ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Milli Ensiklopediya hələ “A” hərfindədir

Prezidentin 2004-cü ildə imzaladığı sərəncama görə, ensiklopediyanın nəşri 2008-ci ildə başa çatmalı idi

-04.02.2010-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanan çoxcildli universal Milli Ensiklopediyanın “A” hərfinə aid olan I və II cildləri nəşrə hazırlanıb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaxın günlərdə I cild oxuculara təqdim ediləcək.

“Şərq-Qərb” nəşriyyatında çap olunacaq ilk 25 min nüsxə pulsuz olaraq kitabxanalara və digər təşkilatlara paylanacaq. Kitabın abunə variantı (10 min nüsxə) isə Almaniyada nəşr olunacaq.

25 cilddə nəşrə hazırlanan Milli Ensiklopediyanın I cildinə 4281, II cildinə 4000 söz daxil edilib.

Çoxcildli universal Milli Ensiklopediyanın üçüncü cildi üzərində paralel işlərin aparılması məqsədilə “B” hərfi ilə başlayan terminlərin ümumi sözlüyü hazırlanıb və redaksiyalar tərəfindən “B” hərfinə aid məqalələrin bir qismi tərtib edilib.

* * *

Xatırladaq ki, prezident İlham Əliyev 2004-cü ilin yanvarında Azərbaycan Milli Ensiklopediyasının nəşr olunması barədə sərəncam imzalamışdı.

Sərəncama əsasən, Milli Ensiklopediyanın hazırlanması və nəşri 2004-2008-ci illərdə həyata keçirilməli idi.

Ötən dövrdə yalnız Milli Ensiklopediyanın Azərbaycana həsr olunmuş xüsusi cildi hazırlanıb və 2008-ci ildə çapdan çıxıb.

 

Baku

World time




 "Azərbaycan tarixi günbəgün"
  kitab-təqvimi təqdim edirik

             
Yüklə

 

  

Xəbərlər

QHT-lər “erməni qətnaməsi”nə niyə zəif reaksiya verdilər? [2010-03-10]

Azay Quliyev: "Hamı bilməlidir ki, Türkiyə və Azərbaycan bir yerdədir”

ətraflı

10 mart – Azərbaycanda Milli Teatr günüdür [2010-03-10]
1873-cü ilin bu günü M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyası tamaşaya qoyulub

ətraflı

Fransa və Rusiya Qarabağ üzrə vasitəçiliyi ələ alırlar [2010-03-10]
Sülh prosesində əsas gəlişmələr Paris və Moskva arasında cərəyan edir

ətraflı

Yel çərşənbəsi – baharın ilıq mehi [2010-03-09]
Bu gün ilaxır çərşənbələrin üçüncüsüdür

ətraflı

“Əsrin müqaviləsi”ndə yeni layihəyə start verilib [2010-03-09]
Yeni “Çıraq Neft Layihəsi” çərçivəsində 360 milyon barel neft hasil olunacaq

ətraflı

«Soyqırım» qətnaməsi Ankara-Yerevan dialoqunu vurdu [2010-03-09]
Konqresdəki səsvermə ilə Türkiyə-Ermənistan protokollarının təsdiqi mümkünsüz hala gəldi

ətraflı

Azərbaycan əhalisinin 50,9 faizini qadınlar təşkil edir [2010-03-08]
Bütün xanımların bayramını təbrik edirik!

ətraflı

Qarabağ üzrə vasitəçilər bəyanat yayıblar [2010-03-08]
Həmsədrlər Ermənistanla müzakirələri intensivləşdirəcəklər

ətraflı

Bakı konqresmenlərin qərarına etiraz edir [2010-03-05]
Milli Məclis Nümayəndələr Palatasına müraciət qəbul edib

ətraflı

Ermənistan Qarabağ sülh planına yeni müddəalar əlavə edib [2010-03-05]
Yerevan Dağlıq Qarabağa dəxli olmayan keçmiş Şaumyan rayonunun bərpasını istəyir

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009