ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Sorğu

Qarabağın tarixi həqiqətlərini dünyaya çatdıra bilirikmi?
Hələ çox iş görülməlidir
Xeyr
Bəli
Qarabağ məsələsi təbliğatla həll olunası deyil
Digər sorğular

Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



ABŞ Dövət Departamentinin hesabatı narazılıq doğurub

Azay Quliyev: “Burada Azərbaycana açıq-aşkar təzyiq elementi var”

-12.03.2010-

Amerika Dövlət Departamenti 2009-cu il üçün dünyada insan haqlarının vəziyyətinə dair hesabatını yayıb. Hesabatda Azərbaycanda demokratiya və insan haqları sahəsində vaziyyətlə bağlı bir sıra tənqidlər yer alıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Azadlıq” radiosuna açıqlamasında ABŞ Dövlət Departamenti 2009-cu il üçün Azərbaycanda İnsan Haqlarının vəziyyətinə dair yaydığı hesabatı sərt tənqid edib.

O, hesabatla razılaşmadığını bildirib. Onun sözlərinə görə, Dövlət Departamaneti son illər ardı-arası kəsilmədən Azərbaycanla bağlı qeyri-dəqiq məlumatlar verir, öz hesabatlarında çox ziddiyyətli məlumatlardan istifadə edir:

“Bir neçə gün bundan əvvəl də belə bir məlumat vermişdi ki, Azərbaycanda tələbələrin 30 faizə yaxını narkomandır. Bu adi riyazi hesablamalara belə uyğun olmayan rəqəmdir.

Konkret 2008-ci ilin prezident seçkiləri haqqında deyilənlər də başdan-ayağa yanlış fikirdir. Hamı bilir ki, 2008-ci ildə hazırkı prezident cənab İlham Əliyev çox böyük üstünlüklə demokratik bir seçkidə qalib gəlib.

O ki qaldı, referenduma, mən bilmirəm, referendum nə vaxtdan insanlara hakimiyyəti dəyişməyə şərait yaradıb. 2009-cu ilin referendumunda da söhbət hakimiyyətin dəyişməsindən, kiminsə hakimiyyətə gətirilməsindən getmirdi. Orada yalnız Konstitusiyaya vacib dəyişikliklər oldu, xalq da bunu müdafiə etdi”.

Həbsxanalarda vəziyyətə gəldikdə, Azay Quliyev hesab edir ki, bu sahədə qeyd edilənlər də vəziyyətə adekvat deyil:

“Həbsxanada kimsə dünyasını dəyişibsə, bu normal həyatda da ola bilər. Ola bilər tibbi xidmətdə müəyyən çətinliklər olmuşdu, amma bu hər hansı şəxsə qarşı işgəncə xarakteri daşımamışdı. Dünyanın hansı ölkəsində həbsxanada ölüm halı olmur ki? Bizdə də təəssüf ki, bir neçə fakt olub. Amma bunu bütövlükdə ölkədə məhbusların hüquqlarının pozulması ilə bağlamaq yumşaq desək, ədalətsizlikdir.

Niyə Dövlət Departamenti diqqət yetirmir ki, Azərbaycan məhz penitensiar xidmətə ictimai nəzarət modeli baxımından xüsusilə Avropa məkanında tanınmış təcrübəyə malikdir? Niyə qeyd etmir ki, məhz Azərbaycan hökumətinin, Ədliyyə Nazirliyinin birbaşa təşəbbüsü ilə bu gün penitensiar xidmətə tanınmış hüquq müdafiəçilərindən ibarət ictimai nəzarət komitəsi fəaliyyət göstərir?”.

