ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



İlham Əliyev: “Bizim münaqişənin dinc həllinə böyük ümidimiz var”

“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə aparacaq heç bir mexanizmi qəbul etməyəcək”

-08.02.2010-

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 19-da Bakıda səfərdə olan “Euronews” telekanalının müxbiri Laura Davideskuya müsahibə verib. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli, aparılan danışıqların gedişi və perspektivləri, regional və daxili siyasət məsələlərinə dair suallara cavab vermişdir.

Müsahibə fevralın 2-də “Euronews” telekanalının internet saytında dərc olunub. Müsahibənin televiziya variantını, eləcə də mətnini qısa ixtisarla oxuculara təqdim edirik.

 * * *

- Cənab prezident, Qarabağdan başlayaq. Sizcə, münaqişənin dinc yolla nizamlanması şansı necədir?

- Bizim böyük ümidimiz var ki, illərdir davam edən proses, nəhayət, münaqişənin dinc həllinə gətirib çıxaracaq. Lakin hər şey Ermənistanın beynəlxalq hüquq normalarına nə dərəcədə əməl etməsindən, öz qoşunlarını Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərindən çıxarmasından asılı olacaq. Sülh ancaq bu zaman mümkün ola bilər.

- Əgər düzgün başa düşdümsə, siz optimist əhvaldasınız...

- Ancaq onu deyə bilərəm ki, vasitəçilərin təklifləri Azərbaycanın ərazi bütövlüyünün bərpasına, erməni qoşunlarının bütün işğal edilmiş ərazilərdən çıxarılmasına, öz yerlərindən məcburi köçürülmüş azərbaycanlıların geri qayıtmasına və bütün kommunikasiyaların açılmasına əsaslanır.

- Tez-tez belə açıqlamalarınıza rast gəlinir ki, əgər erməni qüvvələri Azərbaycanın zəbt edilmiş 7 rayonundan çıxmasa, o zaman Bakı bu əraziləri hərbi yolla qaytarmağa hazırdır. Siz hələ də bu mövqeyə sadiqsinizmi?

- Bu, Azərbaycana beynəlxalq təşkilatların, o cümlədən BMT-nin verdiyi hüquqdur. Biz yol verə bilmərik ki, münaqişə daha 15 il bu cür dondurulmuş vəziyyətdə qalsın.

- Artıq 16 ildir ki, dondurulmuş vəziyyətdədir...

- Elədir və buna son qoyulmalıdır. Biz buna dinc yolla son qoymağa çalışırıq, eyni zamanda bizim səbrimizin də hüdudu var. Ümid edirəm ki, biz baza prinsiplərini bu il ərzində razılaşdırıb başa çatdıra biləcəyik və bu da münaqişəyə son qoyulmasına, Qafqazda sülhə gətirib çıxaracaq.

- Bəs Dağlıq Qarabağın yekun statusu haqda nə demək olar? Bu məsələdə güzəştlər mümkündürmü?

- Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razılaşmayacaq və bu bölgənin müstəqilliyinə aparacaq heç bir mexanizmi qəbul etməyəcək. Məsələnin bir həlli Dağlıq Qarabağa aralıq statusunun verilməsi ola bilər. Biz hamımız yan-yana yaşayırıq. Bizdə ermənilər, Ermənistanda azərbaycanlılar yaşayıb, keçmişdə heç bir problem olmayıb. Ona görə də barışıq zəruridir... Bundan sonra isə əlaqələr başlaya bilər və o zaman baxa bilərik ki, Dağlıq Qarabağın yekun statusu necə olsun.

- İndi Türkiyə ilə Ermənistan arasında yekun razılaşmadan danışmaq tezdir. Buna baxmayaraq Türkiyə-Ermənistan barışının Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyi haqda sizin fikirlərinizi bilmək maraqlı olardı. Bu barış sizin üçün nədir - yeni imkan, yoxsa təhlükə?

