ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



10 mart – Azərbaycanda Milli Teatr günüdür

1873-cü ilin bu günü M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyası tamaşaya qoyulub

-10.03.2010-

Azərbaycanda Milli Teatrın yaradılmasından 137 il keçir. Mirzə Fətəli Axundovun 10 mart və 17 aprel 1873-cü il tarixdə tamaşaya qoyulmuş "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyaları bu şərəfli vəzifəni ləyaqətlə yerinə yetirdi.

Milli teatrımızın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun misilsiz xidmətləri var. İlk teatr binasını tikdirən də məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub.

Ötən 137 il ərzində də milli teatrın inkişafında fədakarcasına yaşayıb-yaratmış insanların mənalı həyat yolu heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə sənət korifeyləri xatırlanır, onların təcrübəsindən, qoyub getdikləri mənəvi irsdən öyrənilir.

Milli teatrın təşkilində, təşəkkül tapmasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Möhsün Sənani, Fatma Qədiri, Münəvvər Kələntərli, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Mərziyə Davudova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Yusif Vəliyev, Barat Şəkinskaya, Səməndər Rzayev, Leyla Bədirbəyli, Hökumə Qurbanova, Həsənağa Turabov, Nəcibə Məlikova və başqa müqtədir sənətkarların böyük rolu olmuşdur.

Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqün formalaşmasında, maariflənmənin sürətlənməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların əsl carçısına çevrildi. Heydər Əliyev Azərbaycan Milli Teatrının qazandığı böyük nailiyyətlərlə bağlı deyirdi: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır".

Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyimiz qazanıldıqdan sonra öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Milli teatra diqqət və qayğı daha da artırıldı. Aktyor və rejissorların səmərəli, mükəmməl fəaliyyət göstərməsi üçün teatr binalarının təmiri, bərpası başlamış, eləcə də yaradıcı kollektivlərin əməkhaqları dəfələrlə artırılmış, ayrı-ayrı istedadlı, görkəmli sənətkarlara fəxri adlar, mükafatlar, Prezident təqaüdü verilmişdir. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması yolunda dövlət tərəfindən vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilmiş, sənətkarların, dramaturqların, rejissorların yubileyləri qeyd edilmiş və bu gün də bu tədbirlər davam etməkdədir.

Azərbaycan teatrının beynəlxalq əlaqələri də genişlənmişdir. Respublikada fəaliyyət göstərən 27 dövlət teatrının və bu şəbəkəyə daxil olan digər qurumların səmərəli fəaliyyətini təmin etmək məqsədilə dövlət onlara hər cür qayğı göstərir. Əlbəttə, teatrların fəaliyyətini dünya standartlarına uyğun şəkildə təmin etmək üçün zamanın tələblərindən asılı olaraq müxtəlif sərəncamlar imzalanır, proqramlar həyata keçirilir, yeni layihələr hazırlanır.

Prezident İlham Əliyevin 19 fevral 2007-ci il tarixdə imzaladığı "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamda milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Əgər biz həmişə fəxr və fərəhlə deyiriksə, Şərqdə ilk teatr, ilk opera Azərbaycanda yaradılıb, deməli, qazanılmış ənənələri qoruyub inkişaf etdirmək üçün müasir dövrdə hər bir mədəniyyət müəssisəsi dünya standartları səviyyəsində fəaliyyət göstərməlidir. Əgər ötən əsrin əvvəllərində insanları maarifləndirmək naminə heç bir maliyyə təminatı olmayan, əksinə, nadan qüvvələr tərəfindən təzyiqə, təqibə məruz qalan bir dövrdə ağıllı və savadlı insanlar bu zülmətin içində çıxış yolu taparaq teatr yarada bilirdilərsə, indi hər cür şərait və köməyin olduğu zamanda lazımdır ki, dünya arenasına çıxmaq üçün həm də xarici ölkələrdə kadr hazırlığı, müştərək layihələr əsasında həyata keçirilsin.

