ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



İslam Konfransı Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib

Qətnamənin qəbulunda İKT ölkələri parlamentlərinin 100-dək deputatı iştirak edib

-01.02.2010-

İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edib.

AzərTAc-ın məlumatına görə, yanvarın 31-də Uqandanın Kambala şəhərində keçirilən Parlament İttifaqımın konfransında qəbul edilən qətnamədə deyilir:

“Parlament İttifaqı İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəkləyir, üzv dövlətlərin parlamentlərini insanlığa qarşı bu cinayəti düzgün və müvafiq şəkildə tanımağa, kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağırır”.

İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərovun verdiyi məlumata görə, qətnamə beynəlxalq təşkilatların Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıdığı ilk sənəddir.

İKT Parlament İttifaqı sıralarında 51 ölkəni birləşdirir. Uqandada keçirilən konfransda iştirak edən dövlətlərin nümayəndələri qətnamənin qəbul edilməsinə yekdilliklə səs veriblər.

Qətnamənin qəbul olunmasında İKT ölkələri parlamentlərinin 10-a yaxın sədri, birinci vitse-spikerlər və təqribən 100 deputat, mötəbər qurumların nümayəndələri iştirak ediblər.

“Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı prezident İlham Əliyevin qızı Leyla Əliyevadır. 2009-cu ilin fevralında başladılan kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini işğal ediblər. Qanlı işğal gecəsində 613 nəfər qətlə yetirilib.

Baku

World time




 "Azərbaycan tarixi günbəgün"
  kitab-təqvimi təqdim edirik

             
Yüklə

 

  

Xəbərlər

“Qarabağa dair referendum bütün ölkə ərazisində keçirilməlidir” [2010-03-18]

Elmar Məmmədyarov: “Statusu danışıqlar müəyyənləşdirəcək. Bu, uzun prosesdir”

ətraflı

Hillari Klinton: “Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edirik” [2010-03-18]
«Qarabağ problemi çözülsə, regiondakı bir çox problemlər həllini tapacaq»

ətraflı

Tanınmış jurnalist İbrahim Bayandurlu vəfat edib [2010-03-18]
O, əqidəsini, mövqe və niyyətini açıq ifadə etməyi bacaran qələm sahibi idi

ətraflı

Novruz Məmmədov: “Qərb həm Türkiyə, həm də Azərbaycana təzyiq göstərir” [2010-03-15]
“Azərbaycan Madrid prinsiplərini qəbul edəndən sonra Ermənistan mövqeyini dəyişdi”

ətraflı

Mərhələli həll planının detalları açıqlanıb [2010-03-15]
Elmar Məmmədyarov: “İlk mərhələdə 5 rayon və Laçının 13 kəndi azad olunmalıdır”
ətraflı

«Erməni tamaşası» İsveç parlamentində də səhnəyə qoyuldu [2010-03-13]

Vaxtilə faşistlərə sığınacaq verən ölkənin siyasiləri indi Türkiyəyə humanizm dərsi keçirlər


ətraflı

Kosovo presedenti Qarabağ münaqişəsində tətbiq edilə bilməz [2010-03-13]
Minsk Qrupunun fransalı həmsədri “Madrid təklifləri”nin mahiyyətini açıqlayıb

ətraflı

ABŞ Dövət Departamentinin hesabatı narazılıq doğurub [2010-03-12]
Azay Quliyev: “Mən düşünürəm ki, burada Azərbaycana açıq-aşkar təzyiq elementi var”

ətraflı

“Madrid prinsipləri” böyük sülh sazişinə əsas yaradır [2010-03-12]
Elmar Məmmədyarov: ”Həmsədrlər erməni tərəfi razı salmaq üçün səy göstərirlər”

ətraflı

Qarabağ problemi hərb və sülh arasında [2010-03-11]
ATƏT rəsmiləri nikbindirlər, əcnəbi ekspertlər isə savaş təhlükəsindən danışırlar

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009