyyətində deyil. Onlar başa düşməlidirlər ki, münaqişənin məhz indi ədalətli həlli ən çox Ermənistana lazımdır. Ermənistan bilməlidir ki, bu dünyada mütləq heç nə yoxdur. Buna görə də, onlar gələcək talelərini düşünməlidir və özlərinin gələcək faciələrinin qarşısını almalıdır. Ermənistan üçün ən düzgün yol konstruktiv mövqe tutub, münaqişənin həllinə təminat verməkdir”.

N. Məmmədov bildirib ki, həmsədrlərin Ermənistanın xarici işlər naziri ilə görüşündən sonra onların bölgəyə səfər edəcəkləri ehtimal olunur: “Həmsədrlər prezidentlərin Soçi görüşündən keçən müddət ərzində hansı irəliləyişin olması, vəziyyətin nədən ibarət olması haqqında vəziyyəti prezidentlərə məruzə etmək üçün regiona səfər edə bilərlər”.

 

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009