- Bu anlaşma Dağlıq Qarabağ münaqişəsinin həlli olmadan baş versə, o zaman münaqişənin dinc yolla həlli imkanları məhdudlaşacaq. Bizcə, bu, regionda vəziyyətin daha da mürəkkəbləşməsinə gətirib çıxarardı.

- Siz Azərbaycanda postsovet diktaturasının hökm sürdüyü haqda danışanlara necə cavab verərdiniz?

- Bu cür ifadələr bizim üçün təhqiramizdir. Bir sıra beynəlxalq KİV-lərin və ya insan haqları təşkilatlarının tamamilə əsassız, fövqəladə qərəzli tənqidi hücumlarının hədəfindəyik. Azərbaycanı qeyri-demokratik ölkə kimi qələmə vermək cəhdləri qətiyyən qəbuledilməzdir. Biz anlayırıq ki, Azərbaycanın önəmi artdıqca dünyanın hər yerindən bu cür hücumlar çoxalacaq.

- Azərbaycanda müxalifətin real siyasi şanslardan məhrum edilməsi və bir çox opponentlərinizin səsini boğduğunuz haqda deyilənlər necə olsun?

- Bu məsələdə söz xalqındır... Bizim günahımız deyil ki, Azərbaycanda müxalifət zəifdir. Müxalifət niyə bizdə bu cür fəlakətli vəziyyətdədir? Ona görə ki, Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. Ötənilki böhran dövründə bizim iqtisadiyyat 9,3 faiz artıb. Valyuta ehtiyatlarımız 20,4 milyard dollara çatıb. Bəs müxalifət belə vəziyyətdə nə edir? Ancaq tənqidlə məşğuldur. Bəli, onlar hər gün bununla məşğuldur və biz buna etiraz etmirik.

- Amma 2009-cu ilin martındakı konstitusiya referendumunda prezident mandatlarının sayına qoyulan məhdudiyyət götürüldü. Siz hakimiyyətdə həmişəlik qalmaq istəyirsiniz?

- Bilirsiniz, bu düzəliş hansısa şəxsi səbəblərə görə edilməyib. Belə praktika dünyanın bir çox ölkəsində var.

- Ancaq demokratik ölkələrdə deyil...

- Baxır da harada... Əgər məsələn, dövlətin nominal başçısı kraldırsa, baş nazir dalbadal 5 dəfə də seçilə bilər. Bu, bizim ölkəmizdəki situasiyadan o qədər də güclü fərqlənmir. Avropa ölkələrinə baxsanız, bunu görərsiniz...

- Siz hazırda özünüzü kral hesab etmirsiniz ki?

- Yox, yox... Mən özümü icra hakimiyyətinin başçısı hesab edirəm, sizin ölkələrinizin nümunəsində bu, baş nazirdir, hansı ki, dəfələrlə seçilə bilər. O zaman xalq nədən bu hüquqdan məhrum edilməlidir? Əgər onun seçmək, seçilmək hüququ varsa...

- Doğrudan da əgər varsa!

- Azərbaycanda demokratik proseslər kifayət qədər fəal gedir. Biz sizin ölkələrinizin daxili işlərinə qarışmırıq, baxmayaraq ki, bizim xoşumuza gəlməyəcək, gülməli hesab edə biləcəyimiz bir çox şeylər var. Ancaq biz bunlar haqda danışmırıq. Ölkələrin daxili problemlərini, onun ənənələrini, tarixini, siyasi sistemini, liderlərə münasibətini onun xalqının ixtiyarına buraxmaq lazımdır.

- Bəli, amma Azərbaycan Avropa Şurasının üzvüdür...

- Kimlərsə demokratiya kriteriyalarından öz məqsədlərinə çatmaq üçün istifadə etməyə cəhd edərsə, biz buna yol verməyəcəyik.

Bax həmçinin:

http://tr.euronews.net/2010/02/02/aliyev-sabrimizin-da-bir-siniri-var/

 

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009