ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ üzrə vasitəçilər bəyanat yayıblar

Həmsədrlər Ermənistanla müzakirələri intensivləşdirəcəklər

-08.03.2010-

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla martın 5-də Parisdə keçirdikləri görüşlə bağlı bəyanat yayıblar.

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: “ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa) və Robert Bradtke (ABŞ) Parisdə Azərbaycanın xarici işlər Naziri Elmar Məmmədyarovla görüşüblər. Onlar danışıqların hazırkı mərhələsini dəyərləndirib, 2009-cu ilin dekabrında və 2010-cu ilin yanvarda həmsədrlər tərəfindən təqdim olunmuş Madrid prinsiplərinin yenilənmiş variantına Azərbaycan və Ermənistan tərəfinin münasibətini müzakirə ediblər".

Bəyanatda qeyd olunur ki, regiona səfər etməzdən əvvəl həmsədrlər bu ay Parisdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla da görüşüb eyni müzakirələri aparmağı planlaşdırırlar.

 * * *

Həmsədrlər Ermənistan tərəfi ilə müzakirələri daha da intensivləşdirəcəklərini bildiriblər 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupunun həmsədrləri Parisdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında gedən danışıqlar prosesini hərtərəfli və dərindən müzakirə ediblər.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxovun
APA-ya verdiyi məlumata görə, nazir Azərbaycan tərəfinin yeniləşdirilmiş Madrid təklifləri əsasında təklif olunan sənədi bəzi istisnalar olmaqla, ümumilikdə qəbul etdiyi bir daha vasitəçilərin nəzərinə çatdırıb. Həmsədrlər isə bildiriblər ki, rəsmi Yerevanla işləri davam etdirəcək, Ermənistan tərəfi ilə bu məsələ ətrafında müzakirələri daha da intensivləşdirəcəklər.

E. Məmmədyarovun Fransa prezidentinin xarici məsələlər üzrə müşaviri Jan-David Levita ilə görüşündə də eyni mövzu ətrafında geniş müzakirələr aparılıb, nazir Azərbaycan tərəfinin mövqeyini Fransa prezidentinin müşavirinə çatdırılıb.

Müşavir Sarkozinin bu məsələni şəxsi nəzarətində saxlayacağını vurğulayıb. O, həmçinin Fransa tərəfinin bu məsələnin həllinə dair səylərini artıracağını da bildirib.

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009