Dövlət başçısı İlham Əliyev tərəfindən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyanı təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə dövlət proqramı təsdiqlənmişdir. Proqramda mövcud vəziyyətə uyğun olaraq Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsil sisteminin yaxşılaşdırılması məqsədilə onillik müddətinə bir sıra vacib tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Bu proqramın təsdiqində məqsəd ondan ibarətdir ki, teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması üçün bu sahədə islahatlar aparılsın, hər bir teatr binası standartlara uyğun səviyyədə təmin olunsun, onların maddi-texniki bazası möhkəmləndirilsin. Yeni teatr siyasətinin doğru-düzgün həyata keçirilməsi, həm də mədəniyyətin hərtərəfli təbliği ilə bağlıdır. Eləcə də ümumbəşəri və milli-mənəvi dəyərlərin qorunması dünya mədəniyyətinə inteqrasiyanı təmin etməklə əlaqəli şəkildə həyata keçirilərsə, bu, ümumilikdə sənətin inkişafına səbəb olur. Bu baxımdan da həm maliyyə və informasiya resurslarından səmərəli istifadə edilməlidir, həm də hər bir teatrın repertuarı günün tələblərinə uyğun formalaşmalıdır.

Proqramda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi nəticəsində təbii ki, bir sıra nailiyyətlər əldə olunacaqdır. Ən başlıcası isə milli teatr sənəti həm qorunub saxlanılacaq, həm də inkişaf etdiriləcəkdir. Onun şəbəkəsi müasir tələblərə uyğun qurulsa, bu, bir tərəfdən də tamaşaçının teatra olan tələbatının ödənilməsi üçün şərait yaradacaqdır. Qədim teatrı həm də gəncləşdirmək gərəkdir. Bunun üçün istedadlı gənclərin teatra cəlb olunmasına önəm verilməlidir.

Proqramda öz əksini tapan tədbirlərin on il ərzində müntəzəm davam etdirilməsi nəzərdə tutulur. Elə tədbirlər var ki, onlar iki ildən bir həyata keçirilməlidir. Məsələn, müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransların təşkili. İldə bir dəfə də nəzərdə tutulan tədbirlər var.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında həyata vəsiqə alacaq belə tədbirlərdən biri 2011-ci il üçün nəzərdə tutulub: Beynəlxalq Kukla Teatrları Assosiasiyasının iştirakı ilə "Kukla teatrı həftəsi"nin keçirilməsi dövlət proqramına əsasən on il ərzində xarici ölkələrin tanınmış teatr kollektivlərinin Azərbaycana dəvət olunması planlaşdırılıb. Eləcə də paytaxtda tanınmış teatr xadimlərinin iştirakı ilə seminarların təşkil edilməsi bu sahədə müəyyən nailiyyətlərin qazanılmasına səbəb olacaqdır.

Teatr binaları təmir olunur, aktyor və rejissorların, eləcə də digər sənət adamlarının hərtərəfli fəaliyyəti üçün şərait yaradılır. Əlbəttə, teatr binasının təmiri teatr sənətinin təkmilləşməsi deyil. Əsas məsələ repertuarın düzgün qurulmasıdır. Bu səbəbdən də Mədəniyyət və Turizm Nazirliyində müəyyən layihələr hazırlanır, yeni iş prinsipləri qurulur. Teatr sahəsində çalışanların yaradıcılıq baxımından öz işlərini dünya səviyyəsində qurmaları üçün həyata keçirilən hər bir şeyin bünövrəsində yeni təfəkkür dayanmalıdır. Teatrın əvvəlki şöhrətini özünə qaytarmaq üçün nazirlik tərəfindən mədəniyyət ocaqlarının rəhbərlərinə qətiyyətlə tapşırılıb ki, hər bir teatrın yaradıcı kollektivi adıçəkilən quruma öz layihəsini təqdim etsin.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyir: "Biz öz növbəmizdə ən yaxşılarını seçərək maliyyələşdirəcəyik. Daha əvvəlki illərdə olduğu kimi dövlət sifarişi olmayacaq. Çalışacağıq ki, klassik və müasir dramaturqlara, dünya ədəbiyyatının nümunələrinə müraciət olunsun. İndi teatrlar işlərini elə qurmalıdırlar ki, onların təqdim etdiyi tamaşalar dünya standartlarına uyğun gəlsin. Əyalət çərçivəsindən çıxmaq lazımdır".

Ötən il teatr binaları təmir edilərək istifadəyə verildikdən sonra bəzi teatrlar birləşdirildi. Məsələn, kamera, gənclər və gənc tamaşaçılar teatrları. Bu üç yaradıcı kollektivin bir araya gələrək fəaliyət göstərməsi həqiqətən də, uğurlu alındı. Kəmiyyətdən çox keyfiyyət daha önəmlidir. Bu mənada teatrların birləşdirilməsi yenə də davam edəcəkdir. Sayı çox, işi olmayan teatrlar bu gün heç kimə lazım deyil. İndi dünyada başqa tələblər var. Teatr yarandığı gündən cəmiyyətin qabaqcıl, aparıcı qüvvələrindən biri olub.