Millət vəkilinin fikrincə, 2010-cu ilin seçkiləri ərəfəsində belə bəyanatların səsələndirilməsi xoş niyyət daşımır: “Mən düşünürəm ki, burada Azərbaycana açıq-aşkar təzyiq elementi var. Və mən buna çox üzülürəm. Bu gün ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı barədə qətnamənin gündəliyə çıxarılması nə xarakter daşıyırsa, Azərbaycanla bağlı bu cür yanlış məlumatların verilməsi, olmayan məsələlərin dilə gətirilməsi də həmin xarakteri özündə ehtiva edir.

Şübhəsiz ki, bu cür hesabatlarla, bu cür basqılarla həm Azərbaycandan, həm də Türkiyədən müəyyən güzəştlərə nail olmaq istəyirlər. Amma hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir. Azərbaycanın əsas prioritet fəaliyyəti onun milli maraqlarının qorunması, Dağlıq Qarabağ məsələsində az da olsa, güzəştə yol verilməməsi, ərazi bütövlüyümüzün bərpa olunmasına yönəlmiş bir siyasətdir. Kimsə düşünürsə, bu istiqamətdə hansısa təzyiqlərlə nəyəsə nail olmaq olar, bu düzgün yol deyil. Kimsə demokratiya və ədalət axtarışındadırsa, qoy, Ermənistanı işğalçı dövlət kimi ifşa etsin, Azərbaycanın ərazilərinin boşaldılmasında konkret və səmimi bir mövqe nümayiş etdirsin”.

Azay Quliyev təəssüfləndiyini bildirib ki Azərbaycanın strateji müttəfiqimiz olan ABŞ-ın bu sahədə son illlrədəki siyasəti həm ABŞ-ın milli marağına, həm də Azərbaycanla dostluğun və əməkdaşlığın ümumi ruhuna uyğun gəlmir.

qhtxeber.az

 * * *

Bax həmçinin:

► Amerika Dövlət Departamenti Azərbaycanda insan haqlarının durumunu kəskin tənqid etdi

Baku

World time




 "Azərbaycan tarixi günbəgün"
  kitab-təqvimi təqdim edirik

             
Yüklə

 

  

Xəbərlər

İşğala son qoyulmayınca ermənilərlə heç bir əlaqədən söhbət gedə bilməz [2010-09-08]

Qarabağın azərbaycanlı icmasının nümayəndələri Avropa Birliyinin təmsilçisi ilə görüşüblər


ətraflı

Rusiya prezidenti Bakı və Yerevanı sülh danışıqlarını sürətləndirməyə çağırıb [2010-09-03]

Medvedevin sözlərinə görə, Rusiyanın Ermənistandakı bazasının Azərbaycana heç bir təhlükəsi yoxdur


ətraflı

Qubadlı rayonunun işğalından 17 il ötdü [2010-08-31]
Rayonun 93 kəndi və Qubadlı şəhəri erməni silahlı qüvvələri tərəfindən talan edilib
ətraflı

Rusiya Azərbaycanı özünə mühüm tərəfdaş hesab edir [2010-08-28]

Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı jurnalistlərə müsahibə verib


ətraflı

Böyük qəhrəmanlıq haqqında yığcam teletarixçə [2010-08-27]

ətraflı

Cəbrayıl və Füzuli rayonlarının işğalından 17 il ötdü [2010-08-23]

ətraflı

“Qarabağ saqası. Pyotrdan Pavelə qədər” [2010-08-21]

Moskvada azərbaycanlı alim Emin Məmmədlinin kitabı çapdan çıxıb


ətraflı

Ermənistandakı Rusiya bazasının müddəti 2044-cü ilədək uzadıldı [2010-08-20]

ətraflı

Rusiya Ermənistanın təhlükəsizliyinin təminatını üzərinə götürür [2010-08-14]

Ermənistandakı Rusiya hərbi bazasının fəaliyyət müddəti 49 ilədək uzadılacaq


ətraflı

Türkiyənin 18 il öncə Ermənistana səfir göndərmək istədiyi diplomat [2010-08-05]

“Qarabağın işğalını öz torpağımızın işğalı kimi qəbul edirik”

 


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009