ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Sorğu

Qarabağın tarixi həqiqətlərini dünyaya çatdıra bilirikmi?
Hələ çox iş görülməlidir
Xeyr
Bəli
Qarabağ məsələsi təbliğatla həll olunası deyil
Digər sorğular

Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



QHT-lər “erməni qətnaməsi”nə niyə zəif reaksiya verdilər?

Azay Quliyev: "Hamı bilməlidir ki, Türkiyə və Azərbaycan bir yerdədir”

-10.03.2010-

Amerika Konqresinin Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin uydurma “erməni soqyrımı” ilə bağlı qəbul etdiyi qərar beynəlxalq səviyyədə böyük ajiotaja səbəb oldu.

Narazılıq təkcə Türkiyədə deyil, ABŞ-ın özündə, Azərbaycanda, həmçinin Ankara ilə əməkdaşlıq edən digər Qərb dövlətlərində də özünü göstərdi. Hadisə ilə bağlı prezident İlham Əliyev türkiyəli həmkarı Abdullah Gülə zəng etdi.

Azərbaycanın dövlət başçısı Xarici Əlaqələr Komitəsində qəbul edilən qərarla bağlı öz etirazını ifadə edərək, onu qəti şəkildə pislədi. Ölkə başçısı bildirdi ki, Azərbaycan həmişə olduğu kimi Türkiyənin yanındadır və Türkiyəyə tam dəstək verməkdə davam edəcək.

Azərbaycanın Milli Məclisi də məsələyə ciddi etiraz bildirdi. Qanunverici orqan etiraz müraciəti də qəbul etdi. Uydurma soyqırımı layihəsinə toxunan parlamentin spikeri Oqtay Əsədov bu qərarın ədalətsiz olduğunu və Cənubi Qafqazda gedən proseslərə mənfi təsir göstərəcəyini vurğuladı. 

Lakin bütün bunlara baxmayaraq, Azərbaycandan səslənən etirazlar arasında III sektorun, QHT təmsilçilərinin təpgisi istənilən səviyyədə olmadı. Bu arada mətbuatda diaspor təşkilatlarının da fəaliyyətinin arzuolunan səviyyədə qurulmadığı haqda da fikirlər səsləndi.

Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin fikirlərini öyrəndik. Xatırladaq ki, bədnam qərar qəbul olunan ərəfədə Azay Quliyev təhsil proqramı ilə əlaqədar ABŞ-da səfərdə idi.

Millət vəkili bizimlə söhbətində bildirdi ki, bu məsələ sıravi amerikalı üçün o qədər də maraqlı deyil və elə bu səbəbdən Amerika gündəminə daxil olmadı. “Dəqiq desək bu məsələdən siyasətçilər daha çox yararlanmağa çalışdılar. Martın 4-də qəbul olunmuş bu qətnamə daha çox şou xarakter daşıyırdı. Zənnimcə bu şounun konkret nəticəsi olmayacaq”, - deyən Azay Quliyevin qənaətinə görə, bunu şərtləndirən iki səbəb var. Birincisi, ABŞ Türkiyə kimi ciddi müttəfiqini narazı salmayacağından doğan əminlikdir. İkincisi isə Türkiyənin özünə qarşı belə ədalətsiz qərar çıxarılacaq qədər aciz durumda olmamasıdır. Həmsöhbətimiz əmindir ki, Nümayəndələr Palatasının bir qrup üzvünün ortaya atdığı bu sənədin hüquqi məcraya yönəlməyəcək".

QHT təmsilçilərinin gözlənilən aktivliyi nümayiş etdirməməsi məsələsinə gəldikdə isə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri QHT təmsilçilərinin, rəhbərlərinin bu hadisəyə arzuolunan səviyyədə münasibət bildirməmələrini çox təəccüblü və təəssüf doğuran hal kimi qiymətləndirdi.

“Düzdür ayrı-ayrı QHT-lər reaksiya veriblər. Amma hesab edirəm ki, bu çox aşağı səviyyədədir. Çünki QHT əsasən ictimaiyyətin fikrini bildirirlər. Burada QHT-lərin qarşısını ala biləcək hər hansı sədd yoxdur”, - deyən Azay Quliyev bu fikirlərini iki məqamla arqumentləşdirir.

Birincisi, Nümayəndələr Palaatasının haqsız və ədalətsiz, xüsusilə əsassız qərar qəbul etdiyinə görə bu məsələyə ciddi reaksiya verilməlisinin vacibliyidir. Haqsızlığa hamı etirazını bildirməlidir. İkincisi, Azərbaycan Respublikasının Prezidentinin ortaya qoyduğu açıq və sərt mövqeyi rol oynayır.