Adıçəkilən dövlət proqramında təkcə paytaxtda deyil, Naxçıvan Muxtar Respublikasında, həmçinin digər bölgələrdə, o cümlədən qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən dövlət teatrlarına da hər cür zəruri qayğının göstərilməsi nəzərdə tutulub. Əlbəttə, ilk növbədə, bu mədəniyyət ocaqlarında maddi-texniki bazanın möhkəmləndirilməsi ön plana çəkiləcəkdir. Çünki teatr sahəsində tədbirlərin uğurlu keçməsi üçün maddi-texniki bazanın günün tələbləri səviyyəsində qurulması çox vacibdir.

Bədnam erməni qonşularımızın xalqımıza qarşı yeritdiyi ədalətsiz müharibədə təkcə insanlarımız deyil, maddi-mənəvi dəyərlərimiz də terrora məruz qaldı. Neçə-neçə tarixi abidəmiz sıradan çıxarıldı, təmayülü dəyişdirildi. Bir sıra teatrlar öz doğma yurdlarından didərgin düşdü. Məsələn, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam və sairə. İki ildir ki, müxtəlif yerlərdə, ağır şəraitdə tamaşa hazırlayan Füzuli teatrı öz doğma ocağına yaxın əraziyə - Horadizə qayıdıb. Ağdam teatrı Bərdədə fəaliyyət göstərir. İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni bina verilib. Şuşa teatrı Bakıda məskunlaşıb. Yəqin ki, bir gün bu teatrların hamısının bəxtinə gün doğacaq, onlar öz əvvəlki yerlərində fəaliyyətlərini davam etdirəcəklər.

Qəbul edilən proqramların, imzalanan sərəncam və layihələrin həyata keçirilməsində məqsəd budur ki, bütün sahələrdə baş verən güclü inkişaf teatr aləmində də öz əksini tapsın. Mədəniyyət ocaqlarının salonları tamaşaçı sarıdan korluq çəkməsin. Təqdim olunan əsərlər müasir dünyagörüşünü əks etdirsin, sanballı, mükəmməl təsir bağışlasın. Yəni, Azərbaycan teatrı gələcəkdə istənilən tamaşası ilə dünya səhnəsinə çıxa bilsin. Müasir inteqrasiyanın tələbi budur.

Bu il fevralın 22-də Bakıda ilk dəfə olaraq milli teatr festivalının açılışı oldu. On ay müddətində davam edəcək bu mühüm tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festival barədə ətraflı məlumat verdi. O bildirdi ki, festivalın işində 27 teatrın iştirak edəcəyi nəzərədə tutulub. Bu festivalın təşkilində məqsəd teatrlara tamaşaçı marağını artırmaqdır. Festival müddətində tanınmış teatr tənqidçilərinin, aktyor və rejissorların iştirakı ilə "dəyirmi masa" da təşkil olunacaq. Milli teatr festivalının açılış mərasimində xalq yazıçısı Elçinin "Ölüm hökmü" romanı əsasında hazırlanan eyni adlı tamaşası tədbir iştirakçılarına təqdim olundu. Mərasim çərçivəsində Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatr tarixini əks etdirən fotosərgi də nümayiş olundu.

UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun bir sıra konqresinin Bakı şəhərində keçirilməsi də nəzərdə tutulub. Əlbəttə, belə konqresin baş tutması üçün bəşəri əhəmiyyət daşıyan əsərlərin səhnədə təcəssümü vacibdir. Eləcə də onilliyin sonunda Bakıda beynəlxalq festivalın keçirilməsi yeni bir mərhələnin başlanğıcı olacaq. İnanırıq ki, Azərbaycan teatr aləmində həqiqətən, gözlədiyimiz dönüş olacaq. Başlanacaq yeni mərhələnin uğurlu olması üçün isə hər bir icraçının nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində göstərəcəyi qəti mövqedən, məsuliyyətdən, dəstək və qayğıdan çox şey asılıdır.

Flora Xəlilzadə, "Azərbaycan".

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009