ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Sorğu

Qarabağın tarixi həqiqətlərini dünyaya çatdıra bilirikmi?
Hələ çox iş görülməlidir
Xeyr
Bəli
Qarabağ məsələsi təbliğatla həll olunası deyil
Digər sorğular

Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



“Əsrin müqaviləsi”ndə yeni layihəyə start verilib

Yeni “Çıraq Neft Layihəsi” çərçivəsində 360 milyon barel neft hasil olunacaq

-09.03.2010-

Martın 9-da Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə «BP-Azerbaijan» şirkəti arasında «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində yeni Çıraq Neft Layihəsinin (ÇNL) sanksiyasının verilməsinə dair imzalanma mərasimi keçirilib.

«
APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev ölkənin neft-qaz potensialı və tarixindən danışıb.

R.Abdullayev bildirib ki, hazırda Azərbaycanda 14 xarici neft-qaz şirkəti fəaliyyət göstərir və 1994-cü ildən indiyədək xarici şirkətlərlə 20-dən artıq saziş imzalanıb.

ÇNL-dən söz açan ARDNŞ başçısının dediyinə görə, layihə AÇG-də əlavə 360 mln. barel neft hasil etməyə imkan verəcək ki, bu da yeni nəhəng yatağın hasilatına bərabərdir: «Bu layihə çərçivəsində yeni texnologiya və avadanlıqlar tətbiq olunacaq ki, bu da AÇG yataqlar blokundan maksimum hasilatın uzunmüddətli saxlanmasını təmin edəcək».

ARDNŞ prezidenti onu da qeyd edib ki, indiyədək Azərbaycanın neft sektoruna 38 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırılıb. Bu məbləğin 20 mlrd. dollardan artıq hissəsi AÇG layihəsinə sərf olunub.

ÇNL-ə isə 6 mlrd. dolar yönəldiləcək: «Layihə daxili vəsait hesabına icra olunacaq. Xaricdən yalnız avadanlıqlar gətiriləcək. Öz növbəsində 1800-dən artıq yeni iş yeri açılacaq».

«BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir isə qeyd edib ki, 2009-cu ildə AÇG-dən 40 mln. ton  (təxminən 260-270 mln. barrel – red.) neft çıxarılıb.

ÇNL bu həcmi artırmağa imkan verir: «Layihədən ilk hasilat 2013-cü ilin dördüncü rübünə planlaşdırılır. Bu layihə «BP-Azerbaijan» və ARDNŞ tərəfindən birgə hazırlanıb və başqa layihələrdən fərqlənir. Ümid edirəm ki, tərəflər arasında əməkdaşlıq digər layihələrlə davam edəcək».

ÇNL-in rəhbəri İlqar Məmmədov bildirib ki, layihə çərçivəsində suyun 170 metr dərinliyində, «Çıraq» və «Dərinsulu Günəşli» platformaları arasında yeni platforma qurulacaq.

Daha sonra ÇNL-in sanksiyasının verilməsinə dair sənəd imzalanıb. Sənədi R.Abdullayev və R.Cavanşir imzalayıb.

 

Baku

World time




 "Azərbaycan tarixi günbəgün"
  kitab-təqvimi təqdim edirik

             
Yüklə

 

  

Xəbərlər

İşğala son qoyulmayınca ermənilərlə heç bir əlaqədən söhbət gedə bilməz [2010-09-08]

Qarabağın azərbaycanlı icmasının nümayəndələri Avropa Birliyinin təmsilçisi ilə görüşüblər


ətraflı

Rusiya prezidenti Bakı və Yerevanı sülh danışıqlarını sürətləndirməyə çağırıb [2010-09-03]

Medvedevin sözlərinə görə, Rusiyanın Ermənistandakı bazasının Azərbaycana heç bir təhlükəsi yoxdur


ətraflı

Qubadlı rayonunun işğalından 17 il ötdü [2010-08-31]
Rayonun 93 kəndi və Qubadlı şəhəri erməni silahlı qüvvələri tərəfindən talan edilib
ətraflı

Rusiya Azərbaycanı özünə mühüm tərəfdaş hesab edir [2010-08-28]

Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı jurnalistlərə müsahibə verib


ətraflı

Böyük qəhrəmanlıq haqqında yığcam teletarixçə [2010-08-27]

ətraflı

Cəbrayıl və Füzuli rayonlarının işğalından 17 il ötdü [2010-08-23]

ətraflı

“Qarabağ saqası. Pyotrdan Pavelə qədər” [2010-08-21]

Moskvada azərbaycanlı alim Emin Məmmədlinin kitabı çapdan çıxıb


ətraflı

Ermənistandakı Rusiya bazasının müddəti 2044-cü ilədək uzadıldı [2010-08-20]

ətraflı

Rusiya Ermənistanın təhlükəsizliyinin təminatını üzərinə götürür [2010-08-14]

Ermənistandakı Rusiya hərbi bazasının fəaliyyət müddəti 49 ilədək uzadılacaq


ətraflı

Türkiyənin 18 il öncə Ermənistana səfir göndərmək istədiyi diplomat [2010-08-05]

“Qarabağın işğalını öz torpağımızın işğalı kimi qəbul edirik”

 


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009