“Cənab İlham Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti ilə telefon danışığında Azərbaycanın Türkiyəyə dəstək verdiyini açıq bildirdi. Belə bir reaksiya ən yüksək səviyyədə dövlətimizin siyasi dəstəyinin ortaya qoyulması idi. Bu çox önəmli və vacib məsələ idi. Hamı bilməlidir ki, Türkiyə və Azərbaycan bir yerdədilər, bu iki dövlətə qarşı aparılan çirkin oyun hər zaman birgə dəf olunacaq”, - deyən həmsöhbətimiz hesab edir ki, bu mənada ictimaiyyətin etirazı daha yüksək olmalıdır. Hələ də gec deyil. Bu proses intensivləşməlidir. 23 konqresmenin 22 konqresmenə üstün gəlməsi hələ hər şeyin həll olunması demək deyil.

Azay Quliyev diaspor təşkilatlarının fəaliyyətinə də toxunaraq bildirdi ki, bu məsələdə diaspor o qədər də təsiredici gücə malik deyil: “Belə fikirlər səslənir ki, guya ki, İsrail lobbisi Türkiyəyə dəstək vermədiyi üçün belə bir nəticə ortaya çıxdı. Məsələni tarixi baxımdan analiz etsək görərik ki, burada həqiqət yükü elə də çox deyil. Belə ki, 2007-ci ildə də səsvemə olmuşdu və qətnamə səsvermədən keçmişdi. O zaman səsvermə 27-23 nisbətində olmuşdu. Həmin dövrdə İrsail- Türkiyə münasibətləri yüksək səviyyədə idi. Bu dəfə səsvermə 23-22 oldu. Belə çıxır ki, 2007-ci ilə nisbətən ermənilər 4 səs uduzublar. Demək bu fikirdə məntiq yoxdur”.

Millət vəkilinin qənaətinə görə bu lobbi, diaspor məsələsi deyil. Burada incə bir siyasət irəli sürülür, Türkiyədən nə isə əldə etməkdən söhbət gedir. Türkiyə regionda aktivləşir, regionun liderinə çevrilir, qonşuları ilə münasibətlərini yüksəldir. “Öz növbəmizdə biz həm ABŞ-la ikili əlaqələrinin genişlənməsində, həm Türkiyə ilə yaxınlığımızın gücləndirlməsində səylərimizi daha da artırmalıyıq. Artıq bu qəbul olunur ki, həm Türkiyə, həm də Azərbaycan öz regionlarının qüdrətli dövlətləridir. Bu iki dövlətin maraqlarına qarşı çıxmaq heç kimə fayda vermir”- bu millət vəkili Azay Quliyevin fikridir. 

qhtxeber.az

Baku

World time




 "Azərbaycan tarixi günbəgün"
  kitab-təqvimi təqdim edirik

             
Yüklə

 

  

Xəbərlər

İşğala son qoyulmayınca ermənilərlə heç bir əlaqədən söhbət gedə bilməz [2010-09-08]

Qarabağın azərbaycanlı icmasının nümayəndələri Avropa Birliyinin təmsilçisi ilə görüşüblər


ətraflı

Rusiya prezidenti Bakı və Yerevanı sülh danışıqlarını sürətləndirməyə çağırıb [2010-09-03]

Medvedevin sözlərinə görə, Rusiyanın Ermənistandakı bazasının Azərbaycana heç bir təhlükəsi yoxdur


ətraflı

Qubadlı rayonunun işğalından 17 il ötdü [2010-08-31]
Rayonun 93 kəndi və Qubadlı şəhəri erməni silahlı qüvvələri tərəfindən talan edilib
ətraflı

Rusiya Azərbaycanı özünə mühüm tərəfdaş hesab edir [2010-08-28]

Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı jurnalistlərə müsahibə verib


ətraflı

Böyük qəhrəmanlıq haqqında yığcam teletarixçə [2010-08-27]

ətraflı

Cəbrayıl və Füzuli rayonlarının işğalından 17 il ötdü [2010-08-23]

ətraflı

“Qarabağ saqası. Pyotrdan Pavelə qədər” [2010-08-21]

Moskvada azərbaycanlı alim Emin Məmmədlinin kitabı çapdan çıxıb


ətraflı

Ermənistandakı Rusiya bazasının müddəti 2044-cü ilədək uzadıldı [2010-08-20]

ətraflı

Rusiya Ermənistanın təhlükəsizliyinin təminatını üzərinə götürür [2010-08-14]

Ermənistandakı Rusiya hərbi bazasının fəaliyyət müddəti 49 ilədək uzadılacaq


ətraflı

Türkiyənin 18 il öncə Ermənistana səfir göndərmək istədiyi diplomat [2010-08-05]

“Qarabağın işğalını öz torpağımızın işğalı kimi qəbul edirik”

 


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009