ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



QHT Şurası 2009-cu ilin yekunlarına dair hesabat verib

Azay Quliyev: “Ötən il maliyyə vəsaiti almış bəzi təşkilatların fəaliyyəti bizi qane etmir”

-28.01.2010-

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2009-cu ildə göstərdiyi fəaliyyətə dair hesabatı açıqlanıb.

APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən şuranın sədri Azay Quliyev QHT-lər üçün maliyyə müsabiqəsi keçirildiyini, müsabiqəyə təqdim olunan 613 layihədən 248-nin icrası üçün 2 milyon 68 min manat vəsaitin ayrıldığını qeyd edib.

Bundan əlavə, şura mütəmadi olaraq layihələrin icrasına nəzarət edib, aparılan monitorinqlərlə bağlı ictimaiyyətə açıqlamalar verilib.

A. Quliyev QHT-lər haqqında qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əlaqələr istiqamətində də addımların atıldığını qeyd edib. O, QHT-lərin məlumat bazasının yaradıldığını və artıq 800-ə qədər QHT-nin koordinatlarının toplandığını da qeyd edib.

Tədbirdə şuranın direktoru Fərasət Qurbanov çıxış edərək ötən il layihə həyata keçirən QHT-lərin monitorinqinin aparıldığını deyib və bu monitorinqin nəticələri ilə bağlı məlumat verib.
O bir sıra təşkilatların ümumiyyətlə monitorinq üçün şərait yaratmadığını, bəzi təşkilatların hesabatlarının düzgün hazırlanmadığını, maliyyə yardımının bəzən düzgün xərclənmədiyini qeyd edib.

Bununla bərabər, o kifayət qədər səmərəli həyata keçirilən layihələrin də olduğunu qeyd edib.

2010-cu il üçün elan olunmuş maliyyə müsabiqəsi barədə danışan F. Qurbanov bəzi QHT-lərin təqdim etdiyi layihələrin düzgün tərtib edilmədiyini, tələb olunan sənədlərin qaydasında olmadığını deyib.

Tədbirdə iştirak edən QHT-lərin nümayəndələri şuranın fəaliyyəti, layihələrin maliyyələşməsi və digər məsələlərlə bağlı öz təkliflərini səsləndiriblər

 * * *

Azay Quliyev: “Ötən il maliyyə vəsaiti almış bəzi təşkilatların fəaliyyəti bizi qane etmir”

2009-cu ildə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından maliyyə vəsaiti almış təşkilatların bəzilərinin fəaliyyəti şuranı qane etmir. APA-nın məlumatına görə, bu barədə şuranın sədri Aza Quliyev məlumat verib.

Onun sözlərinə görə, bəzi QHT-lər hesabatları vaxtında təqdim etməyib, şuranın monitorinqinə lazımı şəraiti yaratmayıb, şura ilə imzaladığı müqavilənin öhdəliklərinə əməl etməyib, bütövlükdə layihənin icrası ilə bağlı işlərin lazımı səviyyədə həyata keçirməyib:

“Bir QHT-yə ayırdığımız maliyyənin ikinci hissəsini ödəməkdən imtina etdik. Ümumilikdə 8 QHT bu il müsabiqədə şuradan dəstək almayacaq. Amma ümumilikdə 30-a yaxın QHT-nin fəaliyyəti bizi qane etmir. Bu cür QHT-ləri 2 il keçirdiyimiz müsabiqələrdə iştirakdan məhrum etmək hüququmuz var”.

 

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009